Hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzində
23.11.2021 [10:27]
“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində bununla əlaqədar hansı məsələlər öz əksini tapıb?
Azərbaycanda həyata keçirilən sosial siyasətin səciyyəvi xüsusiyyətlərindən biri əhalinin bütün təbəqələrindən olan insanların hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasıdır. Bu kateqoriyadan olanlar sırasında hərbi qulluqçular da xüsusi yer tutur. Təsadüfi deyil ki, ölkə başçısı hərbçilərimizin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm qərarlar verir, müxtəlif fərman və sərəncamlar imzalayır. Bu günə qədər hərbi qulluqçuların aylıq vəzifə maaşlarının artırılması, onlara mənzillərin verilməsi və müxtəlif sosial müavinətlərlə təmin edilməsinin çox şahidi olmuşuq. Hərbi qulluqçuların sosial təminatı məsələləri elə həll edilir ki, onlar ev, ailə və digər məişət problemləri haqqında deyil, xidmət və Vətəni müdafiə etmək haqqında düşünsünlər.
Məzuniyyət və müalicə üçün müavinət
Yeri gəlmişkən, hərbçilərimizin sosial durumunun yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan addımlar Milli Məclisdə müzakirə olunub. Azərbaycanda hərbi qulluqçulara hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq 2 aylıq vəzifə maaşı məbləğində müavinət verilməsi təklif edilir. Bu məsələ “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, bu qayda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına şamil edilməyəcək.
Yeni qanun layihəsində qeyd edilir ki, hərbi qulluqçuların ailə üzvləri və himayəsində olan şəxslərlə birlikdə respublika ərazisində növbəti məzuniyyət keçirdikləri yerə gedib-gəlmək üçün çəkdikləri nəqliyyat xərcləri təsdiqedici sənədlər (taksidən başqa) əsasında onlara ödəniləcək.
Hazırki qanuna əsasən, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir. “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin ilkin variantına görə, xidməti yerdəyişmə zamanı hərbi qulluqçulara və onların ailə üzvlərinə birdəfəlik kompensasiya, nəqliyyat xərci, ev əşyalarının daşınması ilə bağlı xərclər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş norma və qaydada ödəniləcək.
Hərbi qulluqçulara ildə bir dəfə müalicə üçün müavinətin ödənilməsi də parlamentdə müzakirəyə çıxarılıb. Bu da “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.
Qanun layihəsində hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfə müalicə olunmaları ilə əlaqədar müavinət ödənilməsi təklif olunur.
Hərbçilərin sosial durumunun yaxşılaşdırılması ilə bağlı tədbirlər davamlı olacaq
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, hərbi qulluqçularımızın sosial təminatının daha da yaxşılaşdırılması Azərbaycanda sosial siyasətin prioritet istiqamətlərindəndir. O qeyd edib ki, Azərbaycan hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirən ölkələr sırasındadır: “Hərbçilərimizin daimi olaraq sosial proqramlarda iştirakı, onların dövlət büdcəsinin vəsaiti hesabına daha yaxından dəstəklənməsinə dair tədbirlər günü-gündən genişlənir. “Hərbi qulluqçuların statusu haqqında” qanuna son dəyişikliklər də hərbçilərimizin sosial təminatının yaxşılaşmasına xidmət edən addımlardan biridir. Təbii ki, burada məqsəd hərbçilərimizin gəlirlərini artırmaq, onların sosial təminatının daha da gücləndirilməsinə nail olmaqdır. Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra hərbi sahədə həm quruculuq işlərinin, həm sosial müdafiə tədbirlərinin genişləndirilməsi müşahidə edilir. Hərbçilərimiz, eləcə də Qarabağ qaziləri və şəhid ailələri Azərbaycanda hər zaman sosial baxımdan dəstəklənən vətəndaşlardır. Son dəyişiklik ondan xəbər verir ki, hərbçilərin sosial durumunun yaxşılaşdırılması ilə bağlı tədbirlər davamlı olacaq. Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq hərbçilərimizin sosial müdafiə sisteminin gücləndirilməsi ilə bağlı sistemli və kompleks tədbirlər həyata keçirilir. Bu baxımdan, məhz təklif edilən dəyişikliklər həmin tədbirlərin bir istiqaməti kimi xarakterizə olunmalıdır”.
