Xüsusi karantin rejiminin qaydalarına mütləq şəkildə riayət olunmalıdır
22.10.2020 [08:58]
Ekspertlər hesab edirlər ki, cəbhədə əsgərlərimizin sağlamlığının qorunması həm də hər birimizin koronavirusla fəal mübarizəsindən birbaşa asılıdır
Məlum olduğu kimi, yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxma ilə əlaqədar dünya ölkələrində vəziyyət pisləşib, bəzi ölkələrdə nəzarətdən çıxaraq ciddi təhlükəyə çevrilib. Ötən iki ay ərzində ölkəmizdə vəziyyət stabil olsa da, son vaxtlar Azərbaycanda da COVID-19-a yoluxanların sayında artım müşahidə edilir. Vəziyyətin dəyişməsinin nəticəsidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 oktyabr 2020-ci il tarixli qərarı ilə 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkənin bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən edilib, habelə Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.
Qeyd etmək yerinə düşər ki, ölkəmizdə əldə olunmuş müsbət dinamikanın yenidən itirilməsi bir neçə səbəblə bağlıdır: vətəndaşlarda arxayınlığın və laqeydliyin yaranması, xüsusi karantin rejiminə, gigiyena qaydalarına riayət edilməməsi, tibbi maskadan istifadə olunmaması. Hazırda müxtəlif infeksiyaların fəallaşması dövrü olduğunu da nəzərə alan ekspertlər koronavirusa yoluxmanın ağır fəsadları barədə xəbərdarlıq edir, vətəndaşları pandemiya ilə mübarizədə daha fəal olmağa çağırırlar.
Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov deyib ki, ötən müddət ərzində artıq bütün ölkə əhalisi koronavirusla mübarizə zamanı əməl etməli olduğu qaydaları kifayət qədər mənimsəyib: “İndiki məqamda bu qaydaları vərdişə, həyat normasına çevirmək zərurdir. Ona görə ki, yoluxma sayının yenidən artması ötən aylarda müşahidə edilən müsbət dinamikadan sonra vətəndaşların bir qədər arxayınlaşması ilə əlaqədardır. Belə ki, ticarət və iaşə obyektlərində, ictimai nəqliyyatda qayda pozuntularının artıq bir çox insanları narahat etməməsi arxayınlığın göstəricisidir. Halbuki vətəndaşlar kütləvi toplantılardan çəkinməli, bazarlar, supermarketlər və digər yoluxma ehtimalı yüksək olan yerlərdə, xüsusilə diqqətli olmalıdırlar. Eyni zamanda, xüsusi karantin rejimi dövründə yas mərasimlərinin, hər hansı kütləvi tədbirlərin təşkil edilməsi qadağandır. Belə hallarla bağlı vətəndaşlar məsuliyyətli davranış nümayiş etdirməlidirlər”.
Deputat deyib ki, koronavirusa qarşı mübarizədə dövlət tərəfindən əhalinin sağlamlığının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir: “Nəzərə almaq lazımdır ki, hazırda Vətən müharibəsi gedir. Ona görə də, vətəndaşlar koronavirusa qarşı cəbhədə heç vaxt olmadığı qədər ayıq-sayıq olmalı, sanitar-epidemioloji vəziyyətin sabitləşdirilməsində bu dəfə də dövlətlə çiyin-çiyinə mübarizəyə qoşulmalıdırlar. Cəbhədə əsgərlərimizin sağlamlığının qorunması həm də hər birimizin yerlərdə koronavirusla fəal mübarizəsindən birbaşa asılıdır. Əminəm ki, çətin anlarda həmrəylik nümayiş etdirən, yumruq kimi birləşərək düşmənə qarşı səfərbər olan Azərbaycan xalqı koronavirusa qarşı mübarizədə də öz sözünü deyəcək”.
Hazırda müxtəlif infeksiyaların fəallaşması dövrü olduğunu qeyd edən Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin sədri Təranə Paşayeva deyib ki, koronavirusa yoluxmanın ağır fəsadlarından yayınmaq üçün vətəndaşlar pandemiya ilə mübarizədə fəal iştirak etməlidirlər: “Məlum olduğu kimi, son günlər virusa yoluxma hallarının artmasına təsir göstərən digər bir faktor fəsil dəyişməsidir. Adətən, yaydan payıza keçid dövründə virus və mikrobların çoxalması, infeksion xəstəliklərin artması müşahidə edilir. Hər iki halda əsas məsələ şəxsi gigiyena qaydalarına ciddi şəkildə əməl etməkdir. Unutmaq olmaz ki, müvafiq qaydalara əməl olunmazsa, bu xəstəliyə yoluxmanın qarşısı vaxtında alınmazsa, nəticəsi ağır ola bilər”.
QHT sədri onu da qeyd edib ki, indiki məqamda yeganə yol özümüzü və ətrafımızı qorumaqdır: “Dövlət tərəfindən lazım olan bütün işlər ən yüksək səviyyədə görülür. Lakin əgər biz pandemiyanın birinci mərhələsində yalnız virusa qarşı mübarizə aparırdıqsa, indi paralel olaraq erməni faşizmi ilə də vuruşuruq. Deməli, fərd, toplum və cəmiyyət olaraq biz indi ikiqat, üçqat məsuliyyət daşıyırıq. Bu reallığı nəzərə almalıyıq ki, biz hər bir davranışımızla cəbhədə gedən proseslərə, ordumuzun müzəffər yürüşünə kömək etməliyik. Hər birimizin qəlbi bu gün ordumuzla döyünür. Bizim onlara köməyimiz yalnız və yalnız özümüzü, sağlamlığımızı qorumaqdır. Əgər biz arxa cəbhədə özümüzü qorumasaq, virusa qarşı birgə mübarizə aparmasaq, xəstəlik sayı günbəgün artar, səhiyyə təşkilatlarımız iki cəbhəyə bölünmək məcburiyyətində qalar. Çünki hər bir vətəndaşın sağlamlığı dövlətimiz üçün önəmlidir”.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

