Gələcəyin ərzaq payına uzanan əllər qırılmalıdır!
22.12.2021 [11:43]
Hərə bir az mənimsəyəndə uşaq bağçasında yemək yox, ac uşaq qalır...
İlhamə
Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib.
Düz 10 il əvvəl, 2011-ci ilin 27 dekabrında bağçalar Təhsil Nazirliyindən alınıb yerli icra hakimiyyəti orqanlarına verilmişdi. Məqsəd o idi ki, uşaq bağçalarında uşaqların istirahəti düzgün təşkil olunsun. Xərclərin İcra Hakimiyyətləri tərəfindən ödənilməsi daha məqsədəuyğun hesab edilmişdi. Hərçənd uzun müddətdir cəmiyyətdə uşaq bağçalarının yenidən nazirliyin tabeliyinə verilməsinin vacibliyi barədə müzakirələr gedirdi.
Təhsil Nazirliyinə uşaqları maddi baxımdan təmin etmək imkanları yaradılarsa, o zaman uşaq bağçalarının nazirliyin tabeliyinə verilməsi təqdirəlayiqdir. Azyaşlı uşaqlara baxmaq, uşaqların intellektinin inkişaf etdirilməsi, təhsilin ilk pilləsi üçün lazım olan ilkin biliklərin aşılanması, təbii ki, Təhsil Nazirliyinin ixtiyarına verilməlidir. “Təhsil haqqında” qanuna əsasən, uşaqların ilk təhsili bağçadan başlayırsa, bağça Təhsil Nazirliyinin səlahiyyətləri daxilində olmalıdır.
İndi qalır bu suala cavab tapmaq. Uşaq bağçalarının maddi baxımdan təminatı funksiyasını kim və hansı keyfiyyətdə yerinə yetirəcək? Əldə etdiyimiz məlumata görə, yeni qaydalara əsasən, uşaq bağçalarını yeməklə icra hakimiyyətləri təmin edəcək, Təhsil Nazirliyi isə yeməyi bölüşdürəcək və təlim-tərbiyə işi ilə məşğul olacaq.
Qeyd edək ki, əvvəllər icra hakimiyyətləri uşaq bağçalarının həm ərzaq tələbatını qarşılayırdılar, həm də vəziyyətə nəzarət edirdilər. Necə deyərlər öz əlləri idi, öz başları. 2 uşağı bağçada təlim və tərbiyə alan valideyn Gülnar Qasımova bildirir ki, dəfələrlə şikayət etmələrinə baxmayaraq, uşaq bağçalarında verilən ərzaq çox pis vəziyyətdə idi.
“Səhər yeməyinə uşaqlara bal, kərə yağı, pendir verilməlidir. Günorta yeməklərindən biri mütləq ət yeməyi olmalıdır. Günortadan sonra uşaqlara çayla şirniyyat verilməlidir. Bunu biz özümüzdən demirik. Qaydalar belədir. Amma uşaqların daima yedikləri içərisində kartof və vermişelden başqa bir şey olmayan şorba, südlü sıyıqlardır. Bununla o uşaqların sağlamlığından, normalara uyğun böyüməsindən danışmaq olarmı? Biz valideyn olaraq həmişə bundan narahat olmuşuq. Ümid edirik, barı bundan sonra vəziyyət düzələr. Mən əminəm ki, o maddiyyat bağçalara ayrılmışdı. Amma bir hissəsini icra hakimiyyəti, bir hissəsini bağça rəhbərliyi mənimsəyəndə ortada ?? uşaqdan başqa heç nə qalmır”,- deyə valideyn giley edir.
Təhsil ekspertlərinin fikrincə, korrupsiya nöqteyi-nəzərindən Təhsil Nazirliyinin imici İcra Hakimiyyətlərindən daha şəffafdır, bu mənada uşaq bağçalarının işi yaxın aylarda müsbət mənada dəyişəcək. Ekspertlər qeyd edirlər ki, icra hakimiyyətləri uşaq bağçaları ilə bağlı məsuliyyətin öhdəsindən gələ bilmədilər, pedaqoji kollektiv arasında da rüşvət halları özünü göstərdi. İndiki qaydalarla bütün neqativ halların aradan qalxması gözlənilir.
