Təhsilimizdəki boşluqlar: problemlər və həlli yolları
23.04.2022 [11:55]
Məktəbəqədər təhsil nə qədər önəmlidir?
Bildiyimiz kimi, peşəkar müəllim olmadan ən yüksək səviyyədə hazırlanmış kurikulumun belə uğurlu tətbiqindən söz gedə bilməz
Nicat PAŞA
Ölkəmizdə təhsil sahəsində ardıcıl islahatların həyata keçirilməsinə baxmayaraq, məktəbəqədər təhsil, ibtidai sinif təhsili, abituriyentlərin universitetlərə hazırlıq prosesi zamanı üzləşdikləri çətinliklər və bu kimi digər hallar barədə narazılıqlar hələ də qalmaqdadır.
Bəs narazılıqların real səbəbi nədir? Problem necə həllini tapmalıdır?
“Yeni Azərbaycan” qəzeti olaraq təhsildəki boşluqlarla bağlı mütəmadi olaraq araşdırma yazıları dərc edirik. Hələ bir müddət öncə qəzetimizdə orta məktəbdə istifadə olunan tarix dərsliklərindəki nöqsanlar və çatışmazlıqlar barədə araşdırmalara start vermişik. Araşdırmalar zamanı məlum olur ki, bir çox dərs vəsaitində ciddi nöqsanlar var.
Bu gün isə məktəbəqədər təhsildəki mövcud problemləri araşdırmağa çalışdıq.
Belə ki, bir çox valideyn övladının hələ orta məktəbə addım atmamış məktəbəqədər təhsil - bağça dövründən yüklənməsindən şikayətçidir. İddialara əsasən bu qənatə gəlmək olur ki, məktəblilər həm fiziki, həm də mənəvi mənada yüklənirlər. Lakin bu mövzuda da fikir ayrılıqları var. Valideynlərin məsələyə yanaşması fərqlidir. Məsələn, valideyn Vüsalə Hacıyevanın 2 övladı məktəblidir, biri altıncı sinfdə oxuyur, digəri isə birinci sinfdə. V.Hacıyeva da dərs yükünün ağır olmasından şikayətçidir: “Böyük oğlum Murad üçün dərs yükü həmişə ağır olub. Birinci sinifdən indiyədək dərslərinin öhdəsindən gəlməkdə çətinlik çəkib. Amma bu il birinci sinfə başlayan Nihat üçün eyni sözləri deyə bilmərəm. Ötən il məktəbəhazırlıq qrupunda təhsil aldı. Bu il də eyni templə məktəbə davam edir. Birincidə hiss etdiyim ağırlığı ikinci uşaqda görmürəm. Amma bilirəm ki, yuxarı siniflərdə materiallar daha çox ağırlaşır. Valideyn olaraq da dərs yükünün ağır olduğunu hiss edirəm. Özü də sadəcə uşaq beyni üçün yox, elə qolları üçün də. Yay tətilindən sonra bunu daha çox hiss etdim. Uzun fasilədən sonra uşaqları məktəbə aparıb-gətirdim. Bir həftə qollarım ağrıdı”.
Bir müddət öncə təhsil naziri məktəbəqədər təhsil proqramının yenilənməsi ilə bağlı əmr verib. Məsələ ilə bağlı Təhsil Nazirliyinin rəsmisi Vəfa Yaqublu mətbuata açıqlamasında bildirib ki, qərar 2012-ci ildən tətbiq edilən kurikulumun yenilənməsidir. Şöbə müdiri xatırladıb ki, hər dəfə yenilənən proqram əvvəlkinin qüvvədən düşməsi anlamına gəlir: “Bu, ümumilikdə uşaq bağçalarında kurikulumun ləğv edilməsi demək deyil, sadəcə bunun yenilənməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması deməkdir. Uşaq bağçalarında təhsil komponenti qayğı komponenti qədər vacibdir. Bəzən anlaşılmazlıq yaranır ki, 1 yaşlı körpələr tədrisə necə cəlb oluna bilər?! Qeyd edim ki, uşaq bağçalarında bütün öyrənmə fəaliyyətləri oyunlar vasitəsilə həyata keçirilir”.
V.Yaqublu əlavə edib ki, əvvəlki proqramdan fərqli olaraq yeniliklər də olub: “Misal olaraq, yeni proqramda inkişaf sahələri dəqiqləşdirilib, uşaqlara hər yaş üzrə veriləcək vacib bacarıqların standartları müəyyənləşdirilib. Təsdiqlənən yeni proqram universal olduğu üçün həm dövlət, həm bələdiyyə, həm də özəl təhsil müəssisələri üçün keçərlidir”.