Azərbaycan Ordusu güclü olmasaydı, qalib xalq ola bilməzdik
Millət vəkili Elman Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biri vətəndaşların sosial durumunun və maddi rifah halının günü-gündən yaxşılaşdırılmasıdır: “Ölkəmizdə hər zaman müdafiə sahəsinə xüsusi diqqət göstərilib. Ona görə də bu il sözügedən sahəyə ayrılan vəsaitin miqdarı keçən ildən artıqdır. Hərbçilərimizin təminatı-maaşları, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması daim diqqətdə saxlanılır. Parlamentdə sonuncu dəfə səsləndirilən təkliflərdə bu məqamlar nəzərdə tutulub. Vətənimizin müdafiəsində iştirak edən hərbçilərimizin maaşlarının artırılması və onlara müxtəlif müavinətlərin verilməsi əsas məqsədlərdən biridir. Eyni zamanda, hərbçilərimizin səhiyyə xərcləri üçün də müavinətlərin olması Qanunda öz əksini tapıb. Azərbaycan Ordusu və hərbçiləri güclü olmasaydı, bu gün qalib xalq ola bilməzdik”.
Qanuna dəyişiklik hərbçilərin və ailə üzvlərinin sevincinə səbəb olacaq
“Yeni Azərbaycan”a açıqlamasında hərbi qulluqçularımıza müxtəlif sosial müavinətlərin verilməsinin mühüm əhəmiyyətə malik olduğunu söyləyən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov qeyd edib ki, Milli Məclisdə hərbçilərin sosial durumunun yaxşılaşdırılması üçün mövcud qanuna dəyişikliklər barədə müzakirələr çoxdan aparılırdı: “Fikrimcə, bugünkü imkanlar daxilində “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik edilir. Əlbəttə, bu durum Azərbaycan hərbçilərinin sosial vəziyyətini daha da yaxşılaşdırmaq məqsədi güdür və onların həyat tərzinə müsbət təsir göstərir. Hərbçilərimizə istər evlərin, istər məzuniyyət və digər müavinətlərin verilməsi mühüm amillərdən biridir. Şanlı Ordumuzun hərbçiləri müharibə zamanı bu imtiyazları göstərdikləri rəşadətə görə qazanıblar. “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik edilməsi barədə məsələyə Milli Məclisdə baxılıb. Hərbçilər nə qədər yaxşı yaşasa, onların ailələri sosial baxımdan nə qədər müdafiə olunsa, bir o qədər yaxşıdır. Artıq bir ildən çoxdur Zəfər qazanmışıq, ancaq bu bir il ərzində dağıdılmış ərazilərdə ailəsindən uzaqda yaşan hərbçilərimiz şərəfli xidmətlərini davam etdirirlər”.
Dövlətimiz tərəfindən hərbçilərə bütün imkanların yaradıldığını vurğulayan Ş.Ramaldanovun sözlərinə görə, hazırda qışa hazırlıq və müxtəlif bölgələrdə xidmət göstərən hərbçilər üçün mövcud şəraitin yaxşılaşdırılması istiqamətin?ə işlər görülür: “Ona görə də sözügedən dəyişikliklər kifayət qədər müsbət xarakter daşıyır. Bu durum həm ordumuzda, həm də cəmiyyətimizdə rəğbətlə qarşılanacaq. Hərbçinin xidmət göstərdiyi yerdə lazım olan şərait yaradılıbsa, əlbəttə, göstərdiyi xidmət də daha yaxşı olacaq. Bu dəyişikliklər son deyil. Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə, imkanlarımız genişləndikcə, gəlirlərimiz çoxaldıqca adıçəkilən qanuna bir daha baxılacaq və bundan sonra da müsbət dəyişiklikər olacaq. Ali Baş Komandanımız hərbçilərin sosial durumunu daim diqqətdə saxlayır. Düşünürəm ki, “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişiklik hərbçilərimizin və ailə üzvlərinin sevincinə səbəb olan bir addımdır”.
Yeganə Bayramova
Xəbər lenti
Hamısına baxGündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32

