Novruz - bəşəriyyətin mənəvi dəyəri
19.03.2022 [00:24]
Günel ABBAS
Novruz təkcə onu qeyd edən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Azərbaycanın təşəbbüsü ilə hazırlanmış qətnamə layihəsinə Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniya da qoşulub.
Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı daim artır. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.
Azərbaycan xalqı hər il bu bayramı martın 21-i ilə 23-ü arası müxtəlif mərasimlərlə qeyd edir. Bayram gününə qədər isə su, od, torpaq və yel çərşənbələri keçirilir. Süfrənin bəzəyi olan səməni yazın simvolu kimi göyərdilir. Hər evdə şəkərbura, paxlava, qoğal, fəsəli, qatlama kimi şirniyyatlardan ibarət xonça bəzədilir. Şam yandırılır, tonqal qalanır, ölənlərin xatirəsi yad edilir. Bayramda küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedirlər. Bu gün məxsusi olaraq, qulaq falına çıxan hər kəs sevindirici xəbər eşitmək arzusunda olur. “Kosa-kosa” oyunu, keçəlin məzəli əhvalatları bayrama xüsusi şənlik qatır.
Novruz bayramı təkcə ölkəmizdə yox, həm də digər türk dövlətlərində xüsusi təmtəraqla qeyd edilir. Türkiyənin Cənub Şərqi Anadolu bölgəsində Qaziantep və onun ətrafında 22 mart gününə “Sultan Novruz” adı verilib. Bu bölgədə, eləcə də Qarsda Azərbaycanda olduğu kimi, qapı pusma, baca-baca adətləri yaşadılır. Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla pak edilməsi adəti var. Qırğızlar bunu qədim türk şamanlarından qalma adət hesab edirlər. Onlar “Alas-alas, hər bəladan xilas” - deməklə, öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər.
Türkmənistanda bayramdan beş-altı gün öncə, evlərin təmizlənməsi başlanır. Türkmən çörəyi, plovu və müxtəlif şirniyyatlar hazırlanır. Səməni Novruzun xüsusi yeməyi sayılır. Bir neçə ailə bir araya gəlib, böyük bir qazanda buğda, un və şəkərdən səməni bişirirlər. Qazaxıstanda, adətə görə, evlərin divarlarına, müxtəlif əşyalar üzərinə gil qablar atıb sındırırlar. Bu adət köhnə ilin pisliklərindən, xəstəliklərindən yeni ildə uzaq olmaq məqsədi daşıyır. Qazaxlar da tonqal üzərindən atlanırlar.
Özbəkistanın Səmərqənd, Buxara, Əndican şəhərlərində Novruza həsr edilmiş şənliklər bir həftəyə qədər davam edir. Özbəklərin bişirdikləri xüsusi yeməklərdən ən əsası məşhur özbək plovu, samsa və sümələkdir. S hərfi ilə başlayan sünbül, səbzi, sirkə, iydə (sancid) kimi 7 nemət süfrəyə düzülür. Əfqanıstanda Novruz şənliklərinin mərkəzi Məzari-Şərif şəhəridir. İnsanlar müqəddəs ziyarətgah sayılan bu şəhərə toplaşır, xüsusi mərasimlər, şənliklər təşkil olunur. Novruzda Məzari-Şərifdə müxtəlif oyunlar, yarışmalar da olur - xoruz döyüşdürürlər, it boğuşdururlar və s.
Azərbaycanda Sovet dövründə digər milli-mənəvi dəyərlərimizlə yanaşı, Novruz bayramı da sərt qadağa və təqiblərlə üzləşirdi. Bütün bunlara baxmayaraq, xalq öz milli bayramını qeyri-rəsmi şəkildə olsa da, ailəsi ilə birgə qeyd edirdi. Azərbaycanın müstəqillik əldə etməsindən sonra isə xalqımız uzun illər ayrı düşdüyü milli-mənəvi dəyərlərinə, bayramlarına qovuşdu. Novruz bayramı ən yüksək səviyyədə öz layiqli qiymətini aldı və dövlət səviyyəsində daha böyük təntənə ilə qeyd olunmağa başlanıldı. Bu günə qədər hər il İçərişəhərdə bayram şənlikləri təşkil olunur, ölkə Prezidenti başda olmaqla mühüm rəsmi şəxslər də bayrama qatılırlar.
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35

