/ / Təbii qaz üzrə tarif tənzimlənməsi əhalinin mütləq əksəriyyətinin xərclərinə təsir göstərməyəcək
Təbii qaz üzrə tarif tənzimlənməsi əhalinin mütləq əksəriyyətinin xərclərinə təsir göstərməyəcək
01.07.2021 [09:03]
Xəbər verildiyi kimi, iyunun 30-da Tarif Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) təbii qaz üzrə tarif tənzimlənməsinə dair müraciətinə baxılıb və müvafiq qərarlar qəbul edilib. Qurumun qəbul etdiyi qərara əsasən, sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib və hər kubmetr üçün hazırkı 20 qəpik səviyyəsində saxlanılıb. Elektrik enerjisi üzrə qimət artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi hər kubmetr üçün cəmi 1 qəpik artırılıb və 12 qəpikdən 13 qəpiyə dəyişdirilib. “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi hər kubmetr üçün 20 qəpikdən 13 qəpiyə endirilib. Digər sahələr üzrə tarif 20 qəpikdən 25 qəpiyə dəyişdirilib. Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə əhali üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı bir kubmetr üçün 10 qəpik səviyyəsində saxlanılıb. İllik istehlak həcminin 1200-2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq məqsədilə sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. Ölkə ərazisində Tarif Şurasının qərarı 1 iyul 2021-ci il tarixindən qüvvəyə minir.
İndiki şəraitdə ölkəmizdə təbii qazın tarif dəyişikliyini şərtləndirən bir sıra amillər mövcuddur
Ölkəmizdə təbii qaz istehlakı əhalinin mütləq əksəriyyətini əhatə etdiyinə görə bu sahədə tarif tənzimlənməsinə həssas yanaşma mövcuddur. Bəs respublikamızda təbii qazın tarif dəyişikliyinin aparılması zərurəti hansı amillərlə şərtlənir? İndiki şəraitdə təbii qazın tarif dəyişikliyi ötən dövr ərzində ölkədə təbii qazın istehlakının çoxalması, həyata keçirilən infrastruktur layihələri nəticəsində qaz təchizatının əhatə dairəsinin genişlənməsi, abonentlərinin sayının 18 faizədək artması kimi amillərlə şərtlənir. Sadalanan proseslərin məntiqi nəticəsi olaraq dövlətin xərcləri xeyli dərəcədə artıb və 1000 kubmetr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci 2020-ci ildə 160 manat təşkil edib. Xatırladaq ki, respublikamızda təbii qaz üzrə son tarif tənzimlənməsi 2016-cı ilin noyabr ayının 28-də aparılıb və ötən müddət ərzində ölkədə və dünyada müşahidə edilən tendensiyalara baxmayaraq, Azərbaycanda təbii qazın qiymətində dəyişiklik edilməyib. Statistikaya nəzər saldıqda vəziyyət barədə konkret təsəvvür yaranır. Belə ki, 2020-ci il üzrə təbii qazın 44 faizini “Azərenerji” ASC 12 qəpiyə, 28 faizini əhali kvotaya uyğun olaraq bir kubmetr üçün 10 qəpiyə, 28 faizini isə 1 kubmetr üçün əhalinin çox az hissəsi və qeyri-əhali (sənaye, kənd təsərrüfatı, xidmət sahəsi və s.) 20 qəpik tarifi ilə istehlak edib.
Beləliklə, son illərdə ölkəmizdə təbii qazın hasilatı və əhaliyə çatdırılmasına xərclənən vəsaitlə onun satışından əldə olunan vəsait arasındakı uyğunsuzluq nəticəsində qaz təchizatı fəaliyyəti zərərlə nəticələnib. Daha bir mühüm məqama diqqət yetirək. COVID-19 pandemiyası dövründə insanların gəlirlərinin azalması nəzərə alınaraq, əhali üzrə güzəştli istehlak həcmi artırılıb və bir əhali abonenti üzrə 1,3 min kubmetrdən 1,6 min kubmetrə yüksəldilib. Bu, zərərin daha da artması ilə nəticələnib və həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanıb.
Bəhs olunan tarif tənzimlənməsi dövlətin iqtisadi siyasətinə uyğun olaraq enerji təhlükəsizliyinin dayanıqlılığının təmin olunması, iqtisadiyyatın dinamik və intensiv inkişafına daha əlverişli şəraitin yaradılması, resurslardan məqsədyönlü və səmərəli istifadə olunması, dövlətin sosial siyasətinin ardıcıllığının və əhalinin sosial rifahının təmin edilməsi, dövlət büdcəsindən ayrılan subsidiyaların aradan qaldırılması və dövlətin maliyyə yükünün azaldılması kimi məsələlər nəzərə alınmaqla həyata keçirilib. Qeyd etmək yerinə düşər ki, enerji xərcləri sənaye və kənd təsərrüfatı mallarının istehsalına təsir göstərdiyinə görə, qiymət artımına yol verməmək üçün təbii qazın bu sahələr üzrə qiyməti dəyişdirilməyib və mövcud səviyyədə (bir kubmetr üçün 20 qəpik) saxlanılıb.
