Metrodan bağlara axan çay
03.11.2021 [10:54]
Paytaxtın həyatında mühüm yenilik: Bakı metropoliteninin qrunt sularından yaşıllıqların suvarılmasında istifadə edilir
Bakı metropoliteninin ayrı-ayrı stansiyalarında perronda qatar gözləyərkən əməlli-başlı axar çay səsi eşidirik. Suyun şırıltısı o qədər yaxından eşidilir ki, adam şəhərin, tıxacların gərginliyini unudub bir neçə dəqiqə də olsa, dincini alır. Xüsusilə yay aylarında bunun qatarları gözləyən sərnişinlər üçün ayrı bir ləzzəti olur. Eyni zamanda, öz-özümüzü suala tuturuq: Bəs bu sular hara axır? Deyirlər ki, yeraltı çaylar dənizə axır. Bakı metropolitenində isə mənzərə fərqlidir. Burada suların öz axarı ilə Xəzərə istiqamətlənməsi mümkünsüzdür.
Qrunt suları istiqamətləndirilməsə, metropolitenin fəaliyyəti mümkünsüz olar
Bakı metropoliteni artıq yarım əsrdən çoxdur ki, paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istifadəsindədir. İnsafən, metropolitenin çoxminli kollektivi öz işinin öhdəsindən peşəkarlıqla gəlir. Biz məhz onların əzmkarlığı sayəsində hər birimiz üçün doğmalaşan metropolitenin xidmətlərindən təhlükəsiz şəkildə yararlanırıq. Bütün şəhər gecə yuxusuna dalanda belə metropolitenin əməkdaşları iş başında olurlar və qatarları, perronları, xətləri növbəti iş gününə hazırlayırlar.
Mətləbdən uzaq düşməyək, bu, başqa bir söhbətin mövzusudur. Metropolitenin qaranlıq tunellərindən sular hara axıdılır? Sualımızı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əməkdaşlarına ünvanladıq. Qurumun Mətbuat Xidməti və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirdi ki, Bakı şəhərinin geoloji xüsusiyyətləri kifayət qədər dəyişkən və mürəkkəbdir. Metropolitenin xətləri də belə bir asan olmayan şəraitdə çəkilərək ərsəyə gətirilib. Şəhərimizdə yeraltı suların müxtəlif mənbələrdən formalaşdığını deyən qurum rəsmisi bu suların kənarlaşdırılmasının və istiqamətləndirilməsinin mürəkkəb bir proses olduğuna diqqət çəkib. “Stansiyalar inşa olunarkən qrunt sularının axıdılması mütəxəssislərin diqqət mərkəzində saxladıqları məsələlər sırasında yer alır. Metropolitenin bütün xətləri və stansiyaları boyunca yeraltı suların axıdılması məqsədilə müvafiq infrastruktur qurulur. Deyə bilərəm ki, bu məqsədlə quraşdırılan qurğular metropolitenin ən vacib infrastrukturları sırasında yer alır. Bütün xətlər, stansiyalar boyunca keçən bir çay yatağı təsəvvür edin. Bu, nağıllarda təsvir olunan mistik bir mənzərə deyil, Bakı metropoliteninin yaratdığı reallıqdır və bu reallıqdan kənarda metropolitenin fəaliyyətini də təsəvvür etmək mümkün deyil. Sərnişinlərin rahat və təhlükəsiz daşınması üçün bu infrastrukturun saat mexanizmi kimi dəqiq işləməsi tələb olunur”.
Əvvəllər şəhər kanalizasiyasına, indi isə şəhər bağlarına axıdılan qrunt suları
“2020-ci ilin iyul ayının sonlarından etibarən “Bakı Metropoliteni” QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə şəhərimiz üçün mühüm bir layihənin həyata keçirilməsinə başlayıb. Texniki məqsədlər, ələlxüsus da yaşıllıqların suvarılması üçün yeraltı qrunt sularından səmərəli istifadə olunmasını nəzərdə tutan layihə üzrə ilk mühüm addım “Nizami” stansiyasının yerləşdiyi ərazidə atılıb”, - deyə Bəxtiyar Məmmədov Bakı Metropolitenində tətbiq olunan yenilik barədə məlumat verir.
“Bu, lap yerinə düşdü”, - deyə münasibətimi bildirirəm. Təsəvvür edin, Bakı su ehtiyatları ilə bol olmayan bir şəhərdir. Belə bir şəraitdə paytaxtın yaşıllıqlarının suvarılması üçün alternativ mənbənin tapılması xəyalın gerçəkləşməsi deməkdir. Xatırladaq ki, ənənəvi olaraq Bakı metropolitenində yeraltı sular müəyyən edilmiş sututarlara istiqamətləndirilir və xüsusi mühəndis-texniki vasitələrlə kənarlaşdırılır.
“Bakı Metropoliteni”nin xətlərinin keçdiyi ərazilərdə qrunt sularının paytaxtın yaşıllıqlarının suvarılmasına cəlb edilməsi ideyası isə 2020-ci il aprelin 14-də Prezident İlham Əliyevin yanında onlayn formatda keçirilən müşavirədən sonra formalaşdı. 2020-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan həmin müşavirədə dövlət başçısı ölkəmiz üçün son dərəcə vacib olan su ehtiyatlarından səmərəli istifadə edilməsi ilə bağlı məsələni bütün ciddiliyi ilə gündəmə gətirdi. Dövlət başçısının aldığı qərar əsasında formalaşan müvafiq Komissiya aidiyy?t? qurumlarla birlikdə su ehtiyatlarından səmərəli istifadə edilməsinə dair konkret tədbirlər planı hazırlamalı və müvafiq addımlar atmalı idi”, - deyə Bəxtiyar Məmmədov bildirib.
