Hər bir vətəndaş pandemiya ilə mübarizədə fəal olmalıdır
21.10.2020 [08:57]
Ekspertlər hesab edirlər ki, xüsusi karantin rejiminin qaydalarına mütləq şəkildə riayət olunması, həm də cəbhədə döyüşən əsgər və zabitlərimizin sağlamlığının qorunması deməkdir
Məlum olduğu kimi, yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxma ilə əlaqədar dünya ölkələrində vəziyyət pisləşib, bəzi ölkələrdə nəzarətdən çıxaraq ciddi təhlükəyə çevrilib. Ötən iki ay ərzində ölkəmizdə vəziyyət stabil olsa da, son vaxtlar Azərbaycanda da COVID-19-a yoluxanların sayında artım müşahidə edilir. Vəziyyətin dəyişməsinin nəticəsidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 oktyabr 2020-ci il tarixli qərarı ilə 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkənin bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən edilib, habelə Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.
Qeyd etmək yerinə düşər ki, ölkəmizdə əldə olunmuş müsbət dinamikanın yenidən itirilməsi bir neçə səbəblə bağlıdır: vətəndaşlarda arxayınlığın və laqeydliyin yaranması, xüsusi karantin rejiminə, gigiyena qaydalarına riayət edilməməsi, maskadan istifadə olunmaması. Hazırda müxtəlif infeksiyaların fəallaşması dövrü olduğunu da nəzərə alan ekspertlər koronavirusa yoluxmanın ağır fəsadları barədə xəbərdarlıq edir və yoluxmanın geniş yayılmasının qarşısını almaq üçün vətəndaşları pandemiya ilə mübarizədə daha fəal olmağa çağırırlar.
Məsələyə münasibət bildirən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklərin təhlili və idarə edilməsi şöbəsinin müdiri Xanım Məlikovanın sözlərinə görə, COVID-19-a yoluxmadan qorunma tədbirləri çox sadədir: “Vətəndaşlardan, yalnız fiziki məsafəni saxlamaları, əl gigiyenasına riayət etmələri və maska taxmaları tələb olunur. Maska taxılması qapalı məkanlarda, xüsusilə vacibdir. Açıq havada isə sıxlıq olan yerlərdə maska taxmaq zəruridir. Maskanın düzgün taxılması da önəmlidir. Həmin qaydalara riayət etmək asandır. Ona görə də, vətəndaşlardan qaydalara əməl etmək və özünü qorumaq tövsiyə olunur”.
“Koronavirusa yoluxub sağalan şəxsin ikinci dəfə yoluxmayacağını düşünməsi, arxayınlaşaraq maska taxmaması yanlışdır. Dünyada ikinci dəfə koronavirusa yoluxmanın münkünlüyünü göstərən bir neçə fakt var. Azərbaycanda da təkrar yoluxma hadisəsi qeydə alınıb. Dünya praktikasına, əsasən, ikinci dəfə yoluxarkən xəstəlik daha ağır keçir. Ona görə də, yoluxub sağalanlar da qorunma tədbirlərinə əməl etsinlər, həm özlərini, həm də ətrafdakıları qorusunlar. Heç kim arxayınlaşmasın ki, xəstəlik bitib. Hazırda pandemiya davam edir”, - deyə X.Məlikova qeyd edib.
TƏBİB rəsmisi onu da qeyd edib ki, bu gün Azərbaycan iki cəbhədə döyüşür: “Ön cəbhədə əsgərlərimiz düşmənlə, arxa cəbhədə isə həkimlərimiz COVID-19-a qarşı mübarizə aparır. Mən inanıram ki, hər bir vətəndaşımız hansısa bir formada ön cəbhəyə kömək etmək istəyir. Məncə, vətəndaşlar özlərini qorumaqla, qaydalara əməl etməklə əsgər və zabitlərimizə daha çox kömək etmiş olurlar. Ona görə ki, hərbçilərimiz də döyüşərkən arxayın olmalıdırlar ki, ailələrinin sağlamlığı ilə bağlı problem yoxdur. Bu da onların yüksək ruhla vuruşub qələbə qazanmalarına müsbət təsir edər”.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva isə bildirib ki, koronavirusla mübarizədə son vaxtlar əldə olunan uğurlar cəmiyyətdə vaxtından əvvəl arxayınlıq yaradıb: “Sosial məsafənin saxlanılmaması, maskadan və dezinfeksiya vasitələrindən istifadə edilməməsi halları kütləviləşib, ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda ciddi pozuntu halları artıq insanları narahat etmir”.
S.Vəliyeva deyib ki, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək, həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir: “Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlükə olan koronavirus pandemiyasını unutdurub və arxa plana keçirib. Hərbçilərimiz sıravi vətəndaşlarla bu və ya digər səbəbdən təmasda olur və hər bir koronavirus xəstəsi bu virusu cəbhəyə ötürə, hərbçilərimiz arasında xəstəliyin yayılmasına səbəb ola, özü də bilmədən ordumuzun ardıcıl uğurlarına ciddi zərbə vura bilər”.
“Buna görə də, hər kəs üzərinə düşən məsuliyyəti dərk etməlidir. İndiki müharibə vəziyyətində koronavirusla mübarizə, əhalinin sağlamlığının qorunması həm də güclü əsgər, güclü vətəndaş deməkdir. Ona görə də, hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir”, - deyə S.Vəliyeva vurğulayıb.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58

