Müasir orfoepiya normalarımız
03.12.2021 [10:53]
Filoloq: “Ziyalı adamlar sözləri tam şəkildə tələffüz edirlər”
Günel Abbas
Ədəbi dilin təmizliyi və inkişafı üçün hələ məktəb vaxtlarından bizə dilin orfoqrafik və orfoepik normaları öyrədilir. İllər keçdikcə bu qaydaların tədricən dəyişilməsinin şahidi oluruq. Daim yenilənməkdə olan müasir dövrün tələbləri gündəlik istifadə etdiyimiz dilə də təsirini göstərir. Bu təsir isə özünü daha çox dilin orfoepiya (tələffüz) qaydalarında büruzə verir. Belə ki, zamanla bəzi sözlər çoxluğun istifadə etmə tərzinə görə dəyişir.
Son vaxtlar sosial media istifadəçiləri arasında xüsusilə “müəllim” və “dovşan” sözlərində tələffüzlə yazılışın eyni olması ilə bağlı müzakirələr aparılır. Sözlərin yeni qayda əsasında tələffüz olunması Nazirlər Kabinetinin “Azərbaycan dilinin orfoepiya normaları”nın təsdiq edilməsi ilə bağlı qərarda öz əksini tapıb. Bununla bağlı ictimaiyyətə məlumat verilməsinə baxmayaraq, insanların çoxunun ya bu qərardan xəbəri yoxdur, ya da yeni qaydanı qəbul etmək istəmirlər. Fikir bildirənlərin əksəriyyəti isə sözlərin köhnə qayda əsasında tələffüz olunmasının tərəfdarıdırlar.
Məsələyə aydınlıq gətirmək üçün AMEA-nın Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruslan Abdullayevlə həmsöhbət olduq.
Filoloqun sözlərinə görə, yeni qaydaya əsasən tərkibində ov, öv hərf birləşmələri olan sözlərdə səs düşümü hadisəsi baş vermir: “Fonetik prinsipə uyğun olaraq bu sözlər yazıldığı kimi tələffüz edilir. Məsələn, cövhər [cövhər], çovğun [çovğun], dovğa [dovğa], dövlət [dövlət], mövqe [mövqe] və s. Eksperimental laboratoriyada sorğu keçirilmiş və ortaya çıxmışdır ki, insanlar köhnə qayda ilə səs düşümü və uzanma ilə tələffüz olunan dovğa sözünü elə yazıldığı kimi deyirlər. Ona görə də əvvəlki qayda dəyişdirilib və yeni orfoepik prinsipə əsasən tələffüzü yazılışda olduğu kimi saxlayıblar”.
Şöbə müdiri bildirib ki, orfoepiya qaydalarının tənzimlənməsi akademiyada fəaliyyət göstərən eksperimental fonetika araşdırmaları laboratoriyasında aparılır: “Burada mütəmadi olaraq sözlərin necə tələffüz olunduğu yoxlanılır. Bu proses zamanı eyni sözlərdən ibarət olan mətn müxtəlif şəxslərə verilir və onlar mətni səsləndirirlər. Mətn oxunanda səs qeydiyyatı aparılır və çoxluğun həmin sözləri necə tələffüz etdiyi müəyyənləşdirilir. Nəticədə orfoepiya normaları müasir dövrə uyğun olaraq tənzimlənir. Müzakirə obyektinə çevrilən “müəllim” sözünün yeni tələffüz forması da bu üsulla müəyyənləşdirilib”.
R.Abdullayev deyib ki, eksperimental fonetika şəklində sözlərin oxunuşunu nəzərdən keçirsək, ziyalı təbəqə ilə savadsız təbəqə arasında fərq ortaya çıxacaq: “Bununla bağlı amerikalı dilçi Vilyam Labov öz tələbələrinə anket sorğusu aparmağı tapşırıb. Ticarət mərkəzində brend və ucuz mallar satılan yerdə sorğular keçirilir. Hər mərtəbədə müəyyən fərqlər olur. Vilyam vəziyyəti belə izah edir ki, aşağı təbəqənin yaşadığı yerlərdə sözdəki hərflər tələffüz formasında düşür, tam şəkildə tələffüz edilmir. Bir sözlə, ədəbi dilin orfoepiya normasına uyğun tələffüz olunmur. Ziyalılar isə sözləri aramla, tam şəkildə tələffüz edirlər. Qısacası, yeni qaydalar müəyyən eksperimentlər əsasında müasir dövrün və çoxluğun danışıq tərzinə uyğun olaraq tənzimlənib”, - deyə filoloq vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35

