Sürətin nəbzini tutan jurnalistlər...
11.06.2022 [11:31]
Formula 1 həyəcanını işıqlandırmaq üçün kilometrlərlə yol gəldilər
Formula 1 dünyada ən çox televiziya izləyicisi toplayan mübarizə meydanlarından biridir. Bu cür irimiqyaslı yarışı təmsil etmək ölkəmizin təbliği mənasında çox əhəmiyyətlidir.
Dünyanın ən aparıcı avtoidman yarışı olan “Formula 1”i işıqlandırmaq üçün dünyanın dörd bir yanından mətbuat nümayəndələri Bakıya üz tutub. Yarış üçün paytaxtımıza təşrif buyuran jurnalistlərdə Azərbaycan ilə bağlı müsbət təəssüratlar yaranıb.
Bakının inanılmaz enerjisi var
Parcfer.me saytının əməkdaşı Grzegorz Jazienicki Bakının möhtəşəm mənzərəsinə də diqqət verib. Bildirib ki, orta əsrlərdə inşa edilmiş qala divarları arasında hərəkəti izləmək sanki keçmişə səyahət hissi yaradır: “Dünən ilk dəfə m?diaturda olduq. Şəhərinizi daha yaxından tanımaq şansı qazandım. Müxtəlif mədəniyyətlərin birləşdiyi bir şəhər kimi mənim yaddaşımda iz qoydu. Hər millət burada özündən bir nişanə tapa bilər. Formula 1 yarışları ilə bağlı 5 ölkədə olmuşam. Deyə bilərəm ki, Bakının inanılmaz enerjisi var. İnsanlarla da yaxından tanış olmaq imkanı əldə etdim. Çox istiqanlı və qonaqpərvər insanlarınız var. Hava limanında qarşılandığımız andan bu günə kimi bizim rahatlığımız üçün əllərindən gələni edirlər. Burada azərbaycanlı həmkarlarımız ilə parti keçirdik. Olduqca əyləncəli anlar idi. Əminəm ki, Bakıdan müsbət təəssüratlarla qayıdacağam”.
Amsterdam iqlimindən sonra Bakının günəşli havası...
“Dutch Photo Agency’s”nin jurnalisti Van der Laan Diederik Vətənimizə Amsterdamdan təşrif buyurub. İkinci dəfədir ki, ölkəmizdə F1 həyəcanını yaşayır: “İlk dəfə ötən il Bakıda Formula 1 yarısı üçün gəlmişdim. Məlum səbəblərə görə, tamaşaçısız keçirilmişdi. Bu il ötənilkindən daha maraqlı keçir. Azərbaycanlı həmkarlarımın bir neçəsi ilə dostlaşmışıq. İnsanlarınız çox dostcanlıdırlar. Şəhərinizə isə söz ola bilməz. Amsterdam iqlimindən sonra Bakının günəşli havası lap ürəyimcə oldu. Burada mətbəxiniz haqqında isə səhərə kimi danışa bilərəm. Kabab və çörək növlərinizi çox bəyəndim”.
Materialımda dəfələrlə Azərbaycan və Bakı adını xüsusi vurğulayıram
İtaliyan jurnalist Alessandra Retico isə deyib ki, avtomobillərin maksimum sürətlə hərəkət etməsinə imkan verən düz yollar, eləcə də dar döngələr yarışın həyəcanlı keçməsinə şərait yaradır: “Sınaqların ilk günü həyəcanlı anlara şahid olduq. Bir neçə dəfə qəza anları yaşandı. Hər birini operativ çatdırmaq üçün bəzən yemək yeməyi belə unuduruq. Bu an görürəm ki, ac material hazırlamamaq üçün masama meyvə tabaqları gətirdilər. Bunu deməyimə səbəb Azərbaycan xalqının necə qonaqpərvər olduqlarını vurğulamaqdır. Eləcə də, təşkilat işləri yüksək səviyyədə hazırlanıb. Jurnalist üçün lazım olan bütün məqamlar öncədən düşünülüb. Bircə qalır onu yazmaq və yaymaq. Materialımda dəfələrlə Azərbaycan və Bakı adını xüsusi vurğulamaqdan məmnunam.
Bizimkilər nə deyirlər?
Həmyerlimiz və həmkarımız, Bakıvaxtı.az saytının jurnalisti Ramid İbrahimov da Formula1 ilə bağlı fikirlərini qəzetimizlə bölüşüb: “Məncə, “Formula 1” ən maraqlı və həyəcanverici yarışlardan biridir. Sürprizlərlə dolu olan bu yarışda biz jurnalistlər olaraq komandalarının iş prosesini izləmək və dünya şöhrətli pilotları yaxından görmək şansı qazanmışıq. Media mərkəzində sürət həvəskarları üçün operativ çalışırıq. Pilotlara da, özümüzə də uğurlar arzulayıram”.
“Formula 1”-də həqiqətən çox fərqli ab-hava var. İstər media mərkəzi, istər paddok, istər komandaların qarajları, istərsə də əyləncə məkanları insanı sanki fərqli bir dünyaya aparır. Mən Formula 1-i avtoidman yarışlarının şahı adlandırardım. Nəzərə alsaq ki, bu yarışlar dünyada kifayət qədər izləyici kütləsi olan yarışlardır, fikrimcə elə Azərbaycanın dünyada tanıdılmasında da böyük rol oynayıb. Bu idman növündən xəbərsiz insanlar üçün Formula 1 sıxıcı gələ bilər, lakin buradakı atmosferlə bir dəfə tanış oldunsa, maraq da özlüyündən yaranır. Çox şadam ki, doğma Bakımız bu cür gözəl və dünya şöhrətli yarışlara ev sahibliyi edir”. Bu fikirləri isə Publika.az saytının jurnalisti Aysel Məmmədova deyib.
Bir sözlə, akkreditasiyadan uğurla keçən həm xarici, həm də yerli jurnalistlər F1 həyəcanını damarlarına qədər hiss ediblər. Təşkilatçılıqdan razı qaldıqlarını, növbəti mötəbər tədbirlərdə görüşmək arzusu ilə yaşadıqlarını vurğuladılar. Onların xəbərləri bu gün nəinki ölkənin, hətta dünyanın nüfuzlu mediasında baş xəbərə çevrilib. Fərəh hissi ilə deyə bilərik ki, daha bir irimiqyaslı yarış öz möhtəşəmliyi ilə Bakıda dünyaya səs salmaqda davam edir.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

