Kosmosda unudulan adam
05.04.2022 [10:59]
İlhamə
Adətən yerdəki insanların taleyinə göydəki ulduzlar, göy cisimləri təsir edir deyirlər. Bu göydəki insanın taleyinə isə əksinə, yerdəki inqilablar təsir eləyib. Sergey Krikalev - kosmosda unudulmuş sonuncu SSRİ vətəndaşı barədə eşitmisinizmi? O, kosmosda yaşamaq üzrə dünya rekordu vurmağa məcbur qalıb. Sovet İttifaqının dağılması zamanı Sergey Yer ətrafında fırlanan “Mir” stansiyasında olduğu üçün o, SSRİ-nin sonuncu vətəndaşı, kosmik Robinzon, ən uzunömürlü kosmos sakini adlarını almalı olub.
“Soyuz TM-12” 19 may 1990-cı ildə komandir Anatoli Pavloviç Artsebarski, bort mühəndisi Sergey Krikalev və britaniyalı astronavt Helen Şarmanla birlikdə orbitə buraxıldı. Bir həftə sonra Şarman əvvəlki ekipajla birlikdə Yerə qayıtdı, Krikalev və Artsebarski isə “Mir”də qaldılar. Yay ərzində onlar stansiyada çoxsaylı elmi təcrübələr apardılar, texniki xidmət işləri apararkən altı dəfə açıq kosmosa çıxmalı oldular. Yerə qayıtdıqdan az sonra kosmonavta ikinci uçuş planı verildi və 1991-ci ilin mayında Krikalev SSRİ-ni son dəfə görərək, uçmalı oldu. Sergey Krikalev Yerdəki hadisələrin onu “kosmosun ən uzunömürlü sakininə” çevirəcəyini bilmirdi.
19 may 1991-ci ildə Krikalev bütün uçuş tapşırıqlarını uğurla yerinə yetirmiş və evə qayıtmaq üzrə idi. Lakin Sovet İttifaqının dağılması ilə bütün kosmik proqramlar təxirə salındı. Kosmonavt səmada unuduldu. Heç kim onu geri gətirmək istəmirdi. Çünki bu, böyük xərc tələb edirdi. Yerdə dağılmış bir dövlətdə xaos, ondan qalan borclar, hiperinflyasiya hökm sürürdü. Krikalev kapsula ilə geri dönə bilərdi. Lakin bu “Mir” stansiyasının məhvinə səbəb ola bilərdi. Kosmonavt gözləməli oldu. Onun kosmosda qalma müddəti öncədən 5 ay planlaşdırılmışdı. Lakin vaxt iki dəfə uzadıldı. Bu müddət ərzində səmaya qalxmış 2 şatlın heç birində ona yer olmadı. Krikalev kosmosda 311 gün keçirməli oldu və bu müddətdə onunla demək olar ki, maraqlanan yox idi. Bu qədər uzun müddət kosmosda qalmaq xərçəng xəstəliyi riski, kosmik radiasiyaya məruz qalmaq, əzələlərin tamamilə hərəkətdən düşməsi demək idi. Məşhur kosmonavt kosmosda qaldı, çünki parçalanan ölkə göydəki “Robinzon”a qayıtmaq imkanı verə bilmədi. O xarab olan cihazları özü təmir edir, öz həyatının xilası üçün cəhd göstərirdi. Bu müddətdə ruslar “Mir” kosmik stansiyasını iki alıcıya satdılar. Yaponiya 12 milyon dollar, Avstriya 7 milyon dollar ödəniş etdi. Yalnız 311 gün sonra Almaniya öz astronavtını Krikalevlə əvəz etməyə qərar verincə onun Yerə qayıtmaq şansı yarandı. Yerə dönərkən o 4 nəfərin köməyi ilə ayaq üstə dayana bilirdi. Həddən artıq zəifləmişdi. Krikalev səmaya SSRİ-dən uçmuşdu, qayıtdığı ölkə isə Rusiya Federasiyası idi. Bu uçuşa görə Sovet İttifaqı Qəhrəmanı S.K.Krikalevə Rusiya Qəhrəmanı adı da verildi.
Krikalev bütün dünyada tanınır, bəzi ölkələrdə ona həsr olunmuş muzey stendləri də var. 1998-ci ildə amerikalı rejissor Maykl Bey “Armageddon” filmini çəkərkən filmdə rus kosmonavt polkovnik Lev Andropov obrazı altında əslində Krikalevin obrazını yaradıb - kosmik stansiyada tək yaşayan dəli, sərxoş, başına qulaqlı papaq qoymuş, yanacaq çənini ling və çəkiclə döyəcləyərək açan qəribə kosmonavt obrazını yəqin ki, xatırlayırsınız.
Geri qayıdana qədər “kosmik Robinzon” yer ətrafında 130 dəfə dövr edərək 5.486.215 kilometr uçmuşdu.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

