“Biz qalib gəldik”
27.01.2021 [09:17]
Vüsal Hətəmov: İşğal altındakı torpaqlarımız Ali Baş Komandanımızın rəhbərliyi ilə azadlığa qovuşdu
30 ilə yaxın düşmən işğalında qalmış torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlər - 44 günlük Vətən müharibəsi tariximizin şanlı qəhrəmanlıq salnaməsidir. Fərəhləndirici haldır ki, bu döyüşlərdə həmkarlarımız, jurnalistlər də fəal iştirak ediblər. Vətənin azadlığı uğrunda əlində silah müsəlləh əsgərə çevrilmiş jurnalistlərimizin döyüş yolu isə olduqca maraqlıdır. Beləliklə, Vətən müharibəsinin könüllü iştirakçısı, baş leytenant, jurnalist Vüsal Hətəmovla söhbətimiz məhz bu məsələlər ətrafındadır:
- Vüsal müəllim, əvvəla, Vətən müharibəsində iştirak etmək üçün könüllü müraciətiniz barədə danışmağınızı istərdik...
- Qarabağın işğal altında olması, düşmənlərimizin müqəddəs torpaqlarımıza sahiblənmək istəməsi hər bir Azərbaycan gənci kimi, mənim üçün də qəbuledilməz idi. 2020-ci ilin iyul ayında baş vermiş Tovuz hadisələri, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun şəhid olması ürəyimizdəki alovu daha da böyütmüşdü. Ali Baş Komandanımızın bütün bunların qisasının alınacağını deməsi, gəncləri səfərbər olmağa çağırması ehtiyatda olan bir zabit kimi məndə də intiqam hissi oyatmışdı. Odur ki, bir çox gəncimiz kimi iyul ayında könüllü olaraq orduya yazıldım. Səfərbərlik xidmətinə onlayn müraciətim təsdiq olunduqda isə çox sevindim. Sentyabr ayının 21-də ehtiyatda olan zabit kimi “N” saylı hərbi hissəyə təlimə çağrıldım. Bir neçə gündən sonra isə erməni təxribatına qarşı əks-hücum əməliyyatlarına başlanıldı, qismən səfərbərlik elan olundu. Oktyabrın 6-na kimi təlimdə olduq. Oktyabrın 6-sı isə artıq döyüşlərə qatıldım. Əlahiddə minaatan batareyanın leytenantı kimi döyüşlərdə iştirak etdim. Müharibənin sonunda isə baş leytenant rütbəsi aldım.
- Keçdiyiniz döyüş yolu haqqında nə deyə, hansı təəssüratları bölüşə bilərsiniz?
- Qeyd etdiyim kimi, aktiv döyüş əməliyyatlarına oktyabr ayının 6-da Füzuli rayonunun azad olunması zamanı qatıldıq. Mən döyüş əməliyyatlarına qatıldığım zaman Cəbrayıl rayonunun bəzi kəndləri hələ də erməni qəsbkarlarının əlində idi. Həmin kəndlərin azad olunması uğrunda döyüşlərdə iştirak etdim. Ardından daha ağır bir sınağa - Hadrut qəsəbəsinin azad olunması uğrunda mübarizəyə qatıldım. Biz Hadrut qəsəbəsinin azad olunması üçün döyüşə qatılanda qoşunlarımız qəsəbəni işğalçılardan azad etmişdilər. Lakin Hadrut qəsəbəsi dağların əhatəsində olduğu üçün düşmən hələ də dağlardan qəsəbəni atəş altında saxlayırdı. Qəsəbəyə giriş təhlükəli idi. Biz minaatan batareya olaraq atəş mövqeyi seçib düşmənin dayaq nöqtələrini məhv etməli idik. İlk atəş mövqeyini seçib atəş üçün hazırlaşarkən erməni pusqusuna tuş gəldik. Həmin döyüşdə 5 əsgərimiz ağır yaralandı. Sevindirici və heyrətdoğuran məqam bu idi ki, ağır yaralı əsgərlərimiz sağ qalan döyüşçülərimizi tərk etmək istəmirdilər, sonrakı döyüşlərə qatılmaq arzusunda idilər. Hadrut ətrafında gedən döyüşlər təxminən 10 gün çəkdi. Hadrut ətrafında erməni dayaq məntəqələrini məhv etdikdən sonra irəlilədik.