Qurum rəsmisi vurğulayıb ki, dövlət başçısının tapşırıq və tövsiyələrini ciddi şəkildə diqqətdə saxlayan “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi yeraltı qrunt sularından səmərəli istifadə edilməsi məsələsi ilə ciddi şəkildə məşğul olmağa başlayıb və metropolitenin müvafiq qurumlarına bu istiqamətdə araşdırmalar aparılması və yeni layihələrin hazırlanması ilə bağlı tapşırıqlar verib. Artıq bir neçə ildir ki, həm ölkə paytaxtı üçün xüsusi əhəmiyyət kəsb edən ekoloji məsələlərə töhfə vermək, həm müvafiq şəhər təsərrüfatı sahələrinin inkişafına dəstək olmaq, həm də əldə olunacaq vəsaitlə Bakı metropoliteninin iqtisadi inkişafına müəyyən dəstəyi təmin etmək məqsədilə QSC rəhbərliyinin təşəbbüsü əsasında qrunt sularından səmərəli istifadə olunmasını özündə ehtiva edən bir sıra texniki araşdırmalar, təhlillər aparılır. Fikirlərinə davam edən Bəxtiyar Məmmədov vurğulayıb: “Biz suyun hər bir damcısının qədrini bilməliyik” deyən dövlət başçısının tapşırığı ilə yaradılmış komissiyanın fəaliyyətinə dəstək olan “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi qrunt suları ilə zəngin olan metropolitenin bu imkanlarından geniş istifadə edilməsi təklifini irəli sürüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından iştirakı ilə aparılan müvafiq təhlillər və araşdırmalardan sonra metropolitendə intensiv əməli işlərə start verilib. İlkin mərhələdə qısa müddət ərzində qrunt sularının daha gur olduğu və suyun debitinin müvafiq tələblərə cavab verdiyi “Nizami-Elmlər Akademiyası” stansiyalarının ərazisində qrunt sularının tərkibinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ixtisaslaşmış laboratoriyası şəraitində öyrənilməsi və müsbət rəyin alınmasından sonra, layihənin icrasına başlanılıb”.
Bəxtiyar Məmmədovun bildirdiyinə görə, “Nizami” stansiyası və müvafiq yol mənzilində yerləşən mühəndis-texniki qurğulardan suyun nəql edilməsi məqsədilə 114 mm diametrində dəmir borulardan 70 metr uzunluğunda xətt çəkilib, 100 mm-lik siyirtmələr qoyulub. Həcmi nəzərə alınmaqla ötürüləcək suyun toplanması üçün 60 ton su tutumuna malik çən quraşdırılıb. Suyun xüsusi maşınlara doldurulmasını sürətləndirmək üçün çənin çıxışı müvafiq texniki parametrlərə cavab verən nasosla təmin edilib. Burada xüsusi maşınlara doldurulan su paytaxtın yaşıllıqlarının suvarılmasında istifadə olunur. Beləliklə, fəaliyyətdə olduğu 53 il ərzində paytaxtın rəmzlərindən birinə çevrilən, əsas nəqliyyat vasitələrindən biri kimi şəhərdə insanların gediş-gəlişinin rahatlığını, təhlükəsizliyini təmin edən, Bakının memarlıq görkəminə xüsusi cizgilər qatan Bakı metropoliteni daha bir vacib sahəyə fayda verməyə başlayıb.
Qrunt sularının yaşıllıqların suvarılmasına cəlb edilməsi layihəsi uzunömürlü olacaq
Məhdud su ehtiyatlarından səmərəli istifadə edilməsinin zəruriliyi ilə bağlı Prezident İlham Əliyevin aldığı qərarlar strateji əhəmiyyət daşıyır. Məqsəd uzunmüddətli dövrdə ölkənin etibarlı su təhlükəsizliyinə nail olmaqdır ki, bu da hazırda dünyada kifayət qədər aktual olan çağırışlarla üst-üstə düşür. Məlum olduğu kimi, Prezident İlham Əliyev 27 iyul 2020-ci il tarixində “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, məhdud su ehtiyatları şəraitində, yeni iqtisadi çağırışlar nəzərə alınmaqla, ölkənin su təchizatı sistemi daha da yaxşılaşdırılmalı, ekosistemin inkişafı ilə uyğunluğu təmin olunmalı və bu məqsədlər üçün innovasiyaların tətbiqi təşviq edilməlidir. Sənədə əsasən, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi də ölkənin su təhlükəsizliyinin təmin olunması ilə bağlı müəyyənləşdirilən strateji hədəflərə uyğun olaraq Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacaq layihənin davamlılığını təmin etmək və onun əhatə dairəsini daha da genişləndirmək niyyətindədir. Bəxtiyar Məmmədovun məlumatına əsasən, metropolitenin ərazisində qrunt sularının debitinin kifayət qədər olduğu daha bir neçə sahədə araşdırmalar yekunlaşmaq üzrədir.
Beləliklə, bundan sonra metropolitenin tunellərindən kənarlaşdırılaraq, şəhər kanalizasiyasına axıdılan yeraltı sular Bakının yaşıllaşdırılmasına xidmət edəcək. Bu layihə sudan qənaətlə istifadə olunması ilə yanaşı, Bakının yaşıllıqlara bürünməsində, ağacların qurumasının qarşısının alınmasında, ekoloji tarazlığın bərpa olunmasında, eyni zamanda, paytaxtın sosial-iqtisadi inkişafında böyük rol oynayacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45

