Hazırda vaksinasiya ən düzgün seçimdir
20.08.2021 [10:12]
Məlum olduğu kimi, son göstəricilərə görə ölkəmizdə COVID-19 əleyhinə aparılan vaksinasiya nəticəsində 5 milyondan çox adam peyvənd olunub. Mütəxəssislərin fikrincə, mövcud vəziyyətlə bağlı vaksinasiya ən düzgün seçimdir. İnsanlar sosial məsafəni saxlamaq, gündəlik gigiyenik qaydalara riayət etməklə yanaşı, koronavirusa qarşı peyvənd də olunsalar, kütləvi immun sistemi qazanaraq tezliklə COVID-19-a qalib gəlmək mümkündür.
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Musa Qəniyev bildirib ki, son günlər yeni növ koronavirus (COVID-19) infeksiyası və onun mövcud ştamlarına yoluxma sayı artıb. O, artıq dünyanın bir sıra ölkələrində müəyyən sərtləşdirmə tədbirlərinə əl atıldığını qeyd edib. M.Qəniyev məhdudiyyətlərin ölkəmizdə də tətbiq edilməməsi üçün vətəndaşlarımızın mütləq şəkildə məsuliyyətli davranmalı və karantin rejiminin qaydalarına riayət etməli, vaksinasiya prosesinə daha fəal qoşulmalı, qapalı məkanlarda tibbi maskadan istifadə etməli, ara məsafəsi saxlamalı olduqlarının vacibliyini vurğulayıb: “Hər birimiz - istər bu xəstəliyi keçirməyənlər, istər keçirənlər, istərsə də peyvənd olunanlar koronavirusa yoluxmuşuq, yoluxuruq və ya yoluxacağıq. Nəzərə almaq lazımdır ki, peyvənd “nisbi xəstəlik modeli” yaratmaqla infeksiyaya qarşı aktiv immunitet formalaşdırır. Bu hal COVID-19-a yoluxma ehtimalının qarşısını almır, yalnız yoluxma baş verdikdə xəstəliyin simptomsuz və ya yüngül keçməsinə təminat verir. Hətta, bu cür yoluxmalar əksər viral infeksiyalarda olduğu kimi, fəsli xarakter almaqla ildə iki dəfə və daha çox baş verə bilər. Lakin xəstəliyi keçirən və ya peyvənd olunanlar üçün yoluxmanın qorxusu yoxdur. Çünki onlar təkrar yoluxmada infeksiyanı yüngül və ya simptomsuz keçirəcəklər”.
M.Qəniyev vurğulayıb ki, COVID-19-un adı gələndə təlaşa düşüb, həyəcan keçirmək lazım deyil: “COVID-19-un adı gələndə stresə düşmək, qorxmaq, həyəcanlanmaq və gərginlik keçirmək lazım deyil. COVID-19 ömürlük bizimlə yol-yoldaşı olan çoxsaylı viral infeksiyalardan biridir. Ondan qorxmaq lazım deyil, lakin infeksiyanın xüsusi praktik əhəmiyyət kəsb edən və dərin elmi araşdırmalara ehtiyacı olan bir çox incəlikləri öyrənilməlidir. Gigiyenik qaydalara əməl etmək, xüsusən görüşərkən qucaqlaşma və öpüşmə kimi ünsiyyət formasından istifadə etməmək kifayətdir”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03

