Səadət Sarayından xoşbəxtlik evinə
23.04.2022 [11:52]
MÜŞFİQƏ
- Nikaha daxil olmaq barədə
ətraflı düşünmüsünüzmü?
- Bəli!
Neçə-neçə sevgiyə şahidlik edən, elə təməli də sevgi üzərində qurulan bir abidədən - Səadət Sarayından söhbət açacağıq. Bakını sevmə səbəblərimizdən biri olan bu möhtəşəm tikili cütlüklərin sevgilərini rəsmiləşdirdiyi ünvandır. Saray Bakının mərkəzində, Murtuza Muxtarov və Əhməd Cavadın adını daşıyan küçələrin kəsişməsində, M.Muxtarov küçəsi 6-da yerləşir.
Öz sahibləri burada səadət tapmadılar
Öz sahibləri belə burada səadət tapmasalar da, bina hər zaman sevgi atributu olaraq qalır. Şəhərin ən yaraşıqlı binalarından olan sarayın tarixçəsinə nəzər salaq. Bakının memarlıq ansamblında özünəməxsus yeri olan Səadət Sarayının binası milyonçu Murtuza Muxtarov tərəfindən tikdirilib.
Həyat yoldaşı Liza xanım Tuqanova ilə Venesiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər. “Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!” - deyə Liza heyranlığını əri ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy bu binanın bənzərini Bakıda tikdirmək qərarına gəlir. Bakının memarlıq incilərindən biri olan bu bina polyak mənşəli arxitektor İosif Ploşkonun layihəsi əsasında, “Qasımov qardaşları” şirkəti tərəfindən tikilib. Bina fransız qotik üslubunda inşa edilib, interyeri klassik, qotik və rokoko ənənəsində işlənib.
Nəticədə, 1912-ci ildə binanın tikintisi başa çatır. Bir gün Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına gətirir. Heyrətindən nə deyəcəyini bilməyən qadın, binanın qapısında qulluqçularının onları qarşıladığını görüncə və sarayın ona bağışlandığını eşidincə sevincinin həddi-hüdudu olmur. Bakı milyonçusu xanımı ilə bu sarayda 1920-ci ilə qədər yaşayır.
Azərbaycanda sovet rejimi qurulduqdan sonra saray bolşeviklərin ixtiyarına keçir. Evinə 3 nəfər rus zabitinin soxulduğunu görən Muxtarov bu rüsvayçılığa dözməyərək əvvəlcə onları, sonra isə özünü dəhlizdəcə güllələyir.
Oktyabr inqilabından sonra bina Əli Bayramov adına Qadın klubu, daha sonra isə Şirvanşahlar muzeyi kimi fəaliyyət göstərir.
Səadət Sarayında ilk nikah
Daha sonralar uzun illər “Nikah evi” kimi istifadə olunur. Açılışın birinci günündən gənclər ailə həyatı qurmaq üçün ilk yollarını buraya salır, ömürlərinin ilk xoşbəxt dəqiqələrini keçirirlər. Sarayda ilk dəfə 1967-ci ildə Tamilla ilə Altay cütlüyünə nikah bağlamaq nəsib olur. Cütlük xoşbəxtlik sarayının tarixinə əbədi həkk olunur. Zamanla Səadət Sarayı uzun illər Bakıda nikah mərasimlərinin keçirildiyi əsas məkan kimi şöhrət qazanır.
Xoşbəxtlik sarayının əvvəlki şöhrəti özünə qaytarıldı
Tarixi abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə ölkə əhəmiyyətli tarixi və memarlıq abidəsi kimi qeydə alınır. 2012 - ci ildə saray əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilir. Təntənəli mərasim, VİP qəbul, rəqs və gözləmə zalları, qəbul zamanı elektron və texniki xidmətin təmin edilməsi üçün otaqlar, eləcə də rəsmi görüş otağı, rəsmi danışıqların aparılması üçün geniş zallar da qonaqların zövqünü oxşayır.
Beləliklə, yüksək zövqlə görülən əsaslı yenidənqurma işləri nəticəsində Bakının daha bir memarlıq abidəsinə yeni həyat verilir, Səadət Sarayının əvvəlki şöhrəti özünə qaytarılır.
Arzu edirik ki, bu xoşbəxtlik sarayı qədər bizim xanımların həyatı işıqlı, fərəhli və gözəl olsun. Burada ailə həyatına atılan addımlar sevənləri mənalı günlərə qoşa aparsın.
Foto Dövlət Televiziyasının arxivindən götürülüb.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

