/ / “Qısa müddət ərzində əhalinin böyük hissəsi vaksinasiya olunsa, epidemioloji zənciri qıra bilərik”
“Qısa müddət ərzində əhalinin böyük hissəsi vaksinasiya olunsa, epidemioloji zənciri qıra bilərik”
24.08.2021 [09:51]
Koronavirus pandemiyası ilə bağlı dünyanın müxtəlif ölkələrindən verilən gündəlik məlumatlar təşviş doğurur. Göründüyü kimi, bu təhlükəli virusa yoluxma və ölüm sayı durmadan artır. Ekspertlərin fikrincə, pandemiyadan qorunmağın yeganə yolu məhz vaksinasiyadır. Qeyd olunur ki, vaksinasiya kütləvi şəkildə həyata keçirilərsə, yoluxma sayında azalmanın şahidi olarıq. Vaksinasiya ilə yanaşı, bütün qaydalara mütləq şəkildə riayət olunması vacibdir.
Məsələ ilə bağlı Klinik Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov bildirib ki, qısa müddət ərzində əhalinin böyük hissəsi vaksinasiya olunsa, epidemioloji zənciri qıra bilərik: “Hazırda pandemiyanın dördüncü dalğasını yaşayırıq. Bunun digər dalğalardan fərqi yoluxma sürətinin həddindən artıq çox olmasıdır. Vətəndaşlara, hər şeydən öncə, öz sağlamlıqlarının keşiyində durmaq, qaydalara əməl etmək tövsiyə olunur. Eyni zamanda, mütləq şəkildə vaksinasiyada iştirak vacibdir”.
Həkim-infeksionist bildirib ki, vaksinasiyada hədəfimiz minimal 70-80 faizə çatmaqdır: “Xəstəliyi keçirən və immunitet müddəti olan vətəndaşlar da var. Bunları nəzərə alsaq və vətəndaşlar vaksinasiya prosesinə daha aktiv qoşulsalar, yaxın aylarda hədəfimizə çatacağıq. Qeyd etdiyimiz kimi, məqsəd 70-80 faizə çatmaqdır. Belə olan halda virusun sirkulyasiya spektrini azaldacağıq. Qalan 20 faiz arasında virus kütləvi yoluxmaya və pandemiyaya səbəb ola bilməz”.
Mütəxəssisin sözlərinə görə, reanimasiyada olan vətəndaşların böyük əksəriyyəti natamam və ya heç peyvənd olunmayan vətəndaşlardır: “Vaksinasiya olunmuşların reanimasiyaya düşmə, xəstəliyi ağır keçirmə və ölüm ehtimalının çox az olduğu araşdırmalarla sübut edilib. Azərbaycanda da statistik tədqiqatlar aparılır. Koronavirusa yoluxma sayının yeni artımı ilə paralel reanimasiyada yatan xəstələrin neçəsinin birinci doza vaksin vurdurduğu, neçəsinin ikinci doza peyvənd olunduğu, neçəsinin isə birinci və ikinci dozadan neçə gün sonra yoluxduğu haqqında məlumatlar toplanılır”.
MÜŞFiQƏ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

