İtkin düşən talelər
10.02.2022 [22:36]
30 ildir oğul yolu gözləyən bir ana var...
Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı maraqlı bir fakta diqqət çəkib. Onun sözlərinə görə, son bir ildə Ermənistan Azərbaycan tərəfinə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 108 nəfərin meyitinin qalıqlarını təhvil verib. Yaxın günlərdə daha 2 meyitin qalığını təhvil vermək nəzərdə tutulur.
Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşdüyü məlumdur. O da məlumdur ki, düşmən tərəfindən adları heç bir siyahıya salınmamış bir çox soydaşlarımız uzun illər Ermənistanın müxtəlif kənd və şəhərlərində ev təsərrüfatlarında qul kimi işlədilib, işgəncələrə məruz qalıblar. Bu barədə əsirlikdən qurtarılmış soydaşlarımızın dilindən eşitmişik. Məsələnin siyasi-hüquqi tərəflərini yəqin mütəxəssislər araşdıracaqlar və bu, beynəlxalq səviyyədə öz qiymətini tapacaq.
Diqqət çəkmək istədiyimiz məqam illərlə itkin sayılan insanların gözü yolda qalan doğmalarının yaşadıqlarıdır. Gəlinlər var artıq beli bükülüb, amma hələ intizarı son tapmayıb, ümidlərlə yaşayır. Əsir qadınlarımız var, düşmən əlində... Ahları, nalələri yeri-göyü yandıran... Analar var 30 ildir yatağına qor dolan, bala həsrətiylə yanan ürəyinin atəşini söndürə bilməyən, intizarla qovrulan, hər günü işgəncəyə, hər günü göz yaşına bələnən, oğul yolu gözləyən...
Onlardan biri də 30 ildir oğul həsrətinə bükülüb yaşayan Asya anadır.
Analar yanar ağlar,
Saçların yonar ağlar,
Dönər göy göyərçinə,
Yollara qonar ağlar.
Bu bayatı onun taleyinə biçilib. Asya ana 30 ildir hər qapı tıqqıltısına səksənir, hər düşən kölgəyə “bəlkə oğlumdur gələn” deyir, yuxularında balasına qovuşub qucaq açır. Ayılınca boş qalan qollarına ağı deyir. Yol ayrıcında dayanıb günəşi yola salır, günəşi qarşılayır, günlər bir-birini əvəz edir. Amma o yollarda Ələddin görünmür ki, görünmür...
Zaman unutdurur - hər dərdin, hər yaranın dərmanıdır, deyirlər. Amma bu sözün itki yarasına dəxli yoxdur. Ölümün üzü soyuqdur, torpaq insanı soyudarmış. Öldüsünü, qaldısını bilmədiyin, düşmən əlində nə hallarda, nə vəziyyətdə olduğunu bilmədiyin bir əsir balanın xiffətini çəkməyə dağ da dayanmazdı, ana ürəyi dayandı. Hər gün min dəfə ölsə də, dözdü, dayandı - “bir gün balam gələr”, deyə gözlədi.
Asya ananın oğlu Ələddin 1992-ci ildə I Qarabağ müharibəsinə könüllü gedənlərdəndir. 26 yaşı vardı. Hərbi xidmətdə tankçı olmuşdu deyə döyüşlərə də tankçı kimi qatılmışdı. Qubadlıda gedən döyüşlərdə bizim hərbi hissə döyüşə-döyüşə geri çəkilərkən, Ələddin Hüseynov nədənsə tankı geri çevirib, düşmənin üstünə gedib.
“Döyüş yoldaşlarının bəziləri deyir tank yandı, bəziləri deyir yox, yanmadı, Ələddini tankdan düşürüb əsir aldılar”. O gündən sonra nə öldüsünü eşitdik, nə qaldısını. Atası çox yerlərə getdi, çox axtardı, bir xəbər çıxmadı. Balamı harada gizlətdilər, hara apardılar bilə bilmədik. Elə hey düşünürəm. Bəlkə zülm içindədir, bizim onu xilas etməyimizi gözləyir, bəlkə onun da gözü yoldadır. Ələddin çox millətpərəst oğul idi. O əsir düşdüsə yəqin ki, çox işgəncə ediblər balama. Çünki boyun əyməzdi. Bəlkə də Ələddin özünü öldürərdi, qatlaşa bilməzdi”.
Bir ah çəkir. Hiss edirsən ki, ciyərləri yanır. Qəhər boğa-boğa “mənə bir neçə il öncə dedilər ki, oğluna şəhid statusu verildi. Qəbul edə bilmədim. İnanmadım. İnanmayacağam da. Gözümlə görməsəm, ruhum dincəlməyəcək. Bu dərdi heç düşmənimə də arzu etmirəm. Kaş doğrudan da öləydi. Bilərdim ki, şəhiddir. Ölüm haqq işidir, hamı üçün var, amma belə... Yuxularıma girir. Görürəm ki, sağdır, əsirlikdədir. Görəndə tanıya bilmirəm. Arıqlayıb. Dəyişib, saçları ağarıb. Amma o mənim xəyalımda həmişə elə 26 yaşında qalacaq. Qara saçlı, qara bığlı, yaraşıqlı. Yuxuda görəndə, günlərlə özümə gələ bilmirəm. Bizə yaşatdıqları bu zülmə görə, bu boyda acıya, əziyyətə görə səbəbkarlar axirətdə dinclik tapacaqmı? Bunun üçün Allah onlara nə cəza versə, azdır”.
Susuram. Nə deyəcəyimi, ona necə təsəlli vermək lazım olduğunu bilmirəm. Nə demək olar ki? Allah səbr versinmi deyim? 30 il bəs etməzmi səbr üçün? Faşistlərin ölüm düşərgəsində divara əsirlərdən biri tərəfindən yazılmış dəhşətli kəlmələr yadıma düşür: “Tanrı, mən səni buna görə bağışlamayacağam”.
Unutmamalıyıq! Sona çatmamışıq, çünki hələ yolumuzu gözləyənlər var...
İlhamə
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

