Şiddət, yoxsa tərbiyə ocağı?
14.01.2022 [23:58]
Şiddətin heç bir formasına bəraət qazandırmaq olmaz
Günel Abbas
İnsanların bir-birinə qarşı tətbiq etdiyi şiddət cəmiyyətdə hər zaman qınaqla qarşılanıb. Bu hadisənin təhsil ocaqlarında, qibtə ilə yanaşdığımız müəllimlər tərəfindən baş verməsi isə daha da ikrah doğurur. Mütəmadi tənqid etməyimizə baxmayaraq, belə hallar bumeranq kimi təkrarlanır.
Son bir ayda ikisi məktəb, biri bağça olmaqla üç təhsil ocağında bu cür hadisələr müşahidə olunub. İki gün əvvəl də İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi tərəfindən körpəyə şiddət göstərilib. Qısa zamanda sosial şəbəkələrdə yayılan videoya Daxili İşlər Nazirliyindən operativ reaksiya verilərək bağçada təhqiqat işlərinə başlanılıb.
Uşağa şiddət göstərən tərbiyəçi işdən azad edildi
Təhsil Nazirliyindən verilən məlumata görə, İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında körpəyə qarşı şiddət göstərən tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı işdən çıxarılıb. Bildirilib ki, Z.Baxışova ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən bu gündən ləğv edilib. Nazirlik uşaqlara qarşı zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyib və bunun yolverilməz olduğunu vurğulayıb.
Şagirdə qarşı fiziki güc tətbiq edilməsi, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verilməsi qanunla qadağandır. “Təhsil haqqında” qanuna görə təhsil alanların şərəf və ləyaqətinə hörmətlə yanaşılmalıdır. Bu təkcə təhsil yox, insan haqlarına da ziddir. Ötən gün Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı da məsələ ilə bağlı araşdırmalara başladı və uşaqlara qarşı zorakılıq halları ilə bağlı tədbirlər görülməsi üçün çağırış etdi.
Tərbiyə verilmir, göstərilir
Xoşagəlməz hadisələrə səbəb olanlara müvafiq qanunlara uyğun cəzalar tətbiq edilir. Bəs şiddətə məruz qalan uşaqların gələcək aqibəti necə olur, yaşadıqları travma gələcəkdə özünü necə büruzə verir?
Psixoloq Gülnar Orucova “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirdi ki, uşağı döyərək, hətta psixoloji şiddətə məruz qoyaraq böyütmək düzgün deyil: “Son zamanlar m?ktəblərlə yanaşı, uşaq bağçalarında da şiddət faktları ilə qarşılaşırıq. Bu yaş kateqoriyasında olan uşaq özünü ifadə edə bilmədiyinə görə şiddətin hansı formada olduğunu valideynlərinə çatdıra bilmir. Tərbiyəçilər də yaranan vəziyyətdən istifadə edirlər. Ancaq unudurlar ki, qorxunun hakim olduğu yerdə qoyulan qaydalar yalnız orada keçərlidir. Fərd həmin mühitdən kənarlaşdığı an o qaydalara əməl etməyəcək. Uşağın qavramasını artırmaq lazımdır. Ona “olar” və “olmaz”ı həmyaşıdları ilə birgə öyrətmək lazımdır. 3 yaşlı uşaq deyiləni yox, gördüklərini tətbiq edir. Tərbiyə verilmir, göstərilir. Uşaq tərbiyəçidən şiddət görürsə, bunu da cəmiyyətdə tətbiq edəcək.
Şiddətin heç bir formasına bəraət qazandırmaq olmaz. Valideynlər bu cür məsələlərə əhəmiyyət vermir. Düşünürlər ki, övladlarına fiziki cəza tətbiq edilsə, onların gələcəyi üçün yaxşı olacaq. Ancaq belə deyil, uşaqlar döyüldükcə özgüvənləri yox olur, gələcəkdə fərd kimi cəmiyyətə adaptasiya olmaqda çətinlik çəkirlər, ilkin mərhələdə nitq qabiliyyətləri də zəifləyir. Valideyn müəllimə “döy, tərbiyə et” deməməlidir. Döymək tərbiyə üsulu deyil. Onsuz da qrupla vaxt keçirdikcə digərlərindən lazımi xüsusiyyətləri öyrənirlər. Bu gün bir müəllimə görə bütün məktəblərə və ya bağçalara da qara yaxmaq olmaz. Bir çox dövlət bağçalarında verilən təlim, tərbiyə prosesi özəllərdən daha yaxşıdır. Onu da qeyd etmək lazımdır ki, əksər vaxtlarda fiziki cəzalar elə özəl bağçalarda verilir. Kameraların müşahidə edə bildiyi yerlərdə hər şey yaxşıdır, bəs kamera olmayanda necə?! O müəllim kimiləri az deyil, bu hadisələr müxtəlif yerlərdə təzahür edir. Bu cür insanların işdən azad edilməsi, qanuna müvafiq şəkildə cəzalandırılması digərlərinə də örnək olacaq və bir daha bu cür hərəkətlərə yer verməyəcəklər”.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

