AMEA-nın prezidenti mütləq akademik olmalıdır?
04.03.2022 [10:07]
Təhsil eksperti hesab edir ki, akademiyada sistem dəyişikliyi edilməli, Nizamnamə dəyişdirilməlidir
NURLAN
XXI yüzillik bilik əsasında idarəetmə əsridir. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, elmi təşkilatçılıq işinin düzgün qurulması milli hədəflərə çatmağa imkan verir. Bu baxımdan, elm sahəsində idarəetmənin mütərəqqi beynəlxalq təcrübəyə uyğun həyata keçirilməsi zəruridir. Yəni dünya təcrübəsində artıq elmi ad, elmi dərəcə, yaş, titul, sertifikat və diplom sayı kimi formal tələblərdən xilas olunaraq müasir elmi menecment sisteminin qurulması müşahidə edilir. Xüsusilə də, elmi müəssisələrə, akademiyalara müasir biliklərə yiyələnmiş, yeni çağırışlara uyğun dünyagörüşünə malik və idarəetmə qabiliyyəti olan şəxslərin rəhbərlik etməsinə önəm verilir. Mütəxəssislər qeyd edirlər ki, Azərbaycanda da oxşar addımlar atmağa ehtiyac var.
Bu səpkidə müzakirə olunan məsələlərdən biri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) timsalında elmi idarəetmə sisteminin dəyişdirilməsidir. Bu baxımdan, əsas diqqət yetirilən məsələ AMEA prezidenti olmaq üçün tələblərin müasir standartlara uyğunlaşdırılması, süni maneələrin və formal məsələlərin aradan qaldırılmasıdır. Məsələn, AMEA-da prezident postunu tutmaq üçün akademik elmi adına sahib olmağın mütləq tələb kimi qəbul edilməsi müasir beynəlxalq təcrübəyə uyğun deyil. Bu gün ABŞ, Fransa, Böyük Britaniya və digər bir sıra ölkələrdə akademiya statusu daşıyan qurumlara təcrübəli menecerlər rəhbərlik edirlər. Onların elmi nailiyyətləri çox olsa da, heç də akademik elmi adı daşımırlar. Ümumiyyətlə, adlarını çəkdiyimiz və digər müasir sistemə malik ölkələrdə ayrıca “akademik” elmi adı yoxdur. Elmi fəaliyyətin önündə daha çox professorların getdiyini və onların idarəetmədə təmsil olunduğunu görürük. Ona görə də mütəxəssislər AMEA-da da sistem dəyişikliyini zəruri hesab edirlər. Xüsusilə də, bu formal tələblərin aradan qaldırılmasına və idarəetmənin səmərəliliyinə mane olan Nizamnamədə dəyişiklik edilməsinin vacib olduğu qeyd olunur.
Məsələ ilə əlaqədar “Yeni Azərbaycan”a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, ABŞ-da, Yaponiyada, Sinqapurda Qərbi Avropa ölkələrində inzibati-idarəetmə işini mükəmməl bilən və bu sahədə faydalı təcrübəsi, zəruri biliyi olan şəxslərə elmi təşkilatçılıq işində üstünlük verilir: “Onlar elm-təhsil müəssisələrinin, akademiyaların idarə olunmasına cəlb edilirlər. Azərbaycanda isə yalnız elmi adlara və dərəcələrə, akademik göstəricilərə üstünlük verilir. Bir şəxs kimya, biologiya və digər sahələr üzrə yüksək biliyə - savada malik ola, akademik adını daşıya bilər. Amma bu, elm müəssisəsini idarə etmək üçün yetərli deyil. Əsas məsələ müasir dünyagörüşünə və idarəetmə qabiliyyətinə malik olmaqdır. AMEA-ya rəhbərlik edən şəxsin mütləq akademik olması şərti doğru deyil. Ona görə də akademiyada sistem dəyişikliyi olmalı, Nizamnamə dəyişdirilməlidir”.
Akademiyanın məramı nədir? Təbii ki, elmi inkişafa töhfə vermək. Bu təkcə alimə lazım deyil, cəmiyyət və dövlət üçün həyati əhəmiyyətlidir. Ona görə də işi - fəaliyyəti formal tələblər üzərində qurmaq lazım deyil. Hər halda, ilk akademiyanın yaradıcısı, Qədim Yunan filosofu Platonun Afina yaxınlığındakı “Akademeia” adlı zeytun bağında tələbələrinə riyaziyyat, təbiət elmləri və dövlət idarəçiliyi kimi müxtəlif istiqamətlərdə dərs deməsi üçün yüksək titullara sahib olması vacib deyildi. Bunun üçün düşüncə, təfəkkür və dünyagörüşü yetərli idi. Yaxud bu gün Fransız Akademiyası (Academie Française), Böyük Britaniyadakı Kral Akademiyası və digərləri akademik tərəfindən idarə olunduğuna görə yox, idarəetmə işini müasir tələblər və çağırışlar əsasında qurduqlarına görə böyük nailiyyətlər qazanıblar. Və ən əsası, AMEA-ya baxıb “o akademikdən bizdə niyə yoxdur” ,- deyə həsəd aparmırlar.
P.S. Mövzunu davam etdirəcəyik.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27

