Assalomu alaykum, Toşkent!
29.10.2021 [00:00]
Orta Asiya mirvarisində 5 gün...
Yeddi yoldaş olub yola düzəldik
Özbəkistanda prezident seçkilərinin keçiriləcəyi haqqında hələ ötən ildən xəbər tutmuşduq. Təbii ki, bu rəsmi tədbirdə iştirak etmək dəfələrlə xarici ölkələrdə prezident, parlament seçkilərini izləmiş biri kimi mənim də arzum idi. Amma arzu gerçəkləşməyəndə, elə arzu olaraq qalır. Mənim arzum isə gerçəkləşdi. Özü də Özbəkistanın Azərbaycandakı səfirliyinin vasitəsilə. Səfər hazırlıqları başladı. Məlum oldu ki, bu ölkənin müqəddəratını həll edən siyasi prosesi izləmək üçün Azərbaycanın müxtəlif media orqanlarından 7 nümayəndə seçilib. Seçilmişlər arasında bəndənizin olması nə qədər sevincli idi, bir biləsiniz...
“Region Plus” jurnalından Namiq Mayılov, Elçin Hüseynov, “Mədəniyyət.az” jurnalından Zöhrə Əliyeva, “Kaspi” qəzetindən Təranə Məhərrəmova, “İnterfaks” agentliyindən Anar Əzizov, “Report”dan Fuad Hüseynəliyev və mən...oktyabrın 22-də yeddi yoldaş olub yola düzəldik.
Bakıdan Daşkəndə birbaşa reyslər pandemiya ilə əlaqədar bağlı olduğuna görə İstanbul Hava Limanından tranzit kimi istifadə etdik. Əlqərəz, gecə saatlarında Özbəkistanın baş kəndinə - Daşkəndə çatdıq. Açığını deyim ki, əvvəlcədən düşünürdüm ki, gecənin bu saatında (ora çatanda saat 01:30 göstərirdi) bizi qarşılamağa gələnlər könülsüz, yarıyuxulu halda adi protokola riayət edib bizi otelədək ötürəcəklər, sonra da başlarını atıb yatacaqlar. Yanılırammış. Qarşılama qapısında gül-çiçəkləri görəndə, özüm də ani olaraq ayıldım. Təranə Məhərrəmovanın təbirincə desəm, lap sovet vaxtlarında zəhmətkeşlərin gurultulu qarşılanmağına bənzəyirdi... Yol yorğunluğum bizi qarşılayanların simasındakı səmimi təbəssüm, gözəl çiçəklər fonunda yox oldu.
Adətən, nümayəndə heyəti bir mikroavtobusda hərəkət edir. Və bir bələdçi təyin olunur. Özbəkistan isə 7 nəfər jurnalistin hər birinə bir bələdçi, bir könüllü, bir avtomobil ayırmışdı. Bu, təbii ki, dost ölkənin Azərbaycana göstərdiyi hörmət və diqqətin təzahürü id i.
Bu da Daşkənd. Şərq üslubu, Şərq dəst-xətti və hava soyuq olsa da, Şərqin isti nəfəsi hər yerdə duyulurdu - ilk dəfə rastlaşdığımız insanlardan aldığım pozitivlik, isti münasibət yorğunluğumu əritmişdi elə bil.
Səhər tezdən bələdçilərimizi otelin foyesində görəndə duruxdum. Sən demə, onlar bizi elə buradaca səhərədək gözləyiblərmiş. Təəccüblüdür, deyilmi? Hansı ölkədə qonağı otağına yola salıb, aşağıda səhərədək gözləyirlər? Dilfuzə xanım, Nilufər xanım, Gülruxsar xanım, Zafar aka, Uluqbek aka, Orifcon aka təbəssümlə bizi salamladılar – Assalomu alaykum!
