Hövsan sakinlərinin “175” problemi
02.10.2021 [12:34]
BNA sözçüsü də sürücülərin “tıxac bəhanəsi” ilə həmrəydir
Təxminən 4 il əvvəl, 175 nömrəli marşrut “BakuBus” MMC-nin tabeliyinə veriləndə, Suraxanı rayonunun Hövsan qəsəbəsinin sakinləri köhnə, istismar müddətini başa vurmuş avtobuslardan və tez-tez qəzalara səbəb olan “avtoş” sürücülərdən xilas olacaqlarına sevinmişdilər. Lakin bir neçə ildən sonra Hövsan sakinləri bu marşrut xəttinə nasaz avtobuslar və naşı sürücülər verilməsi bir tərəfə, yenidən gecikmə, intervalın çox olması kimi problemlərlə üzləşdilər. Təəssüf ki, Hövsan, Zığ və yaxınlıqdakı digər yaşayış massivlərinin sakinləri sərt karantin rejimindən sonrakı dövrdə də bu marşrutun çoxsaylı problemlərindən əziyyət çəkirlər.
Ona görə ki, “Bakı Dəmir Yolu Xəstəxanası-Hövsan qəsəbəsi”, yəni “28 May metrostansiyası-Hövsan Yaşayış Kompleksi” arasında işləyən 175 nömrəli marşrutda problemlər azalmadı, əksinə, artaraq uzun müddətdir davam edir. Məsələn, avtobuslarını daim qayda-qanunu pozan sürücülərin idarə etdiyi bu marşrut xəttinin hazırda əsas problemlərindən biri intervalın çox olmasıdır. Belə ki, günün pik saatlarında bu xəttə daha çox marşrut buraxmaq əvəzinə, axşam saatlarında işdən çıxan vaxt bu müddət 30 dəqiqəyə qədər artır, sürücülər isə sərnişinlərin etirazlarına cavab olaraq tıxacı bəhanə gətirirlər. Amma bu marşrutun sərnişinləri ayrı fikirdədirlər. Onların sözlərinə görə, axşam vaxtlarında şəhərdən qəsəbəyə getməyin müşkülə çevrilməsinin səbəbi təkcə tıxac deyil. Məsələn, qəsəbə sakini İlqar Əliyev deyir ki, interval səhər-səhər 10-15 dəqiqə arasında dəyişsə də, axşam vaxtı, yəni saat 17:00-dan 20:00-adək 20 dəqiqəyə, az qala yarım saata qədər artır: “Biz hər gün eyni problemlə qarşılaşırıq. İşdən evə gedəndə 28 May metrostansiyasının qarşısında olan sonuncu dayanacaqda yarım saat gözləyirik. Avtobus gəldikdən sonra da xeyli müddət dayanacaqda qalır, bu zaman isə sıxlıq yaranır, pandemiya qaydaları pozulur. Etiraz bildirəndə isə sürücülərdən Hövsandan qayıdanda tıxac olduğunu, gecikmənin bu səbəbdən baş verdiyini eşidirik. Halbuki, Zığ dairəsinə qədər eyni yolla hərəkət edən 21 nömrəli marşrut avtobusları normal və intervala uyğun hərəkət edir”.
Qəsəbənin digər sakini Elşən Ağayev də, ümumiyyətlə, Hövsan qəsəbəsinin marşrut xəttinin bərbad vəziyyətindən gileylənib. Onun sözlərinə görə, qəsəbəyə gələn 132 və 161 nömrəli marşrutlar interval baxımından nisbətən normal işləsələr də, bu avtobuslar insan daşımaq üçün əlverişli deyil: “103 nömrəli marşrut isə acınacaqlı vəziyyətdədir. Sosial evlər istifadəyə verildikdən sonra marşrut xəttini Hövsan Yaşayış Kompleksinə qədər uzadıblar. Amma avtobusların sayını artırmağı düşünmürlər. Guya 24:00-a qədər işlədiyi deyilsə də, 23:00-dan sonra sonuncu dayanacaqda avtobus tapmaq mümkün deyil. Narazılığımızı bildirəndə də müxtəlif bəhanələrlə vəziyyətdən çıxmağa çalışırlar”.
Günahkar tıxacdır,
yoxsa sakinlərə bu
zülmü rəva görənlər?