Təki ümidlər doğrulsun. Uşaqlar gələcəyimizdir deyiriksə, o gələcəyin ərzaq payına uzanan əllər qırılmalıdır. Elə valideynlər var ki, maddi vəziyyətləri aşağıdır və onlar uşaqlarının bağçada doyunca yemək yeyə biləcəyinə ümidlənərək, onları bağçaya əmanət edib, işə gedirlər. Necə deyərlər, insaf dinin yarısıdır.
Yeni qərarda diqqət çəkən məqamlardan biri də uşaq evlərinin Təhsil Nazirliyinin deyil, bir başa dövlətin tabeliyində saxlanılmasıdır. Təhsil eksperti Kamran Əsədov uşaq evləri və internatlara da xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edib.
“Bir çoxları uşaq bağçası, körpələr evi termini ilə uşaq evləri ifadəsini qarışdırır. Uşaq evləri - uşaqların valideynsiz və ya onların himayəsiz qaldığı təşkilatlardır.
Bu cür şagirdlərin tam hüquqlu dövlət köməyinə və müdafiəsinə ehtiyacları var.
İnternatla uşaq evinin fərqi odur ki, uşaq evləri həm də sosial xidmətlər göstərən təşkilatdır.
İnternat məktəblərindəki uşaqlar valideynləri və ya qəyyumları hesabına, çox nadir hallarda dövlət hesabına saxlanılır. Uşaq evləri isə tamamilə dövlət himayəsindədir.
İnternatda valideynlər uşaqları həftə sonları və tətillərdə götürmək hüququna malikdirlər. Tərbiyəçilər tərəfindən nəzarət edilən ekskursiya gəzintiləri istisna olmaqla, uşaq evlərinin şagirdlərinin isə ərazilərindən çıxmasına icazə verilmir.
İnternat məktəblərinin əksəriyyəti islah mərkəzi kimi nəzərdə tutulub. Əksər müəssisələr ya qabiliyyət inkişaf etdirmək, ya da inkişaf qüsurlu uşaqlara xüsusi qayğı göstərmək üçün yaradılıb. Qeyd etmək lazımdır ki, valideyn himayəsi olmayan və sağlamlıq problemləri olan uşaqlar nadir hallarda uşaq evlərinə qəbul olunurlar. Çox vaxt ixtisaslaşmış internat məktəblərində oxumaq məcburiyyətində qalırlar. Bu da onların həyatı üçün əlavə problemlər yaradır”,- deyə o qeyd edib.
Xatırladım ki, 20 il öncə Azərbaycanda xarici bir layihə əsasında yaradılmış SOS Kinder uşaq kəndi layihəsi çox uğurla həyata keçirildi və hələ də davam etdirilir. Bu layihə valideyn himayəsindən məhrum, yaxud aztəminatlı ailələrin övladlarının bütün həftə ərzində özünü ailə içərisində hiss edirmiş kimi, ehtiyac çəkmədən yaşamasına imkan verirdi. Uşaqlar 10 nəfərlik qruplarla xüsusi tərbiyəçinin (ana rolunu yerinə yetirən xanımın) nəzarəti altında xüsusi evlərdə yaşayırdılar. Bu layihənin geniş tətbiq edilməməsi təəssüfləndirici məqamdır. Ən azından nümunə ola bilər.
Hər bir halda ümid edək ki, Təhsil Nazirliyi uşaq bağçaları ilə bağlı çatışmazlıqları tezliklə həll edəcək, uşaq evləri və internatlarla bağlı problemlər isə tezliklə dövlətin müvafiq qurumlarının diqqətini çəkəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