Daşkənddə sükut günü – dünyaya sual verildi
Daşkəndin küçələrindəki sakitlik (seçkidən öncəki gün – 23 oktyabr sükut günü olduğuna görəymiş – N.N) şəhərin payız rənglərilə bir harmoniya təşkil edirdi. Bakımızdan fərqli olaraq göydələnlər gözə az-az dəyirdi, amma yolboyu sarımtıl-qırmızı rənglərə boyanmış xiyabanlar şəhərin heç də adında deyildiyi kimi daşlardan deyil yaşıllıqlardan ibarət olduğuna işarə edirdi.
Daşkəndə ilk səfərim olsa da, bu ölkə haqqında müəyyən qədər bilgilərim vardı. Bilirdim ki, digər postsovet ölkələri kimi Özbəkistan da müstəqillik illərinin ağrı-acısını dadıb, son dövrlər iqtisadi inkişafını turizm sahəsinə yönəldib, qızıl yataqları çoxdur, amma emal sahəsində çətinlikləri var və s...
İlk üz tutduğumuz məkan yenicə istifadəyə verilmiş Media Hall oldu. Burada müxtəlif ölkələrdən gələn mətbuat nümayəndələrinin hökumət üzvləri və ayrı-ayrı partiya təmsilçiləri ilə görüşü keçirilirdi. Brifinqdə müxtəlif yerli və xarici jurnalistlərin sualları arasında Əfqanıstandan olan media eksperti Məhəmməd Nurinin Özbəkistan xarici işlər nazirinin müavininə ünvanladığı sual isə heç vaxt yadımdan çıxmayacaq. Sualdan çox imdad diləyən bir xalqın harayına bənzəyirdi: “İndiki rəhbərliyə görə (Əfqanıstanı nəzərdə tutur – N.N) Özbəkistanın bəzi sosial layihələrini çıxmaq şərtilə, heç bir ölkə bizimlə maraqlanmır. Nə vaxt Əfqanıstandakıların yaşadıqlarına son veriləcək? Axı orada yaşayanlar da insandırlar”. Bu, Özbəkistandan dünyaya verilən sual idi...
Seçkilər başladı
Oktyabrın 24-də Daşkənd ötəngünkünə bənzəmirdi. Şəhərdə də, yollarda da yaranmış sıxlıq insanların bu tarixi prosesdə iştirak etmək üçün can atdıqlarından xəbər verirdi. Seçki məntəqələrinə baş çəkərkən ahıl insanların, körpələrini qucaqlarına alıb məntəqələrə gələn gənc ailələrin necə sevinc içində olduqlarını duymamaq mümkün deyildi. Verəcəkləri səsin Özbəkistan üçün nə qədər vacib olduğunu bilirdilər.
Əhalisi Azərbaycandan 3-4 dəfə çox olan Özbəkistanda 5 siyasi partiya var. Özbəkistan Xalq Demokratik Partiyası, Özbəkistan Milli Dirçəliş Partiyası, Ədalət Sosial Demokrat Partiyası, Özbəkistan Liberal Demokrat Partiyası, Özbəkistan Ekoloji Partiyası. Prezident seçkilərində də hər partiyanın bir nümayəndəsi namizəd olaraq iştirak edirdi. Qeyd edim ki, Ekoloji Partiyası ilk dəfə idi ki, Prezident seçkilərinə öz namizədini irəli sürmüşdü.
Məntəqələrin birində Türkiyədən gəlmiş millət vəkili, əslən Gədəbəydən olan Şamil Ayrımla görüşdük, maraqlı söhbətimiz oldu. Millət vəkili Eldar İbrahimovu görüncə Şamil Ayrım doğmasını uzun ayrılıqdan sonra görürmüş kimi ona sarıldı. Bu məqam xarici jurnalistlərin də nəzərindən yayınmamışdı. Türkiyə və Azərbaycanın millət vəkillərinin isti və səmimi münasibəti xarici media mənsublarının kameralarına da həkk olundu.
