“Domino effekti”
28.05.2022 [13:00]
Yeni vərdişlərə fokuslanın
MİKAYIL
İnsanın davranışları adətən bir-birinə bağlı olur. Həyatımızı formalaşdıran vərdişlərimiz və rutinlərimizin bir çoxu bir-biri ilə əlaqədədir. Həyat sistemlərinin və insan davranışlarının arasında təəccüb yaradan qarşılıqlı əlaqə mövcuddur. Məsələn, Jennifer Li Dyukes adlı qadının halına nəzər salaq. Yetişkin vaxtlarında 40 yaşına qədər anası demədiyi və ya evə qonaq gəlmədiyi halda, Dyukes heç vaxt yatağını yığışdırmazdı. Bir gün o, başqa bir yola baş vurmaq qərarına gəldi və nə qədər əhəmiyyətsiz görsənsə də, yatağını dörd gün dalbadal toplamağı bacardı. Bununla məhdud qalmayaraq, dördüncü günün səhərində yatağı düzəltdikdən sonra o, yataq otağındakı bir neçə paltarları qatladı, corablarını topladı. Daha sonra o, mətbəxdə çirkli yemək qablarını çanaqdan çıxararaq qabyuyan maşına yerləşdirdi, şkafdakı plastik qabları yenidən səliqəyə salıb, mərkəzinə bir dekorativ donuz fiquru yerləşdirdi. O, sonralar bu etdiklərini belə izah etdi: “Yatağımı toplamağım kiçik ev işlərində zəncirvari təkan oldu. Özümü böyümüş kimi hiss edirdim - xoşbəxt, qanunən yetişkin, yatağı yığılmış, təmiz çanaq, səliqəyə salınmış qablar və dəzgahın üzərində bir donuz fiquru. Özümü evdarlıq Bermud üçbucağının enerji soran daxili xaosunun içindən möcüzəvi şəkildə çəkib çıxaran qadın kimi hiss etdim. Jennifer Li Dyukes “Domino effekti”ni təcrübə edirdi. Bəs bu effekt nə deməkdir? İnsan psixologiyasına necə təsir edir?
“Domino effekti” nəzəriyyəsi ilk dəfə Con Foster Dalles tərəfindən hazırlanıb. Bu termin 1950-1980-ci illərdə ABŞ siyasətçiləri tərəfindən Soyuq Müharibə dövründə ABŞ-ın digər ştatlara müdaxiləsinə haqq qazandırmaq üçün istifadə edilib. Hər hansı davranışda dəyişiklik etdikdə bu proses zəncirvari bir reaksiyanı aktivləşdirir və digər davranışlarda da dəyişikliyə səbəb olur. Northwestern Universitetindəki tədqiqatçılar 2012-ci ildə edilən bir araşdırmada kəşf ediblər ki, insanlar oturaraq istirahət etdikləri zamanı hər gün azaltdıqca, gündəlik yağlı qidaları qəbul etmələri də azalır. Baxmayaraq, onlara yağlı qidalardan az tükədilməsi ilə bağlı heç bir tələb qoyulmamışdı. İştirakçıların qidalanma vərdişləri təbii şəkildə düzəlməyə doğru gedirdi, onlar şüursuz şəkildə yeməyə və kresloda oturub televizora baxmağa daha az vaxt sərf edirdilər. Bir vərdiş başqa birinə gətirib çıxardı, yəni bir domino növbəti dominonu yerə yıxdı. Öz həyatınızdakı oxşar hallara nəzər sala bilərsiniz. Fərdi bir nümunə olaraq, əgər mən idman zalına getməyi vərdiş halına gətirsəm, təbii ki, daha çox işə yönəldilmiş və gecə daha yaxşı yuxu yatmış olaram. Baxmayaraq ki, davranışlarımı düzəltmək üçün heç vaxt xüsusi bir plan hazırlamamışam. “Domino effekti” mənfi vərdişlər üçün də aktualdır. Sosial şəbəkələrdə zaman keçirmək də bu istiqamətdə doğru misal ola bilərdi. Biz sosial medianı başdan-başa gözdən keçirdiyimiz zaman təxminən 20 dəqiqəmiz itir.
Stanford Universitetinin professoru BJ Fogg isə deyir ki, yalnız bir davranışı dəyişə bilməzsiniz. Bizim davranışlarımız bir-birinə bağlıdır, buna görə bir davranışı dəyişdirəndə, digər davranışlar da dəyişir.
Məqalənin başlanğıcındakı hekayəyə qayıtsaq, Jennifer Li Dyukes hər gün yatağını səliqəyə salmağa başladığı andan o, əslində bu ideyaya kiçik bir addım atırdı. Bir neçə gün sonra o, özündə bu yaratdığı yeni vərdişi evin başqa yerlərinə də tətbiq etdi. Bu, “Domino effekti”nin maraqlı bir nəticəsidir. Hər kiçik domino düşəndə, özünüz üçün yeni vərdişlər yaratmağa başlayırsınız.
“Domino effekti”nin əsas qaydası sizi ən motivə edən şeydən başlamaqdır. Kiçik addımlarla başlayın və ardıcıl olaraq davam edin. Fərq etməz hansı domino birinci düşəcək, ta ki biri düşənə qədər. Çətinlik hiss etdiyiniz anda işinizi kiçik hissələrə bölün. Yeni vərdişlərə fokuslanın. Bir domino digər dominonu avtomatik olaraq yıxdığı kimi, proseslərin davam etməsinə şərait yaradın.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

