Məişət zorakılıqlarının mental dəyərlərlə həlli mümkündürmü?
30.10.2021 [10:18]
Azərbaycandakı məişət zorakılığına avstriyalı təlimçilərdən münasibət: Biz bu problemi 50 ildir ki, çözmüşü?
Cəmiyyətin əsas problemlərindən olan məişət zorakılığı hələ də öz həllini tapmayıb. Bir yandan sığınacaqların demək olar ki, yoxluğu şiddətə məruz qalan insanların işini daha da müşkülə salır. Hazırda Azərbaycanda dövlət sığınacaqlarının yaradılmasına ehtiyac var. Sığınacaqlar yoxdursa, zorakılığa məruz qalan insanlar kimə üz tutmalıdırlar?
Cəmiyyətdə bu sahədə yaranmış informasiya azlığını və ictimaiyyətin fikirlərini ifadə etmək istəklərini nəzərə alaraq, jurnalistlər üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyinin və Avropa İttifaqının birgə təşkilatçılığı ilə “Məişət zorakılığı media müstəvisində” mövzusunda 4 günlük təlim keçirilib. Təlim Avropa İttifaqının “Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində baş tutub. Məqsəd məişət zorakılığının mediada düzgün şəkildə işıqlandırılması, zorakılığa məruz qalmış şəxslərin məxfiliyinin qorunması, zorakılıq qurbanlarından müsahibə alınması yolları və ictimaiyyətə dəstək mexanizmləri barədə lazımi məlumatların çatdırılması sahəsində beynəlxalq təcrübənin paylaşılması olub.
Tədbirin açılış mərasimində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, benefisar ölkə üzrə layihə rəhbəri Sədaqət Qəhrəmanova, Bakı Dövlət Universitetinin prorektoru Fərda İmanov və Avropa İttifaqının Tvinninq üzrə rezident məsləhətçisi Laurinas Totaraitis çıxış ediblər.
Məişət zorakılığı ilə bağlı məlumatların ictimaiyyətə çatdırılmasının vacib olduğunu deyən Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bu kimi məsələlərdə medianı daha həssas olmağa çağırıb: “Məişət zorakılığı ilə bağlı məlumatların ictimaiyyətə çatdırılması formaları çox ciddi məsələdir. Bəzən materialın oxunaqlı olması üçün dolğun informasiya verirlər. Belə məsələlərdə həssas olmaq lazımdır. Zorakılıq hallarının cəmiyyətə təqdim edilməsi üzrə maarifləndirmə yüksək səviyyədə həyata keçirilməlidir. Biz düşünürük ki, tvinninq layihələrinin uğuru çox olacaq. Gələcəkdə də bu tədbirlərdə Medianın İnkişafı Agentliyi öz dəstəyini verməyə hazırdır”.
İcra hakimiyyətlərində fəaliyyət göstərən monitorinq qruplarının işi bizi qane etmir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova isə Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə fəaliyyət göstərən monitorinq qruplarının işindən narazılıq edib: “Azərbaycanın bütün yerli icra hakimiyyətlərində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir. Monitorinq qrupları tədqiqatlar aparmalı, müxtəlif tədbirlər həyata keçirməlidirlər. Ancaq onların işi bizi qane etmir. Azərbaycanda məişət zorakılığı ilə bağlı baş vermiş məsələlərlə məşğul oluruq. Ölkədə bu istiqamətdə fəaliyyət göstərən sığınacaqlar var. Eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində bu sığınacaqlar mövcuddur”.
Məişət zorakılığına Avropa yanaşması
“Məişət zorakılığı dünyanın hər yerində baş verir. Ancaq cəmiyyətdə bu, adiləşmiş formaya gətirilib çıxarılmamalı, mövzuya bu cür qərəzli münasibət aradan qaldırılmalıdır. Həmçinin qurbanların adlarının çəkilməməsinə riayət edilməlidir. Tövsiyəm odur ki, insanların taleyi barədə danışarkən ehtiyatlı davranmaq lazımdır. Gələcəkdə baş verə biləcək hadisələrin qarşısını alan zaman bu məsələlərə diqqət etmək vacibdir”.
Bu fikirləri Avropa İttifaqının (Aİ) Tvinninq üzrə rezident məsləhətçisi Laurinas Totaraitis təlimin açılış mərasimində söyləyib.
Daha sonra təlim öz işinə başladı. Avstriyalı ekspertlər Dr.Manuela Harqassner-Delpos və Tomas Heynlen iştirakçılara məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, məlumatların yayılmasında jurnalistlərin rolu və gender zorakılığı anlayışı barədə məlumatlar verdi.
Avstriyada şiddətə məruz qalanlar istədikləri qədər sığınacaqda qala bilərlər
Avstriyalı Manuela Harqassner-Delposun sözlərinə görə, ailədaxili zorakılığa məruz qalanlar üçün sığınacaqların olması mütləqdir: “Mənim ölkəmdə də məişət zorakılığına məruz qalan insanlar var. Amma həmin şəxslər hara müraciət edəcəklərini yaxşı bilirlər. Bizdə sığınacaqlara yerləşdirilən zərərçəkmişlər istədikləri qədər burada qala bilərlər. Yəni onları heç kim 14 gün sonra oradan uzaqlaşdıra bilməz. Sonra biz onları işlə təmin edirik ki, öz həyatlarını özləri təmin edə bilsinlər. Bundan başqa, həyat yoldaşı tərəfindən şiddətə məruz qalan qadın öz hüququndan istifadə edərək ərini 6 həftə ərzində evindən uzaqlaşdıra bilər. Boşanma proseduru uzandığı təqdirdə isə 6 həftəlik yasaq daha da uzadılır. Məqsəd ailəni dağıtmaq deyil, vaxtında tədbir görməkdir. Zorakılığın sonunun faciə ilə bitib-bitməyəcəyini heç kim bilmir. Hadisənin qarşısını vaxtında almaq, onu həll etməkdən daha asandır”.
Xaricdən gələn təlimçilərin təbirincə desək, Avstriya artıq bu mərhələni 50 il bundan qabaq keçib. Bəs biz niyə bu problemin həllini hələ də tapa bilmirik?
Tomas Heynlen isə bu məsələyə mental dəyərlər tərəfindən yanaşmağın daha düzgün olacağını deyir: “Təlim iştirakçılarının əksəriyyəti bizdən dünya təcrübəsini, xüsusilə də Avstriya təcrübəsini öyrənmək istədiyini deyirlər. Unutmayın ki, siz bir ingilis kimi düşünə bilməzsiniz, eynilə, ingilis də sizin kimi. Hər bir millətin öz ailəyə baxışı və milli dəyərləri var. Problemləri öz mentalitetiniz tərəfdən həll etməyin yollarını axtarıb tapmalısınız. Həmkarımın da qeyd etdiyi kimi, əlbəttə ki, Avstriyada da şiddət halları var. Amma 50 il öncə biz bu müzakirələri aparıb həll etmişik. Bu işə müxtəlif QHT-lər cəlb etmişik. İnsanlar istəyirlər ki, hər şey tez həll olunsun. Bizdə bu proses nə az, nə çox 50 il çəkdi. Dərk etmək lazımdır ki, bütün bunlar uzun müddət vaxt tələb edir”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