Özbəkcə “Arşın mal alan”
Məntəqələrə baş çəkəndən sonra bizə şad bir xəbər də verildi. Daşkənddə Baxodır Yuldaşevin Gənclər Teatrında “Arşın mal alan”ımız səhnəyə qoyulmuşdu. Biz də bu tamaşaya dəvətliydik. Səhnələşdirilmənin əsasən özbək dilində olmasına baxmayaraq, yeri gəlincə Azərbaycan dilində də replikalar olurdu. Bu da tamaşaya yeni bir rəng qatırdı. Saatyarımlıq tamaşa bizi Daşkənddən Azərbaycanımıza, Qarabağımıza aparıb gətirdi. Onu da deyim ki, yanaşı əyləşdiyimiz özbəklər də bizimlə bərabər əsərin bütün musiqi və mahnılarını əzbərdən oxuyurdular. Uzaq bir yerdə bunun nə qədər xoş bir hal olduğunu təsəvvür edə bilməzsiniz. Bu, dost xalqın Azərbaycana, onun mədəniyyətinə verdiyi yüksək dəyərdən irəli gəlirdi. Hər addımbaşı əllərini sinəsinə qoyub “Xuş kelibsinqiz”, “Rehmet” ifadələri eşidəndə bir daha əmin olurdum ki, Özbəkistanda Azərbaycanın özünəməxsus yeri var.
Səmərqənd – Mərkəzi Asiyanın elm-mədəniyyət mərkəzi
25 oktyabr. Saat 08:00. Yolumuz Səmərqəndədir. Özbəkistan dəmir yollarının sıxlığına görə Orta Asiyada birinci yeri tutur. Daşkənd-Səmərqənd-Buxara istiqamətində hərəkət edən sürət qatarı Afrosiab 2 saat 40 dəqiqəyə bizi Daşkənddən Səmərqəndə (məsafə 270 kilometrdir) çatdırdı. Mərkəzi Asiyanın dini, mədəni və elmi mərkəzi Səmərqənd heyranedicidir. Əmir Teymurun uyuduğu Gur-Əmir məqbərəsi, qumlu səhralıqda çoxsaylı mədrəsələri ilə şöhrət qazanmış Uluqbəy rəsədxanası, minarələrində gizli şifrələri olan möhtəşəm Registan meydanı, Xoca Doniyar məqbərəsi, Bibixanım məscidi, Şahi-Zində məqbərəsi Səmərqənddədir. Bibixanım məscidi İslam aləmində və Mərkəzi Asiyada yerləşən ən böyük məscidlərdən biridir. Bu tarixi və müqəddəs yerlərin hər birinin özünəməxsusluğu ilə tanış olduq. Müqəddəs yerlərdə xalqımız üçün, Azərbaycanımız üçün dualar etdik.
Axşam yenidən Daşkəndə qayıtmalıydıq. Çünki Vətənə dönmək üçün hələ uzun bir yol qət etməliydik...
P.S. Təəssüratlarımı yazarkən Özbəkistanda prezident seçkilərinin nəticələrinin rəsmən təsdiqləndiyi barədə məlumat gəldi. Özbək xalqı öz bəylərini - Prezidentlərini seçmişdilər - Şevket Mirziyoyev! Biz də “Yeni Azərbaycan” olaraq Özbəkistanın yeni Prezidentini və özbək xalqını təbrik edir, dost ölkənin hər zaman yalnız xoş xəbərlərini yaymaq arzusunda olduğumuzu bildiririk.
P.P.S. Bu kiçik yazıda Özbəkistan səfərindən təəssüratlarımı tam bölüşə bilmədim. Daşkəndin ekobazarından, özbək mətbəxindən maraqlı məqamları gələn saylarımızda ətraflı işıqlandıracağam. Тез кунда кўришгунча!
Nəzirə Nurullayeva
Bakı-Daşkənd- Səmərqənd-Bakı
22-27oktyabr 2021
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58

