Avropa imtina edir
02.07.2022 [12:09]
Benzin və dizel mühərrikli avtomobillərdən...
N.PAŞA
Hazırda bütün dünyada ekoloji cəhətdən təmiz avtomobillərdən geniş istifadənin tətbiq edilməsi ilə bağlı ardıcıl layihələr hazırlanır, əməli işlər görülür. Burada məqsəd ekologiyaya buraxılan zərərli, zəhərli maddələrin həcminin azaldılması, müasir üsullarla istehsal edilmiş, xüsusilə də elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələrinin istismara buraxılmasıdır. Digər məqam isə istismar müddətini başa vurmuş, köhnə avtomobillərin utilizasiyası məsələsidir. Ölkəmizdə də “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələrək bu istiqamətdə dövlət tərəfindən olduqca əhəmiyyətli addımlar atılmaqdadır.
Ekologiyanın qorunması üçün irimiqyaslı layihələr planının hazırlanması, tətbiq edilməsi məsələləri bu gün də davam etdirilməkdədir. Belə ki, Avropa İttifaqı (Aİ) ölkələri bugünlərdə Lüksemburq görüşündə iqlimin müdafiəsi ilə bağlı yeni tədbirlər planı qəbul ediblər. Xarici mətbuatda yayılan məlumatlarda bildirilir ki, plana görə, 2030-cu ildən başlayaraq Avropada daxili yanma mühərrikli yeni avtomobillər satılmayaq.
Eyni zamanda, istixana qazı tullantılarına münasibətdə siyasətin sərtləşdirilməsi ilə enerji qiymətlərinin artması ilə əlaqədar əhalinin aztəminatlı hissəsi və kiçik biznesə kömək üçün ayrıca fond yaradılacaq. Aİ-nin 27 ölkəsinin ekologiya və ətraf mühit nazirlərinin qatıldığı görüşdə qurumun karbon bazarının islahatına yönəlmiş direktiv layihələr təqdim olunub. 2035-ci ildən sonra avtomobil daxili yanma mühərriklərinin qadağan olunması, iqlim yardım fondunun yaradılması ilə yanaşı, karbon-oksid tullantılarına məhdudiyyətlər aviasiya və gəmiçilik sahələrində də tətbiq ediləcək.
Nazirlər razılaşıblar ki, Aİ kollektiv surətdə həm də meşələrin artırılması vasitəsilə atmosferdən 310 milyon ton ekvivalentində CO2 çıxarmalıdır.
Habelə, “Tullantı vergisi” həm nəqliyyat, həm də isitmə üçün yanacağın qiymətinə daxil ediləcək. Kasıb əhali və kiçik müəssisələrə qiymət artımını kompensasiya etmək üçün 59 milyard avro büdcəsi olan Sosial İqlim Fondu təsis olunur. Görüş iştirakçıları ekoloji monitorinq və müəssisələrin ekoloji məsuliyyəti tədbirləri, həmçinin sənaye üçün istixana qazı tullantıları üzrə kvotaları razılaşdırıblar.
2030-cu ilədək Aİ atmosferə karbon qazı buraxılmasını 55 faiz azaltmağı, 2050-ci ilədək isə Avropanı tam karbon-neytral zonaya çevirməyi planlaşdırır.
Aİ-nin iqlim siyasəti üzrə vitse-prezidenti Frans Timmermans deyib ki, iqlim böhranı və onun nəticələri aşkardır, odur ki Avropanın ekologiya məsələlərinə yanaşmasında dəyişiklikdə ləngimək olmaz. Lüksemburq görüşündə təklif olunan tədbirləri iyulun 14-də Avropa Parlamenti təsdiqləməlidir.
Avropa İttifaqı üçün benzin və dizel mühərrikli avtomobillərdən imtina edilməsi bir tərəfdən ekoloji baxımdan vacibdir, digər tərəfdən bu həm də Rusiya-Ukrayna müharibəsi kontekstində enerji təhlükəsizliyi aspektindən də vacibdir. Çünki Avropa bununla neftə olan tələbi azaltmağa çalışır. Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O bildirib ki, Avropanın bütövlükdə strategiyası elektrik maşınlarının istehlakının, o cümlədən istehsalının hər il artırılmasına nail olmaqdan ibarətdir: “Azərbaycan da ekoloji baxımdan sağlam avtomobillərdən istifadədə maraqlı ölkələrdəndir. Baxmayaraq ki, biz neft istehsal edən və ixrac edən ölkəyik, təbii ki, bizim üçün də ekoloji məsələlər prioritetdir, vacibdir. Nəzərə alsaq ki, Azərbaycan Aİ üzvü deyil, ona görə də Aİ-də məcburi xarakter daşıyan qaydalar Azərbaycan üçün məcburi xarakter daşımır. Amma bununla belə, Azərbaycanda da elektrik avtomobillərin istifadəsi təşviq olunur. Bu ildən etibarən ölkəyə idxal edilən elektrik avtomobillərinin ƏDV-dən azad edilməsi təsdiq olundu. Hibrid avtomobillər də oxşar vergi güzəştləri əldə etdi. Bu isə ondan xəbər verir ki, Azərbaycan da ekoloji təmiz avtomobillərdən daha çox istifadə etməyi təşviq edir, dəstəkləyir”.
Ekspertin sözlərinə görə, bu proses müəyyən qədər zaman tələb edəcək: “Hələlik Azərbaycan üçün benzin və dizel mühərrikli avtomobillərdən imtina etmək prioritet deyil, amma bununla belə prioritet məsələ ekoloji cəhətdən sağlam avtomobillərdən istifadənin təşviqidir”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51

