62 yaşlı Bakı funikulyorumuz
26.05.2022 [10:34]
Avropanın ən yaxşı funikulyorları sırasında ilk 5-likdədir
MÜŞFİQƏ
Şəhərlər şəhəri Bakını daha da gözəlləşdirən bir məkandan - 62 yaşlı Bakı funikulyorumuzdan danışacağıq. 1960-cı ildə mayın 5-də istifadəyə verilən funikulyor şəhər sakinləri tərəfindən maraqla qarşılanmış, onlar üçün əsl hədiyyə olmuşdu. Tanınmış dövlət xadimi, əməkdar mühəndis Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilən funikulyorun ilk qatarları Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdi.
İki stansiyadan ibarət funikulyorun vaqonları saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası intervalı 10 dəqiqə olan funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.
Funikulyorun cəmi 2 stansiyası var. “Bəhram Gur” stansiyası Azneft meydanına,”Şəhidlər Xiyabanı” stansiyası isə Dağüstü parka çıxır. Hər iki stansiyadan vaqonlar eyni vaxtda eyni relslə stansiyanı tərk edir, yolun tam yarısında bir-biri ilə qarşılaşanda ayırıcı relslərlə ötüşürlər. Vaqonlar bir-birini ötüb keçdikdən sonra yenidən eyni relslə hərəkət edirlər.
Bir sözlə, Şəhidlər xiyabanı ilə Dənizkənarı Milli Parkı ən qısa yolla birləşdirən yeganə nəqliyyat vasitəsidir. O, nəinki, nəqliyyat vasitəsi, həm də paytaxtımızın panoramını seyr etmək üçün ən gözəl məkandır. Şəhərimizə açılan mənzərə bütün möhtəşəmliyi ilə səni salamlayır, seyrinə çağırır. Günü-gündən daha da müasirləşən və yenilənən 62 yaşlı funikulyor bazar ertəsindən başqa, hər gün səhər saat 10:00-dan axşam 22:00-a kimi işləyir, sanki sərnişinlərini “göyün yeddinci qatı”na qaldırır. Funikulyorun iş prinsipinə görə, 1 sərnişinin olması belə qatarın işə düşməsinə kifayətdir.
Heç də təsadüfi deyil ki, Avropanın ən yaxşı funikulyorları sırasında ilk 5-likdə qərarlaşıb.
Funikulyorumuz yerli sakinlərlə yanaşı, turistlərin də ən çox üz tutduqları məkanlardan biridir. Öz fərqli və maraqlı memarlıq üslubu ilə görənlərin diqqətini çəkir. Xüsusilə də, Milli Parkda səhər yürüşlərini edənlər Dağüstü parka getmək üçün funikulyora üz tuturlar.
2012-ci ildə yeni nəfəs verilib
Funikulyor dörd dəfə təmir səbəbiylə bağladılıb. İlk dəfə 1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək istifadəsi dayandırılıb. Uzun müddət istifadəsiz qalan bu nəqliyyat vasitəsi 2001-ci ilin sonunda təmir edilərək yenidən istifadəyə verilib. Növbəti dəfə isə 2007-ci ildə təmir olunub. Bu təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan müxtəlif səs-küylər minimuma endirilib. Lakin budəfəki təmir də funikulyoru uzunömürlü etməyib. Müəyyən fasilələrlə işləyən funikulyor 2011-ci ilin aprelində yenidən əsaslı təmirə dayandırılıb.
Və nəhayət, 23 may 2012-ci ildə əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişdilər.
Qatarlar xüsusi sifarişlə Almaniyadan, kompüter sistemi və avadanlıqlar isə digər xarici ölkədən gətirilib. Hər vaqon 28 oturacaqla təchiz olunub, bundan əlavə 12 nəfər üçün ayaqüstü sərnişin yerləri ayrılıb. Kompüter sistemi ilə idarə olunan funikulyorda hansısa texniki nasazlıq aşkarlandıqda dərhal mərkəzə məlumat ötürülür. İndiyə qədər heç bir nasazlıq baş verməyib. Hər həftənin 1-ci günləri mütəxəssislər burada profilaktik işlər görür, sistem yoxlayırlar. Funikulyorda qatarlar bir kanata bağlıdır və bir xətlə hərəkət edirlər. Onlarda nə mühərrik, nə də digər qurğu olur.
Burada sərnişinlərin rahatlığını təmin etmək üçün gözləmə zalı da yaradılıb. Funikulyordan istifadə edə bilmək üçün öncə ödəniş terminalından kart əldə etmək lazımdır. Terminal 3 dildə - Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir. Qeyd edək ki, bir gediş sadəcə 1 manatdır. 6 yaşından aşağı uşaqlar üçün isə giriş pulsuzdur.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
YAP xəbərləri
29 İyun 14:35
Mədəniyyət
29 İyun 14:08

