Əgər yenidən sərtləşdirilmiş karantin rejiminin tətbiq olunmasını istəmiriksə...
11.08.2021 [09:02]
Vaksinasiya prosesinə daha fəal cəlb olunmalı, gigiyena və təhlükəsizlik qaydalarına tam riayət etməliyik
Son günlər dünyada, o cümlədən ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmada kəskin artım müşahidə olunur. Bu, xəstəxanalara müraciət edənlərin, ağır vəziyyətdə reanimasiyaya düşənlərin, eyni zamanda, ölüm hallarının sayında özünü göstərir. Mütəxəssislərin sözlərinə görə, karantin rejiminin yumşaldılması insanlarda arxayınlıq yaratmamalıdır. COVID-19-a yoluxma və ölüm sayı bu templə davam edəcəyi təqdirdə, Azərbaycanda da yenidən məhdudiyyətlərin tətbiqi gündəmə gələ bilər.
Vurğulamaq yerinə düşər ki, Azərbaycanda COVID-19-un qeydə alındığı ilk gündən bu xəstəliyin geniş yayılmasının qarşısını almaq üçün dövlət tərəfindən mühüm və davamlı addımlar atılır. Vaksinasiyaya qədər qısa müddət ərzində respublikada modul tipli xəstəxanalar yaradılıb, tibbi maska istehsal edən müəssisələr fəaliyyətə başlayıb, dərman təminatı yüksəldilib. Azərbaycan dünyanın ən öndə gedən dövlətləri ilə bərabər bu prosesə start verib. Hazırda vaksinasiya prosesi də davam edir. Lakin qonşu ölkələrdə son vaxtlar baş verənlər bir daha təsdiqləyir ki, qətiyyən arxayınlaşmamalı, ehtiyatlı olmalıyıq. Yəni dövlətin gördüyü işlərlə yanaşı, hər bir vətəndaş da bu məsələdə fəal olmalıdır. Yoluxma sayının artmaması üçün tibbi maska istifadə etmək, sosial məsafəni gözləmək, gigiyena qaydalarına əməl etmək vacibdir. Bir sözlə, hər kəs həm qaydalara riayət, həm də vaksinasiyada fəal iştirak edərək pandemiyanın aradan qalxmasına öz töhfəsini verə bilər.
Öz növbəsində, məsələyə münasibət bidlirən Milli Məclisin deputatı Könül Nurullayeva deyib ki, dünyada, xüsusilə region ölkələrində - Rusiya, İran, Gürcüstanda COVID-19-a yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Onun sözlərinə görə, Türkiyədə gündəlik yoluxma son 3 ayda maksimum həddə çatıb. İyul ayı ilə müqayisədə yoluxanların sayı 6 dəfə artaraq 22-25 minə qalxıb. Gürcüstanda bir sutkada 30 nəfər vəfat edib. Rusiyada isə təkcə paytaxt Moskvada bir sutkada yoluxanların sayında 20 faiz artım qeydə alınıb. Virusun yeni ştamlarının region ölkələrində yayılması Azərbaycan əhalisi üçün də ciddi siqnal olmalıdır: “Karantin rejiminin yumşaldılması və qadağaların aradan qaldırılması, açıq havada tibbi maska rejiminin ləğvi, restoran və ticarət obyektlərinin, metronun açılması, şənlik mərasimlərinin keçirilməsinə icazənin verilməsi, tətil mövsümü və xaricə gediş-gəlişin artması virusun daha geniş yayılmasına, yoluxma sayının kəskin artmasına səbəb olub”.
“Mütəxəssislərin sözlərinə görə, yoluxma və ölüm sayında artım bu templə davam etsə, məhdudiyyətlərin tətbiqi məsələsi yenidən gündəmə gələ bilər. Təcrübə göstərir ki, virusla ən səmərəli mübarizə vaksinasiya prosesidir. Ölkəmizdə peyvənd olunanların ümumi sayı 5 milyonu ötüb. Peyvənd olunmaqla virusun insan orqanizmi üçün yaratdığı təhlükə zəifləyir və yoluxanlar xəstəliyi yüngül keçirirlər. Yəni infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq və ölüm halının qarşısını almaq mümkündür”, - deyə K.Nurullayeva əlavə edib.
O bildirib ki, vaksinasiyadan sonra da yoluxma halları baş verdiyi üçün ehtiyatlı olmaq lazımdır. Vaksinasiyadan sonra xəstəlik daha yüngül keçir. Ən əsası isə, təbii ki, ölüm riskinin azalmasıdır. Məsələ burasındadır ki, koronavirusun yeni ştamları epidemioloji vəziyyəti daha da ağırlaşdırır. Belə olan halda, insanların vaksinasiya prosesində daha fəal olması zərurəti yaranır.
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov da qeyd edib ki, peyvənd olunanlar arasında ağırlaşma və ölüm hallarının sayı çox azdır: “Buna görə də vaksinasiya ən effektiv yol kimi vacibdir. Epidemioloji zəncirin qırılması üçün əhalinin müəyyən hissəsinin tam peyvəndlənməsi lazımdır. Bu rəqəm Nazirlər Kabinetinin qəbul etdiyi Vaksinasiya Strategiyasında öz əksini tapıb. Mövcud ştamları da nəzərə alsaq, bu, əhalinin təxminən 70-80 faizini əhatə etməlidir. Yəni vətəndaşların 70-80 faizində bu xəstəliyə qarşı immunitet formalaşmalıdır. İmmunitet təbii və süni yollarla formalaşır. Təbii yolla, yəni insan xəstəlik keçirib immunlaşır. Süni yol daha yaxşı üsuldur. Çünki xəstəlik keçirmədən həmin infeksiyaya qarşı dözümlülük əldə etmək mümkün olur. Peyvəndlər 100 faiz qorumasa da, vaksinin hər iki dozasını qəbul edən şəxsdə müəyyən qoruyuculuq qabiliyyəti, immunitet formalaşır ki, o, yoluxsa belə, xoşagəlməz nəticələr yaranmayacaq”.
Baş infeksionist son zamanlar COVID-19-a yoluxma sayında ciddi artımla bağlı əhalini qaydalara riayət etməyə və arxayınlaşmamağa səsləyib. “Bir müddət əvvəl ölkəmizdə koronavirusa yoluxma sayı ikirəqəmli ədədlərə qədər enmişdi. Nəticədə vətəndaşlarda bir qədər arxayınlıq yarandı. Təəssüf ki, əhalinin sıx toplaşma yerlərində, ictimai nəqliyyatda tövsiyə edilən qaydalara bir o qədər də ciddi əməl olunmamasını müşahidə edirik. Arxayınlaşmaq olmaz. Çünki pandemiya hələ bitməyib. Bu prosesin qırılması üçün insanlar daha diqqətli olmalıdırlar. Hər kəs öz yoluxma riskini qiymətləndirməlidir. Qapalı məkanlarda qaydalara xüsusi diqqət etmək lazımdır. Həmçinin mümkün qədər sıx toplaşma yerlərindən uzaq olmaq məsləhət görülür. Əlləri yaxşı yumadan üz, ağız və göz nahiyəsinə toxunmaq olmaz. Eyni zamanda, vaksinasiyada fəal iştirak vacibdir”, - deyən baş infeksionist əlavə edib ki, əhalinin peyvəndlənmə faizi artdıqca yoluxma hallarında azalma müşahidə edə biləcəyik.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