Qeyd edək ki, son tarif dəyişikliyindən sonra da Azərbaycanda təbii qazın qiyməti ayrı-ayrı ölkələrdəkindən aşağıdır. Müqayisə üçün bildirək ki, Azərbaycanda bir kubmetr təbii qazın əhali üzrə ən yuxarı istehlak qiyməti 20 qəpik olduğu halda, bu rəqəm qonşu Gürcüstanda 29,1 qəpik, Belarusda 34,8 qəpik, Rusiyada isə 16,6 qəpik təşkil edir. Respublikamızda qeyri-əhali sektoru üzrə də təbii qazın bir kubmetrinin ən yuxarı satış qiyməti 20 qəpikdir. Halbuki Türkiyədə qeyri-neft sektoruna aid abonentlər eyni həcmdə təbii qaz almaq üçün 50,8 qəpik, Ukraynada 26,3 qəpik, Belarusda 79,6 qəpik, Rusiyada isə 17,7 qəpik ödəməlidirlər. İndi isə bəzi paytaxt şəhərlərindəki vəziyyətə nəzər salaq. 2020-ci ildə bir kubmetr təbii qazın tarifi əhali sektoru üzrə Ankarada (Türkiyə) 32 qəpik, Kiyevdə (Ukrayna) isə 32,6 qəpik təşkil edib. 2021-ci ildə isə Ankarada əhali sektoru üzrə abonentlər bir kubmetr təbii qaz üçün 32,9-41,6 qəpik, Kiyevdə 54,8 qəpik ödəyirlər.
Tarif dəyişikliyi nəticəsində büdcədə sərbəstləşən vəsaitlərin sosialyönümlü tədbirlərə yönəldilməsi təmin olunacaq
Ölkəmizdə həyata keçirilən təbii qazın tarif dəyişikliyinin bir sıra müsbət nəticələr verəcəyi gözlənilir. O cümlədən tarif dəyişikliyinin aparılması ilə əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın, subsidiyaların aradan qaldırılması, büdcədə sərbəstləşən vəsaitin sosialyönümlü tədbirlərə yönəldilməsi, yeni investisiya qoyuluşlarının təmin edilməsi, istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi imkanının yaradılması, “Azəristiliktəchizat” ASC-nin imkanlarının genişləndirilməsi və aztəminatlı əhalinin davamlı və keyfiyyətli şəkildə istilik xidməti ilə təmin edilməsi hədəflənib.
Eyni zamanda, respublikamızda tarif dəyişikliyinin əhaliyə mənfi təsirlərini minimallaşdıran bir sıra amillər mövcuddur. Məsələn, bundan əvvəlki tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı 528,5 manat təşkil edib. Ötən müddət ərzində orta aylıq əmək haqqı 35 faiz artaraq 2021-ci ilin aprel ayı üzrə 713,2 manat olub. Aparılan təhlillər göstərir ki, tarif dəyişikliyi ölkə əhalisinin təxminən 51 faizinin (5 milyon nəfər) orta aylıq xərcinə təsir etməyəcək. Tarif tənzimlənməsi, həmçinin əhalinin alıcılıq qabiliyyətinə təsir göstərməyəcək. Belə ki, istehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kubmetr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1000 kubmetr qaz istehlakı deməkdir. Bu isə, aşağıtarifli qaz istehlakı limiti çərçivəsindədir (aşağı tarifli limit 1200 kubmetrdir). Başqa bir vacib məqama da diqqət yetirək. Enerji xərcləri sənaye və kənd təsərrüfatı mallarının istehsalına təsir göstərdiyinə görə qiymət artımına yol verməmək üçün təbii qazın bu sahələr üzrə qiyməti dəyişdirilməyib və mövcud səviyyədə (bir kubmetr üçün 20 qəpik) saxlanılıb. Məhəllə qazanxanalarına verilən təbii qazın tarifi isə 35 faiz endirilib. Bu, ilk növbədə, əhalinin bu xidmətlərə əlçatanlığını artıracaq. Digər tərəfdən, yaşayış binalarında mənzillərin fərdi isitmə sistemlərindən daha qənaətli mərkəzləşdirilmiş məhəllə qazanxanalarına keçidi stimullaşdıracaq.
Mübariz
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