Mövzu ilə bağlı qəzetimizə danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, ənənəvi təhsildən fərqli olaraq, yeni konsepsiya əsasında həyata keçirilən təhsil yalnız nəticə deyil, həm də dəyər, o cümlədən proses, sistem kimi başa düşülür: “Yeni əsrin əvvəllərindən başlayaraq təhsilə yanaşmalar yeniləşməkdədir. Ciddi sosial fenomen kimi təhsilin mahiyyəti, məzmunu, forması, mərhələləri və s. barədə müzakirələr davam edir. Cəmiyyətin təhsil mərhələsindən keçməsi ciddi və məsul bir hadisə kimi nəzərə alınır. Artıq tərbiyə ənənəvi pedaqogikanın əsas anlayışlarından biri kimi müasir təhsil müstəvisində şəxsiyyətin inkişafının mühüm atributlarından biri olmaq missiyasını təhsil anlayışına ötürür. Təbii olaraq bu mübadilədə təhsil də özünün mənasını genişləndirir, şəxsiyyətin zəruri keyfiyyətlərinin ifadəçisi olan dəyərləri də ehtiva etməyə başlayır”.
Təhsil mütəxəssisi həm də diqqətə çatdırıb ki, məktəbəqədər mərhələnin təhsildə ilk pillə olması onun əhəmiyyətini bir neçə cəhətdən şərtləndirir. Onlardan birincisi uşaqların sosiallaşmasının təmin olunmasıdır: “Məlum olduğu kimi, sosiallaşma müasir dövrün zəruri ictimai hadisəsi kimi əhəmiyyət daşımaqla cəmiyyətin inkişafında önəmli rol oynayır. Təhsil müəssisələri bu ictimai hadisənin reallaşdırılmasını təmin edən, ona imkan yaradan vasitə kimi əvəzsiz əhəmiyyət daşıyır. İlk növbədə, o, uşaqların 5 yaşa qədərki dövrünü əhatə etməklə daha çox praktik bacarıqlar formalaşdırmaq imkanına malik olur. Uşaqlar bu dövrdə daha geniş idrak fəaliyyəti göstərə bilməkdən əlavə, öyrəndiklərini möhkəm mənimsəməklə uzun müddət yadda saxlayır və istifadə edirlər.
Bundan əlavə, məktəbəqədər təhsil müəssisələri uşaqlarda formalaşan şəxsi keyfiyyətlərin əsasında durmaqla baza rolunu oynayır. Onların məktəbəqədər təhsil mərhələsində qazandıqları keyfiyyətlər təhsilin digər pillələrində əldə etdikləri bacarıqların özülünü təşkil edir”.
2022-c? ilə olan statistikaya nəzər salsaq, aydın olur ki, respublikamızda belə müəssisələrin sayı 1694-dür, həmin müəssisələrə 127954 uşaq cəlb olunub. Bu, respublikamızda uşaqların 16,5%-nin məktəbəqədər təhsil müəssisələrinə cəlb olunması deməkdir. Halbuki həmin göstərici Finlandiyada 99%, Fransada, Belçikada 95%, Almaniyada 90%, bir sıra MDB ölkələrində isə 50-85% təşkil edir. Fəaliyyət göstərən bu məktəbəqədər təhsil müəssisələrində 13469 pedaqoji işçi çalışır. Ümumiyyətlə, ölkə üzrə 3532 yaşayış məntəqəsindən 2667-də (75,5%) məktəbəqədər təhsil müəssisəsi yoxdur. Məktəbəqədərin ilk təhsil pilləsi kimi əhəmiyyəti və rolunu nəzərə almış olsaq, yuxarıda göstərilən faktların nə dərəcədə narahatlığa səbəb olmasını aydın təsəvvür etmək mümkündür.
