“AMEA-nın professoru” adı təsis edilib...
17.03.2022 [10:39]
Ali Attestasiya Komissiyası isə ölkədə elmi adları və dərəcələri verən yeganə qurum olduğunu söyləyir
Təhsil eksperti akademiyanın bu addımını özfəaliyyət kimi dəyərləndirir
13 nəfərin “AMEA-nın professoru” adını alması nə dərəcədə doğru və qanunidir?
Müşfiqə BAYRAMLI
Son zamanlar cəmiyyətdə müzakirə olunan mövzulardan biri elmi dərəcələrin və elmi adların verilməsi məsələsidir. Bu da təsadüfi deyil. Çünki hazırda dörd bir tərəfimizi fəlsəfə doktoru və elmlər doktoru əhatə edir, elmi dərəcə alanların sayı ədədi silsilə ilə artır. Məsələ ondadır ki, kəmiyyət artdıqca keyfiyyət azalır. Yəni elmi ad və dərəcə alanların sayının artmasına baxmayaraq, fundamental, səmərəli elmi tədqiqatların sayında azalma müşahidə edilir. Ona görə də cəmiyyətdə “bir çox alimlərimizin işi elə ancaq elmi ad arxasınca qaçmaqdan ibarətdir” qənaəti formalaşıb.
Problemi dərinləşdirən amillərdən biri də elmi ad verilməsində sistemsizlik və boşluq mühitinin yaradılması, yaxud özfəaliyyətə yol verilməsidir. Məsələn, 2017-ci ildə “AMEA-nın professoru” elmi adı təsis edilib. Bu adı almaq üçün elan olunan müsabiqədə respublikanın elmi və ali təhsil müəssisələrindən 24 nəfər iştirak edib. AMEA Rəyasət Heyətinin üzvlərinin iştirakı ilə keçirilən seçkinin nəticələrinə əsasən 13 alim “AMEA-nın professoru” adına layiq görülüb. Maraqlıdır, bu, hansı qanun və ya qayda ilə tənzimlənir? Elmi adların və dərəcələrin verilməsi birbaşa Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) kompetensiyasına aid məsələ deyilmi?
“Yeni Azərbaycan” qəzeti olaraq AAK ilə əlaqə saxladıq. Komissiyadan verilən məlumata görə, Ali Attestasiya Komissiyası Azərbaycanda elmi adları və dərəcələri verən yeganə qurumdur: “AMEA-nın professoru” adı təsis edilmişdi. Amma sonradan bu yığışdırılıb. Elmi adların verilməsi birbaşa bizim komissiya tərəfindən həyata keçirilir. Azərbaycanda elmi adları və dərəcələri verən yeganə orqanıq. Əgər “AMEA-nın professoru” elmi adının verilməsi məsələsi hələ də varsa, bunun üçün birbaşa AMEA-ya müraciət etməlisiniz”.
AMEA ilə əlaqə yaratsaq da, suallarımız cavabsız qaldı. Qurum suallarımıza cavab verməkdən yayındı.
Təhsil eksperti Elçin Əfəndi isə AMEA-nın bu addımını özfəaliyyət hesab edir: “ Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə təsdiq edilib. Əsasnamədə elmi adların verilməsi məsələsi tam aydın şəkildə öz əksini tapıb. Elmi adların verilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzarətində olan prosesdir. Müvafiq müsabiqədən sonra adın verilib-verilməməsinə həmin komissiya qərar verir”.
Təhsil eksperti söyləyib ki, AMEA-nın özbaşına kimlərəsə müvafiq elmi adları və yaxud professor adını verməsini AAK-a qarşı sayğısızlıq kimi qiymətləndirmək olar: “Dünya təcrübəsinə baxsaq, görərik ki, əgər hər hansı bir ölkədə vahid komissiya yoxdursa, hər bir universitet və yaxud elmi təşkilat elmi ad verilməsi səlahiyyəti daşıya bilər. Yəni müəssisə birbaşa elmi adların verilməsini həyata keçirə bilər. Amma vahid komissiya varsa, elmi adların verilməsini də bu komissiya həyata keçirir və ya təsdiq edir. Müvafiq olaraq AMEA elmi işçisinin ad almasını istəyirsə, bununla bağlı AAK-a müraciət edir. Həmin namizəd barədə məlumat verir. Ondan sonra ona elmi adın verilib-verilməməsi məsələsi Komissiyanın ixtiyarında olur. Şəxs AMEA-da çalışan professor ola bilər, amma konkret olaraq “AMEA-nın professoru” elmi adının verilməsi doğru deyil. Məsələn, istənilən universitetdə çalışan şəxs dosent və yaxud da professor adlanır. Onlara adları universitet yox, komissiya verib. Düşünürəm ki, AMEA da bu qaydalara riayət etməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