Sakinlərin narazılıq etdiyi məsələlərlə bağlı Bakı Nəqliyyat Agentliyinin 141 nömrəli qaynar xəttinə zəng etdik. Dəfələrlə cəhd etsək də, 175 nömrəli marşrut xəttinin intervalının neçə dəqiqə olduğu və gecə neçəyə qədər fəaliyyət göstərdiyi barədə dəqiq məlumat ala bilmədik. Avtobusdakı məlumatlandırıcı monitorların işləməməsi məsələsinə gəlincə, “istismar vaxtının bitməsi” ilə izah etməyə çalışdılar. İstismar müddəti başa çatmış monitorların niyə dəyişdirilməməsinin səbəbini isə izah etməkdə çətinlik çəkdilər.
Nəhayət, ən etibarlı mənbə hesab etdiyimiz Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevin münasibətini də öyrənə bildik. BNA rəsmisi sözügedən marşrut xəttində avtobusların sayının 21 nömrəli marşruta nisbətən az olmasını etiraf etsə də, 175 nömrəli marşrut xəttində intervalın səhər və axşam pik saatlarında 12-13 dəqiqə olduğunu bildirdi: “Lakin həmin vaxtlar marşrut xətti boyunca bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq olması intervalı əhəmiyyətli dərəcədə gecikdirir”.
BNA sözçüsü M.Ağayev də sürücülərin “tıxac bəhanəsi” ilə həmrəy olduğunu dilə gətirərək 8 Noyabr prospekti və Xətai metrostansiyası ərazisində axşam vaxtlarında sıxlıq olduğunu bildirib: “Axşam saatlarında 8 Noyabr prospektindən Zığ şosesinə keçiddəki dairənin (“Nargilə” kafesi olan ərazidə) bir hissəsində, Yusif Səfərov küçəsində və Neftçilər prospektinə çıxışda, eyni zamanda, 28 May metrostansiyası istiqamətindən Neftçilər prospektinə çıxışda da tıxaca rast gəlmək olur. Bu səbəbdən marşrutların intervalı axşam saat 19:00-dan sonra bir qədər uzanır. Çünki şəhərətrafı qəsəbələr istiqamətində marşrutların hamısında interval sərnişinlərin sıxlığından asılı olaraq tənzimlənir”.
Gecə vaxtlarında avtobusların işləməməsinə gəlincə, M.Ağayevin sözlərinə görə, bu vaxt da hər marşruta uyğun olaraq ayrılıqda tənzimlənir: “Ümumiyyətlə, marşrut xətlərinin konkret saatı yoxdur. Marşrut xətlərinin fəaliyyətinin son müddəti də sərnişinlərin sıxlığına əsasən müəyyən olunur. Məsələn, elə marşrut var ki, o xəttə sonuncu avtobus saat 20:00-da buraxılır, elə xətt də var ki, gecə yarıya, hətta saat 02:00-a qədər müntəzəm fəaliyyət göstərir”.
Avtobuslarda məlumatlandırıcı monitorların heç birinin işləmədiyi faktını isə M.Ağayev başqa cür izah etdi: “Həmin marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslarda monitorların işləməməsi texniki problemdir və qısa vaxtda aradan qaldırılacaq”, yəni istismar müddətinin bitməsi ilə əlaqəsi yoxdur.
Görünən odur ki, Hövsan sakinləri öz bəxtinə biçilmiş bu zülmü yaşamağa məhkumdurlar. Belə ki, xüsusilə hər gün işdən evə, daha doğrusu, şəhərdən qəsəbəyə gedəndə sərnişinlərin əsəbləri tarıma çəkilir. Sentyabrın 22-də orta ümumtəhsil məktəblərinin, sentyabrın 29-da isə ali və orta ixtisas təhsil müəssisələrinin fəaliyyətə başlaması Hövsan sakinlərinin avtobus problemlərində daha acınacaqlı vəziyyətin yaranmasına gətirib çıxarıb.
Yeri gəlmişkən, yeni tədris ilinin başlanması ilə əlaqədar bu günlərdə Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşımalara tələbatın artmasını nəzərə alaraq, daşıyıcı şirkətlərin rəhbərləri ilə görüş keçirilib. Görüş çərçivəsində şirkət rəhbərləri dinlənilib və onlara müvafiq tapşırıqlar verilib. Hələ heç bir təsiri hiss olunmasa da, ümid edirik ki, bu görüşün nəticəsi Bakı şəhərində sərnişinlərin daşınmasındakı problemlərin aradan qaldırılmasına kömək edəcək.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43