Qırımızıbazar qəsəbəsi ətrafında döyüşlərdə də iştirak etdim. Şuşaya gedən əsas yol bu qəsəbədən keçirdi. Hərbi hissəmizin toplardan ibarət artilleriya divizyonu və bizim əlahiddə minaatan batareyamız 10 günə yaxın düşmən tərəfi ardı-arası kəsilmədən zərbə altında saxladıq. Sözügedən sonuncu döyüş tapşırığı zamanı bizim batareyadan 2 əsgər ağır yaralandı, digər bölmələrdən isə şəhid və ağır yaralılar oldu. Lakin döyüş itkisiz olmur. Əsas odur ki, işğal altındakı torpaqlarımız Ali Baş Komandanımızın rəhbərliyi ilə azadlığa qovuşdu və biz qalib gəldik.
- Müharibə dövründə əsgər və zabitlərimizin psixoloji hazırlığı hansı səviyyədə idi?
- Vurğuladığım kimi, müharibə dövründə mən əlahiddə minaantan batareyada baş zabit kimi xidmət etmişəm və bütün əsgərlərim - 50 nəfərdən 48-i səfərbərliklə hərbi xidmətə gəlmişdi. Qısa bir müddətdə onlarla tanış olmaq, döyüş əhval-ruhiyəsini qaldırmaq və s. proseslər zaman tələb edirdi. Buna isə vaxt yox idi. Lakin döyüş zamanı əgərlərimizin nizam-intizamı, zabitlərin əmrlərini canla-başla yerinə yetirmələri, onlarda olan vətənpərvərlik hisləri, şəhid olmaq arzuları bunu deməyə əsas verir ki, Azərbaycan gəncliyi dünyada ən yüksək zirvələrə layiqdir. O cümlədən əsgərlər, zabitlər evlərindən narahatlıq keçirmirdilər. Çünki arxa cəbhənin səfərbərliyi və həmrəyliyi hər kəsi ruhlandırırdı. Daim ehtiyacı olan əsgərlərimizin ailələri ilə əlaqə saxlayır, ehtiyac yarandıqda maddi-mənəvi dəstək olurdular. Bir məqama toxunum, mənə deyirdilər ki, 3 azyaşlı övladın var, bəlkə, sən müraciət edəsən ki, müharibədən tərxis olunasan. Deyirdim ki, bu müharibə gələcəkdə balalarımıza qalmasın deyə özümüz vuruşmalıyıq.
- Müharibə ilə bağlı xatirələrinizi qələmə almaq fikriniz varmı?
- “Bir batareyanın döyüş yolu” adlı sənədli filmin ssenarisini hazırlayıram. Artıq bu yöndə çalışan qurumlarla danışıqlar aparmışam. Təəssüratlarım çoxdur. Batareyamızın əsgər və zabitlərinin heyrətamiz qəhrəmanlıqlarını özündə əks etdirəcək bu film zəfər yürüşünün kiçik də olsa, bir mənzərəsini yaradacaq. Bilirsinizmi, mən özüm əslən qarabağlıyam. Son dəfə yeniyetmə ikən gördüyüm Qarabağ torpağına illər sonra bir zabit kimi ayaq bassam da, bu dəfə öz doğma diyarımı artıq bir şərqşünas, araşdırmaçı-yazar kimi böyük maraq və həyəcanla gəzdim. İmkan düşdükcə tarixi abidələrimiz barədə araşdırma aparırdım.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27

