Bizimkilər oralarda...
15.02.2022 [10:35]
Gəzməyə, yoxsa yaşamağa qərib ölkə?
İlhamə RƏSULOVA
Bu gün dünyanın 5 qitəsində azərbaycanlıya rast gəlmək olar. Diaspora təşkilatlarının verdiyi məlumata görə, xaricdə yaşayan azərbaycanlıların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Hətta Honduras, Qvatemala, Peruda da bizimkilərə rast gəlmək olar.
Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsasən azərbaycanlıların sayı Türkiyədə və Rusiyada milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britaniyada yüzminlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada onminlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır. Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından köçənlərdir.
Banqladeş, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya, İndoneziya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı, Suriya, İraqda da soydaşlarımız var. Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumat var. Bu insanlar Azərbaycanı müxtəlif dövrlərdə müxtəlif səbəblərlə tərk ediblər. Bu normaldır. İnsan ağac deyil ki, bir yerdə bitib qalsın. Özünü daha yaxşı hiss edəcəksə, haralarasa köçüb gedə biləcək. Vətəndən uzaqlarda günü daha xoş keçəcəkmi? Bu, başqa bir mövzudur. Xaricə köçən soydaşlarımızdan gedib öz sənətinə uyğun iş tapıb karyera pilləsində yüksələnlər də var, dolanmaq üçün ən sadə işlərin qulpundan yapışanlar da.
Məsələn, bakılı Aytən Mirzoyeva hazırda Fransada yaşayır. Orta məktəbi bitirdikdən sonra ABŞ-a köçüb. Texasda Universitetə daxil olaraq İdarəetmə və Beynəlxalq İqtisadiyyat fakültəsini bitirib. 20 ildən çoxdur ki, xaricdə fəaliyyət göstərir.
Müğənni Firəngiz Rəhimbəyova uzun illər öncə Amerikaya köçüb gedib. Azərbaycan tamaşaçısı onu “Bəxt üzüyü” filmindəki Seda obrazı ilə xatırlayır. O, 1999-cu ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. İşləmir.
Aparıcı Səxavət Nur da illər öncə təhsil almaq üçün Amerikaya köçüb. Vaşinqtonda yaşayır və işləyir.
Bir zamanlar ANS telekanalında aparıcı işləmiş Aynur Talıbova da ABŞ-a köçdükdən sonra qabyuyan işlədiyini söyləmişdi. Hazırda bloger kimi fəaliyyət göstərir.
2017-ci ilin yazında Elariz Məmmədoğlunun xanımı “Green Card” lotereyasında qalib gəlib və onlar ABŞ-da daimi yaşamaq hüququ verən sənəd alıblar. Müğənni Nyu-York restoranlarının birində özünə iş tapıb.
Mühəndis Ceyhun Əsədov Almaniyada yaşayır.
Onun sözlərinə görə, Almaniyada Suriya kimi müharibə ölkələrindən gələnlərdən sübutlar tələb olunmur və sığınacaqla təmin edilirlər, müharibə olmayan ölkələrdən gələnlər isə mütləq faktlarla sübut etməlidir ki, siyasi mövqeyinə görə təqib olunduqlarına görə bu ölkəyə qaçıblar.
“Son illər bu ölkədə siyasi sığınacaq almaq üçün müraciət edən azərbaycanlıların demək olar ki, hamısına imtina cavabı verilib. Buna səbəb isə Almaniya hökumətinin azərbaycanlıların təqdim etdiyi sənəd və sübutlara inamının olmamasıdır. Buna səbəb bir müddət öncə saxta partiya sənədləri ilə siyasi sığınacaq almaq cəhdləri olmuşdu”.
Xatırladaq ki, bir müddət öncə “Müsavat” partiyasının Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri və sədr müavini saxta yollarla Azərbaycandan Almaniyaya adam göndərməsi barədə qalmaqal yaşanmışdı.
Xaricə gedənlərin bir çoxu ora çatan kimi dönüb olur “siyasi mühacir”. Başlayır Azərbaycanın əleyhinə yazıb-pozmağa. Ölkəmizdə hansısa bir xoşagəlməz məqam olanda, Avropa buna pis baxanda sanki ürəklərindən tikan çıxır. “Niyə balam, çörəyini yeyib suyunu içdiyiniz bu torpağa niyə gəc baxırsınız?” sualının cavabı da asandır - Avropadan bu məqsədlərlə ayrılan pullar.
