Ağdamda “Gənclər kuboku: Hərb oyunları” layihəsi həyata keçirilir
30.08.2021 [11:59]
“İrəli” İctimai Birliyi tərəfindən gənclərin maarifləndirilməsi və vətənpərvər ruhda formalaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Belə tədbirlərin davamı kimi Ağdam rayonunun Quzanlı qəsəbəsində “Gənclər kuboku: Hərb oyunları” layihəsi həyata keçirilir. Layihə gənclərin fiziki-psixoloji dözümlülüyünü artırmaq, sağlam həyat tərzini formalaşdırmaq, həmçinin Vətən müharibəsində qazandığımız böyük Qələbənin ardından gənclərdə hərb sahəsinə olan marağın günü-gündən artmasını özündə ehtiva edir. Layihə intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətləri inkişaf etdirməyə, komanda ilə işləmək bacarığını formalaşdırmağa, bununla yanaşı, orduda xidmətin müqəddəs borc və şərəf işi olmasına inam yaratmağa hesablanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ağdam rayonunun girişindəki “Şəhidlər” abidə kompleksini ziyarət ediblər. Layihənin açılış mərasimində dövlət rəsmiləri, Milli Məclisin deputatları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev “İrəli” İctimai Birliyi tərəfindən hərbi vətənpərvərlik hissinin gənclərə aşılanması və gənclərin bu yöndə formalaşması istiqamətində həyata keçirilən layihələri yüksək qiymətləndirib. Nazir müavini, həmçinin gənclərin hazırkı postmüharibə dönəmində rolunun əhəmiyyətindən bəhs edib.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, Fond bir neçə illik fəaliyyətində “İrəli” İctimai Birliyi ilə birgə 15-dən çox genişmiqyaslı layihəyə imza atıb. Gənclər təşkilatları arasında hərbi vətənpərvərlik mövzularında həyata keçirilən layihələrin təşkilində Birliyin aktiv şəkildə iştirak etdiyi vurğulanıb.
Milli Məclisin deputatı Vüqar İskəndərov çıxışı zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər və idman sahəsində atılan addımlar, görülən işlər nəticəsində paytaxt Bakı ilə yanaşı regionlarda da idman infrastrukturunun inkişafının sürətlə davam etdiyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Naqif Həmzəyev təşkilat tərəfindən keçirilən layihələrin Vətən müharibəsində öz töhfəsini verdiyini vurğulayıb, bundan sonra gənclərdə qələbə, zəfər ruhunun aşılanması istiqamətində “İrəli” komandasına uğurlar arzulayıb.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, hazırkı dövrdə sağlam gəncliyin qurulması dövlətin prioritet istiqamətlərindən biridir və 44 günlük Vətən müharibəsində Ağdam gənclərinin fəallığı bu sahədə görülən işlərin effektivliyini bir daha ortaya qoyur. Paytaxt gəncləri kimi region gəncləri də bu kimi proseslərdə aktiv iştirak edir, dövlətin gənclər siyasətinin inkişafına öz töhfələrini verirlər.
“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı qeyd edib ki, təşkilat tərəfindən indiyədək ölkə gəncliyinin hərbi vətənpərvərlik ruhunun, gənclərin düşüncəsində Vətənə sədaqət məfkurəsinin genişləndirilməsinə yönəlik bir sıra tədbirlər həyata keçirilib. Elə “Gənclər Kuboku: Hərb Oyunları” layihəsi də bu qəbildəndir. Layihə boyunca ekstremal şəraitdə 100-ə yaxın gəncin peyntbol, stend atıcılığı, pentatlon, səmti müəyyənetmə və digər idman növləri üzrə yarışlara qatılacağı və birincilik uğrunda mübarizə aparacağı vurğulanıb.
Xatırladaq ki, bu istiqamətdə təşkilat tərəfindən iyulun 27-dən avqustun 3–dək Göygöl rayonunda “Marş İrəli” layihəsinin üçüncü mövsümü uğurla həyata keçirilib. Silsilə layihənin ilk mövsümü Ağdam, ikinci mövsümü isə Goranboy rayonunda baş tutub. Həyata keçirilən layihənin üç mövsümündə ümumilikdə 500-ə yaxın gənc iştirak edib.
“İrəli” İctimai Birliyi bundan sonra da vətənpərvər gəncliyin formalaşması və gənclərin hərtərəfli inkişafı sahəsində tədbirlərini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