Beynəlxalq təcrübəyə gəlincə, məlumdur ki, ABŞ-da məktəbəqədər təhsil icbari hesab edilmir. “Lakin 2013-cü ilin fevral ayında bəyan edilmiş bütün amerikalılar üçün erkən yaşlı uşaqların təhsili üzrə Obama Planında hər bir uşağın məktəbəqədər təhsillə təmin olunması təklif edilir. Bu məqsədlə böyük miqdarda investisiya yatırımı nəzərdə tutulur. Amerikada uşaqların məktəbəqədər təhsillə əhatə olunması həm dövlət, həm də özəl sektor tərəfindən həyata keçirilir. Çində məktəbəqədər təhsil pilləsi bütün cəmiyyətin resurslarının səfərbərliyi sayəsində inkişaf etdirilir. Məktəbəqədər təhsil müəssisələrində tətbiq olunan təhsil proqramları sistemli, məqsədli və çoxtərəflidir. Çində 3 yaşdan 6 yaşadək uşaqlar məktəbəqədər təhsilə cəlb olunur. Çin məktəbəqədər təhsilə olduqca ciddi diqqət yetirən azsaylı ölkələrdən biridir. Yaponiyada məktəbəqədər təhsil pilləsi məcburi deyil. Yalnız valideynlərin arzusu ilə adətən uşaqlar dörd yaşından uşaq bağçasına gedir. Bəzən valideynlər çox məşğul olduqları halda onların uşaqları 3 yaşından uşaq bağçasına götürülə bilər. Yaponiyada 1 yaşlı uşaqlar üçün körpələr evi vardır, lakin uşaqları belə erkən ailədən vermək məsləhət görülmür. Həmin müəssisələrə uşaqların yerləşdirilməsi valideynin körpəsini 3 yaşadək tərbiyə etmək imkanı olmamasını ciddi səbəblərlə əsaslandırılmış xüsusi müraciəti olduğu halda mümkündür. Rusiyanın 2013-cü ildə təsdiq edilmiş “Məktəbəqədər təhsilin federal dövlət təhsil Standartı”na əsasən, bu təhsilin başlıca məqsədi uşağın şəxsiyyətinin, təşəbbüskarlıq və yaradıcılıq qabiliyyətlərinin, sosial bacarıqlarının inkişaf etdirilməsidir. Bütün bunlara böyüklərlə və yaşıdları ilə əməkdaşlıq şəraitində yaşa uyğun fəaliyyət növləri vasitəsilə nail olmaq nəzərdə tutulur. Uşaqların fərdi inkişafı və sosiallaşması üçün inkişafetdirici təhsil mühitinin yaradılması əsas istiqamət kimi qeyd edilir. Məktəbəqədər təhsil dövlət, özəl və bələdiyyə müəssisələrində həyata keçirilir”, - deyə ekspert əlavə edib.
K.Əsədov deyib ki, bu gün ölkəmizdə məktəbəqədər təhsil sahəsində görülmüş müsbət işlərlə yanaşı, bir sıra həllini gözləyən problemlər də mövcuddur. Onun fikrincə, bu problemləri 3 əsas hissəyə ayırmaq olar: məzmun, kadr və infrastruktur. Məktəbəqədər təhsilin kurikulumunun tətbiqi üzrə müəyyən işlər görülsə də, obyektiv və subyektiv səbəblərdən bir sıra çətinliklər mövcuddur: “Təbii ki, bu problem pedaqoji kadr hazırlığı ilə bilavasitə əlaqədardır. Bu sahədə aparılan işlər zamanın tələbinə cavab vermir. Məktəbəqədər təhsilin kurikulumunun məqsəd və vəzifələrinin həyata keçirilməsi peşəkarlıq baxımından ciddi problemləri olan bu kadrların potensial imkanlarının fövqündədir. Hazırda respublikanın məktəbəqədər təhsil müəssisələrində 14614 pedaqoji kadr çalışır. Lakin son illərdə onların ixtisasartırması, kurikulumun tətbiqi və müasir təlim texnologiyaları baxımından təkmilləşməsi müəyyən mənada unudulmuşdur. Respublikanın kənd rayonlarında orta və qeyri-ixtisas təhsilli şəxslərin məktəbəqədər təhsil müəssisələrində pedaqoji kadr kimi işlə təmin olunması problemin daha da dərinləşməsinə gətirib çıxarır. Bildiyimiz kimi, peşəkar müəllim olmadan ən yüksək səviyyədə hazırlanmış kurikulumun belə uğurlu tətbiqindən söz gedə bilməz”.
“İnfrastruktura gəldikdə isə, respublika üzrə yaşayış məntəqələrindən 75,5%-də məktəbəqədər təhsil müəssisəsinin olmaması, mövcud müəssisələrin əksəriyyətinin əsaslı təmirə ehtiyacının olması, maddi-texniki bazanın zəifliyi, 354 məktəbəqədər təhsil müəssisəsində məcburi köçkün ailələrinin məskunlaşması ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlbolunma göstəricisinin aşağı düşməsinə səbəb olmuşdur”, - deyə K.Əsədov qeyd edib.
Necə deyərlər, yazmaq bizdən, həll olunması isə aidiyyəti qurumlardan...
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

