Prioritet siyasətin daha bir uğuru
01.02.2022 [10:11]
Gənclərin İnkişaf və Karyera Mərkəzi innovativ gənclər yetişdirir
Günel ABBAS
Prezident İlham Əliyevin gənclər siyasətinin uğurlu nəticələrindən biri də 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayan Gənclərin İnkişaf və Karyera Mərkəzidir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 1 oktyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. Gənclərin hərtərəfli inkişafının təmin olunması, əlavə bilik və bacarıqlara yiyələnməsi üçün GİKM nümayəndəlikləri tərəfindən müxtəlif peşə təlimləri, təhsil və təcrübə, könüllülük, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunur.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir.
Ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlət başçısının verdiyi göstərişə uyğun olaraq, artıq 55 şəhər və rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəlikləri fəaliyyət göstərir. Nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.
Milli Məclisin gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında ölkəmizdə gənclər siyasətinə böyük önəm verildiyini qeyd etdi. Deputat bildirdi ki, bu ənənənin əsası ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə qoyulub: “Ümummilli Liderimiz hakimiyyətə gəldiyi zaman ilk yaratdığı Nazirlik Gənclər və İdman Nazirliyi oldu. Ardıcıl olaraq gənclər forumlarının keçirilməsi, bu tədbirlərdə Heydər Əliyevin iştirak etməsi, gənclər qarşısında məruzəsi, önəmli və faydalı fikirlər səsləndirməsi gənclərə Azərbaycanın gələcək inkişafının necə olması barədə yaxşı nümunə idi. Ümummilli Liderimiz keçirilən forumlarda Azərbaycançılıq ideologiyasının bünövrəsini qoyurdu. Bugünkü gəncliyimiz o xəttlə inkişaf etdi. Cənab Prezident İlham Əliyevin gənclər siyasətinə diqqət və qayğısı, gənclər günün təsis olunması, gənclər ili elan olunması bu ənənənin layiqincə davam etdirilməsinin göstəricisidir.
Gənclər və İdman Nazirliyinin nəzdində idman klublarının, olimpiya mərkəzlərinin, rayonlarda federasiya nümayəndəliklərinin olması gənclərimizin vətənərvər və fiziki sağlam yetişməsi üçün önəmli rol oynadı. Son illərdə ölkəmizdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin yaradılması bu sadaladıqlarımıza bariz nümunədir. Hazırda karyera mərkəzləri həm Bakıda, həm də regionlarda fəaliyyət göstərirlər. Mərkəzdə gənclərin karyeralarındakı önəmli məsələlər, onların təlimlərə cəlb olunması, biliklərinin artırılması üçün layihələrin təşkil olunması Azərbaycan gəncinin bütün sahələrdə inkişaf etmiş, daha innovativ və güclü insan kimi yetişməsinə şərait yaradır. 44 günlük Vətən müharibəsində Azərbaycan gənci öz üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirdi. Bütün dünyaya Vətəninə, torpağına, xalqına olan bağlılığını nümayiş etdirdi. Bizim gənclərimiz sözün əsl mənasında qəhrəmanlıq simvoluna çevrildilər. Bunların hər biri gənclər siyasətinin dövlətimiz üçün strateji bir sahə olduğunun sübutudur. Bu gün Azərbaycan gənclərinin beynəlxalq platformalarda çıxışı ölkəmizin gələcəyinin gənclərin ideyaları ilə daha işıqlı olacağına işarədir”.
Xəbər lenti
Hamısına baxSiyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:58
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

