6 gün qaldı...
09.06.2022 [10:38]
Çimərlik mövsümü gəlir
Diqqət: Nəzarətdə olan çimərliklərdən istifadə edin
Günel ABBAS
İyunun 15-dən ölkəmizdə çimərlik mövsümü başlayacaq. Hazırda mövsümün başlamasına bir həftədən az qalsa da, çimərliyə üz tutanların sayı kifayət qədərdir. Təbii ki, çimərlik mövsümündə xoşagəlməz halların baş verməsi də istisna deyil. Təhlükəli hesab edilən hallardan biri də sakinlərin batma təhlükəsi ilə üzləşməsidir. Ancaq qeyd etmək lazımdır ki, dənizdə batma hallarının minimuma endirilməsi üçün hər il təhlükəli çimərliklərin siyahısı ictimaiyyətə təqdim olunur. Deməli, insanlar özləri buna əməl etməkdən yayınırlar. Bəs, çimərliklər mövsümə necə hazırlanır?
Hansı çimərliklər təhlükəlidir?
Xəzərin sualtı relyefinin dəyişilməsi ilə əlaqədar bəzi ərazilər təhlükəlidir. Bunu nəzərə alaraq, vətəndaşlara çimərliklərə üz tutan zaman bəzi ərazilərdə çimərkən maksimum diqqətli olmaları tövsiyə edilir. İllərdir dəyişikliklərin davam etdiyi ərazilər var ki, axınların istiqaməti küləyin sürətindən asılı olaraq dəyişdiyi üçün həmin ərazilərdə təhlükələr yaranır. Şüvəlan qəsəbəsində Mil-Qaya adlanan ərazi, Nardaran qəsəbəsində 12-ci dalan adlanan ərazi və Novxanı qəsəbəsində “Ləman” çimərliyinin yaxınlığında təhlükəli ərazilər mövcuddur.
Ötən gün verilən məlumata görə isə Bakı şəhərində 7 rayonu əhatə edən monitorinqlərin nəticələri açıqlanıb. Eyni zamanda, respublikanın cənub və şimal zonalarında və Sumqayıtda da monitorinqlər həyata keçirilib. Əsasən, çimərlik ərazisində dəniz suyunun 3 nöqtəsindən - mərkəzi, sağ və sol - nümunə götürülüb. Aparılan monitorinqlərin nəticəsinə görə, Xəzər və Binəqədi rayonu ərazisindəki çimərliklərdən vətəndaşların istifadə etməsi məqsədəuyğundur. Qaradağda Sahil, Səbaildə Şıx, Hövsan və Türkan çimərliklərindən vətəndaşların istifadə etməsi məqsədəuyğun sayılmır.
Qeyd edək ki, iyunun 10-15-də monitorinqlərin nəticələri barədə geniş məlumat veriləcək.
FHN batma təhlükəsinə qarşı tədbirlər həyata keçirir...
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlili bildirib ki, Fövqəladə Hallar Nazirliyinin sahilboyu ərazilərdə apardığı monitorinqlər yekunlaşıb: “Monitorinqin nəticəsi olaraq, aidiyyəti icra hakimiyyətlərində işçi müşavirə keçirilib. Müşavirə zamanı aşkar olunan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə qurumlara tapşırıqlar verilib. Bildiyiniz kimi, çimərlik mövsümü müvafiq icra hakimiyyəti başçısının sərəncamı ilə rəsmən açıq elan olunur. Bu sərəncamda bir sıra qurumlar üzərinə konkret olaraq tapşırıqlar, göstərişlər verilir. Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti də çimərliklərdə insanların sularda təhlükəsizliyi məsələsinə cavabdehdir. Bu baxımdan, biz aprel ayından etibarən bir sıra tədbirləri həyata keçirmişik və bu proseslər hələ də davam edir”.
Onun sözlərinə görə, su altında təbii proseslər nəticəsində müxtəlif təhlükəli maneələr - yarğanalar, burulğanlar və s. bu kimi təhlükələr yaranır ki, bunlar da birbaşa insan həyatı üçün təhlükədir: “Bu təhlükələri vaxtında aşkar etmək üçün dalğıc sualtı baxışlarını həyata keçiririk. Qeyd edim ki, bu il yalnız bir boğulma hadisəsi baş verib. Bunun da səbəbi vətəndaşların nəzarətsiz ərazilərdən istifadə etməsidir. Vətəndaşlara müraciət edirik ki, xilasedicilərin nəzarət etdikləri çimərliklərdən istifadə etsinlər. Biz yalnız dövlət tərəfindən nəzərdə tutulmuş və 6 ictimai çimərlikdə nəzarət həyata keçiririk. Özəl çimərliklərdə isə bu məsələlər həmin çimərliklərin rəhbər şəxsləri tərəfindən tənzimlənməlidir”.
