“Kampaniya” - dönər alana zəhər hədiyyə
14.12.2021 [11:00]
MÜŞFİQƏ
Bakıda dönərdən kütləvi zəhərlənmənin olması hansı məsələləri yenidən aktuallaşdırır?
Xəbər verildiyi kimi, dekabrın 12-də saat 13:00-17:00 aralığında Bakıda dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənmə hadisəsi paytaxtın Nəsimi rayonu, metronun “28 May” stansiyasının yaxınlığında yerləşən “Dönər Market”də baş verib. Zəhərlənən 8 nəfər səhər saatlarında Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Bu barədə Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib. Bildirilib ki, zəhərlənən şəxslər bir ailənin üzvləri deyil, ayrı-ayrı şəxslərdir. Həmin şəxslər müxtəlif saatlarda obyektdən toyuq dönər alıblar. Zəhərlənənlərdən biri qadın, 7-si kişi, digər biri isə 16 yaşlı yeniyetmə olub. Yeniyetmə isə Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, zəhərlənmə faktı ilə əlaqədar müvafiq ekspertiza təyin olunub. Hazırda Nəsimi RPİ-də bununla bağlı araşdırmalar aparılır. Bununla yanaşı, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Zəhər saçan dönərxana bağlandı
Biz də Şəmsi Bədəlbəyli küçəsində yerləşən kütləvi zəhər saçan “Dönər Market”ə baş çəkdik. Hadisə yerində olan zaman öyrəndik ki, obyektin fəaliyyəti hadisə günündən etibarən dayandırılıb. Dönərxananın ətrafı lentlə əhatəyə alınıb. Obyektin yaxınlığında isə mənzərə isə ürəkaçan deyildi. Hadisə baş verən məkanın ətrafında sorğu keçirdik. İnsanlar bu barədə xəbərsiz olduqlarını, hətta ilk dəfə bizdən eşitdiklərini deyirdilər. Eyni cavabı yaxınlıqdakı dönərxananın işçilərindən də eşitmək olardı. İnsanlar yenə də heç nəyə məhəl qoymadan dönərxanalara axın edirdilər.
Tələbələrin qəsdinə duranlar
Bir kiloqram mal ətinin qiyməti 12-14 manat civarında olduğu halda, insanların sıx toplaşdığı yerlərdə 1 manat 50 qəpik, 2 manata dönər satılır. Bu qiymətləri müqayisə etsək, arada kəskin fərq olduğunu görmüş olarıq. Sözügedən obyektdə də bir dönər və bir ayranın qiyməti 2 manat 80 qəpikdir. Dönərçilərin sözlərinə görə, bir kq ətdən 10-11 dönər hazırlanır. Bəs necə olur ki, dönər belə ucuz qiymətə satılır? Dönər satanlar necə qazanırlar? Yoxsa onların satdıqları heç də təmiz ət deyil? Məşhur məsəlimizdə deyildiyi kimi - ucuz ətin şorbası olmurmuş. “28 May” metrostansiyasının ətrafında bir neçə təhsil ocağı fəaliyyət göstərir. Ekspertlərin fikrincə, təhsil ocaqlarının ətrafında bu cür dönərxanaların olması gənc və yeniyetmələrin həyatına təhlükə mənbəyidir.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

