Pandemiya başa çatır, yoxsa virus növbəti tələsini qurur?
16.04.2022 [11:06]
COVID pasportunun ləğvi gözlənilir
İ. RƏSULOVA
Hələ 2022-ci ilin yanvar ayından etibarən dünyanın aparıcı xəbər agentlikləri tezliklə pandemiyanın başa çatacağına dair proqnozlar verirdilər. Daha sonra bu proqnozları Ümumdünya Səhiyyə Təşkilatı ÜST-dən gələn məlumatlar da təsdiqlədi. 7 apreldə koronavirusun kəskin mərhələsi başa çatır və ÜST böyük ehtimal ki, bu il pandemiyanın başa çatdığını elan edəcək. Bu açıqlamanı Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze verib.
Həyatda heç nə əbədi olmadığı kimi bu pandemiya da əbədi sürə bilməzdi. Müxtəlif dövrlərdə yayılmış çiçək, vəba, taun epidemiyaları, bütün Avropanı fəlakətlərə sürükləmiş “İspan” qripi də, quş qripi, donuz qripi də tüğyan edildikdən sonra geri çəkildi. Mütəxəssislər hesab edirlər ki, müxtəlif ölkələrdə lokal xarakterli virus kəskinləşməsi qeydə alınsa da, o, daha əvvəlki kimi güclü olmayacaq. Çünki insan orqanizmi koronavirusa alışdı, vaksinlər də öz müsbət təsirini göstərdi.
Aprelin 15-dən etibarən Azərbaycana giriş üçün COVID-19-a dair PCR testini təqdim etmək tələbi ləğv olunub. Eləcə də, ölkədaxili uçuşlar, Bakı-Naxçıvan-Bakı avtobus marşrutu ilə hərəkət zamanı İran sərhədində PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmayacaq. Xarici ölkələrdə artıq COVID-19 pasportu ilə bağlı tələblər də aradan qaldırılır. Böyük Britaniyada yanvarın sonunda “Omicron”un yayılması ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlər aradan qaldırılıb. Estoniya hökuməti fevralın 14-dən bütün fəaliyyətlər üzrə COVID-19 sənədinin yoxlanılması tələbini ləğv etmək qərarını verib. Macarıstan hakimiyyəti də ictimai yerlərdə qoruyucu maskaların məcburi taxılmasını, eləcə də koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən bir sıra məhdudiyyətləri ləğv edib. Bu siyahını uzatmaq da olar. Onların əksinə, Çinin Şanxay şəhərindən yenidən bəd xəbərlər yayıldı. Bir sözlə, dünya çaş-baş qalıb. Hələ ehtiyat edənlər də var, “bütün məhdudiyyətlər aradan qaldırılsın” deyənlər də.
Bəs ölkəmizdə də COVID-19 pasportunun ləğvi gözlənilirmi?
“Ölkəmizdə də COVID-19 pasportunun ləğv olunması gözlənilir”. Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev səsləndirib.
Deputat bunu yoluxma sayının aşağı düşməsilə əlaqələndirib: “Artıq yoluxma sayı 100-dən aşağı düşüb və ölkənin 90%-i vaksin olunub. Təxminən 10-15 gün sonra Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni bir qərar veriləcək. Bizə qarşıdakı günlərdə yoluxma sayını gözləmək qalır”, - deyə o bildirib.
Yoluxma sayı isə azalan xətlə hərəkət edir. Məsələn, ötən həftə ölkəmizdə koronavirusa yoluxma nəticəsində ölüm faktı qeydə alınmayıb. Aprelin 14-də 14 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər sağalıb, 1 nəfər vəfat edib.
ÜST-nın məlumatına görə, ötən həftə bütün dünyada COVID-19 infeksiyasına 7 milyondan çox yoluxma qeydə alınıb. Bu da öncəki həftə ilə müqayisədə 24 faiz azdır. Bununla yanaşı, həftə ərzində ölüm hallarının sayı 18 faiz azalaraq 22 min nəfər təşkil edib.
Ölüm halları Avropada 26 faiz, Afrikada 73 faiz və Qərbi-Sakit Okean regionunda 21 faiz azalıb. Bu həftə ərzində ən çox yoluxma Koreya, Almaniya və Fransada qeydə alınıb. Son yeddi gündə ən çox ölüm halı ABŞ-da olub - 3 min 682 nəfər. Ölkə əhalisinin sayı nəzərə alınarsa, dəhşətli göstərici sayılmaz. Lakin ÜST insanlara hələ də tam rahat nəfəs almaq imkanı vermir. Çünki Avstraliyada yeni yayılmış genomu BA.1 və BA.2 (“gizli” omikron) fraqmentlərindən ibarət olan “omikron” XE-nin rekombinant variantı ÜST tərəfindən pandemiya tarixində ən yoluxucu elan edilib. Hərçənd omicron və onun xələfləri barədə də təşkilat eyni həyəcanla təbil çalmışdı”.
Ekspertlər hesab edirlər ki, koronavirus XE-nin omikron ştamının daha yoluxucu variantının ortaya çıxması çox güman ki, COVID-19-un yeni dalğasına səbəb olmayacaq, çünki koronavirusa qarşı immun təbəqə formalaşıb. Yeni ştam bütün əvvəlki versiyalardan təxminən 10% daha çox ötürülür.
“Əgər biz indi yoluxsaq da, xəstə deyiliksə, onda 10% əlavə ötürücülük çətin ki, problem yaratsın. Və çətin ki, bu, yeni dalğaya səbəb olsun”, - deyə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin əməkdaşı KİV-ə bildirib.
2 il içində pandemiya şərtləri altında yaşamağa elə alışdıq ki, hətta bu sərt məhdudiyyətlərin özündən qopmaq belə bəzi insanlara ağır gəlir. Pandemiya başlayarkən “daha heç nə əvvəlki kimi olmayacaq” deyənlər müəyyən qədər haqlıydılar. Onlar tam haqlı çıxmasınlar deyə, bu bəladan tezliklə can qurtarmalıyıq. Yoxsa əsarətə alışmış, azadlığından qaçaq insan toplumuna çevriləcəyik.
Xatırladaq ki, ÜST 2020-ci ilin mart ayında COVID-19 infeksiyasının yayılmasına görə pandemiya elan edib. İndiyədək dünyada koronavirusa 501 milyon 188 min insan yoluxub, virus səbəbindən 6 milyon 209 min 741 nəfər həyatını itirib.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