FHN rəsmisi vətəndaşlara küləkli havada çimərliklərdə ehtiyatlı davranmağa çağırıb: “Vətəndaşlardan xahiş edirik ki, quraşdırılan lövhələrə diqqət etsinlər, spirtli içki içib suya girmək və suda kobud hərəkətlər yolverilməzdir. Eyni zamanda, qızmar günəş altında və qaranlıqda çimərlikdə qalmaq təhlükəlidir. Qaranlıq havada suya girmək məsləhət deyil, çünki üzmə sərhədlərini göstərən nişanları görmək mümkün olmur. Eyni zamanda, bədbəxt hadisə baş verəndə biz də axtarış edə bilmirik”.
Hansı çimərliklər təmizdir?
Çimərliyə üz tutarkən onun təhlükəsiz olması ilə yanaşı təmizliyinə də diqqət edirik. Məlumdur ki, hazırda dünyada bir sıra xəstəliklər hökm sürür. Bu baxımdan, sanitariya qaydalarına ikiqat riayət etməli oluruq. Mövsümün başlaması ilə əlaqədar çimərlik ərazilərinin təmizlənməsi ilə bağlı müvafiq qurumlara Bakı Şəhəri İcra Hakimiyyətinin tapşırıqları verilib. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birgə mayın 16-dan etibarən Xəzər dənizinin çimərlik ərazilərində monitorinqlərə başlayıblar. Monitorinq nəticələrinin yaxın günlərdə ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub.
Çimərliklərin təmizlənməsinə kimlər nəzarət edir?
Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonundakı “Şıx” çimərliyi ərazisində - ümumilikdə 6 yerdə fəaliyyət göstərən çimərliklər Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. İcra Hakimiyyəti tərəfindən çimərlik mövsümü ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılır. Çimərliklərdəki inventarlar, günlüklər, söhbətgahlar, sanitar qovşaqlar və duşlar yoxlanılır, qaydaya salınır. Hazırda sosial şəbəkələrdə yayılan videolar əsasında ətraf mühitin qorunması və pandemiya qaydalarına əməl olunması ilə bağlı çimərlik ərazilərində maarifləndirici lövhələr, poster və elanlar daim yenilənir.
Çirklənmənin səbəbləri...
Çimərliklərin çirkləndirilməsinin əsas səbəbi əraziyə nəzarətin zəif olmasıdır. Məlumdur ki, Ekologiya və Təbii Sərvətlər və Səhiyyə nazirlikləri istifadəsi məqsədəuyğun olan çimərliklərin siyahısını açıqlayır. Monitorinqlər zamanı məlum olur ki, sakinlər siyahıda olmayan çimərliklərdən də yararlanırlar. Həmin çimərliklərdən istifadə etmək isə insan sağlamlığı üçün olduqca zərərlidir. Qeyd edək ki, əgər 1 litr suda icazə verilən bağırsaq çöplərinin miqdarı 5 mindirsə, dəniz suyunun baktereoloji müayinələr üçün götürülən nümunələrində bu göstərici normadan dəfələrlə yuxarı olur. Nəticədə, həm antisanitar şərait yaranır, həm də ətraf mühitin çirklənməsi prosesi bir az da aktuallaşır. Səbəb isə insanların həmin çimərliklərdən istənilən zaman istifadə edə bilmələridir. Ona görə də ilk növbədə bunun qarşısı alınmalıdır. Təəssüf ki, əhaliyə ictimai nəzarət çox çətindir, ancaq mümkünsüz deyil. İnsanlar etdikləri hərəkətlərin cinayət olduğunu dərk etməlidirlər. Əgər bunu anlamırlarsa, məsələyə polisin qarışması olduqca vacibdir. Çünki yaşadığı, istifadə etdiyi əraziləri təmiz saxlamaq hər bir şəxsin vətəndaşlıq borcudur.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