Amma Avropaya hamı siyasi mühacir kimi getmir. Əmək miqrantları da var, təhsil almaq üçün gedənlər də. Təhsil almaq üçün Polşaya üz tutmuş Miraslan Məmmədov deyir ki, bu ölkədə bacarığı olan adama iş tapmaq asandır. O həm işləyir, həm də oxuyur.
Almaniyada həkim işləyən Leylan Vaqifqızı da vəziyyətdən məmnun görünür. Köln şəhərinin ətraf qəsəbələrindən birində pediatr işləyən Leylan xanım deyir ki, dil bilgilərin varsa və işini peşəkarcasına görə bilirsənsə, Almaniyada həkim kimi işləmək çətin deyil. Leylan xanım Tibb Universitetini Bakıda, rezidenturanı Almaniyada bitirib.
Bir zamanlar Bakıda yaşamış müəllimə Dinarə Əliyeva İsveçdə bir gəminin restoranında təmizlikçi işləyir.
Keçmiş idmançı Mehdi Musayev Fransaya köçəndən sonra hippodromda atlara qulluq edir, gəmi mühəndisi Heybət Heybətov isə Belçikada türklərin məskunlaşdığı məhəllələrdən birində dönərçi kimi iş tapıb. Sürücü Eyvaz Asəfli elə Almaniyada da sürücü işləyir.
İsveçrədə yaşayan jurnalist Toğrul Hüseynov bildirir ki, İsveçrədə miqrantların həyatı yerləşdikləri kontonlara görə dəyişir.
“Burada rəsmi olaraq 4 dövlət dili var. Ən az birini öyrənmək lazım gəlir. Dil öyrənmək üçün 6 ay vaxt verilir. Bəzi kontonlarda miqrantlara 10 ilə qədər inteqrasiya müddəti verilir. Bəzi kontonlarda bu müddət azdır. İnteqrasiya müddətində dövlət oturum almış xarici vətəndaşa hər cür dəstək göstərir. Lakin İsveçrədə hər adamı işə almırlar. Peşə kursları 1-4 il müddətində davam edir. Məsələn, mənim xanımım Bakıda olanda gözəllik salonunda saç ustası işləyirdi. Burada ona icazə verilmədi. Mən özüm arabir fransız dilindən tərcümələr edirəm. Lakin fransız dilində akademik səviyyədə yazmağı, danışmağı bacarmalıyam ki, İsveçrə qəzet və jurnallarında dərc oluna bilim. Burada jurnalist təhsili verilmədiyinə görə, jurnalistlərdən xüsusi sertifikat, diplom tələb olunmur. Sadəcə, istedad lazımdır. Miqrant həyatı heç bir ölkədə asan deyil. Sən həyatını sıfırdan başlamalısan. Dil öyrənməlisən, yerli mədəniyyətə alışmalısan. Bəzən onların güldüyü şeylər sənə, sənə gülməli görünən şeylər onlara qəribə gəlir. Uyğunlaşmaq zaman alır. Xüsusən, ortayaşlı insan üçün. Vətəndən uzaqda adam çox şey üçün darıxır. Bir zaman əhəmiyyət vermədiyin adi cığır, daş-kəsək, ağac belə yadına düşür, darıxırsan”.
“Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” demişdilər. Bu vətəni həm gəzmək, həm də yaşamaq üçün də yaxşı eləmək öz əlimizdə deyilmi? Avropaya sərt mentalitetimizdən, özümüzə hördüyümüz divarlarımızdan, qadağalarımızdan azad olmaq üçün qaçan və qaçmaq istəyən soydaşlarım, bəlkə bir yerə yığışıb Azərbaycanın özünü Avropaya çevirək. Hansı cəhətlərdir o ölkələrdə sizi cəlb edən? Bəlkə onları öz ölkəmizdə yaradaq?
Avropalı kimi olmaq istəyirsiniz? Hatəmxan ağa demiş, bizdə nə varsa onlarda onun əksi var, tərsini edin, olun avropalı. Küçələrə tüpürməyin, lifti bulamayın, küçə lampalarını, dayanacaqların şüşələrini qırmayın, hərəyə bir “vedrə bağlamayın”, qeybət qırmayın, sizə dəxli olmayan işlərə burnunuzu soxub, başqalarının həyatını zəhər etməyin, yaşıllıq salın, fəal olun, bir-birinizə hörmət edin, heç nə edə bilmirsinizsə, ən azından bir-birinizin üzünə gülümsəyin. Öz ömrünüzü yaşamağa çalışın. Bu da olsun bizə oralar kimi vətən.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

