Bir ayda iki hadisə...
06.07.2022 [10:39]
Bakının “lift dərdi” necə çözülməli?
MÜŞFİQƏ
Ölkəmizdə aktual mövzulardan biri də lift problemidir. Paytaxtda köhnə binaların əksəriyyətində lift sistemi yararsız vəziyyətdədir. Biz tez-tez insanların liftdə qalması, bəzən isə lift kanatının qırılması, sakinlərin liftin şaxtasına düşməsi haqqında xəbərlər eşidirik. Şəhərimizdə binaların liftlərinə diqqət yetirsək, görərik ki, heç bir dəyişiklik yoxdur, əksinə, vəziyyət get-gedə daha da ağırlaşmaqdadır. Əldə etdiyimiz məlumatlara görə, liftlərin yetərli hissəsi qəzalı vəziyyətdədir. Eləcə də köhnə binalardakı liftlərin çoxu baxımsız, başlı-başına qalıb. Köhnəlmiş liftlər əhali üçün bir növ, ölüm kabusuna çevrilib. Sakinlər nasaz liftləri vaxtında təmir edilmədiyindən şikayətlənirlər.
Son illər ərzində Bakı şəhərində mənzil fonduna aid 1000-dən çox lift dəyişdirilib. Belə ki, ötən il Prezident İlham Əliyev Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi “Wittur Holding GMBH” şirkəti ilə razılaşma əldə olunub. Müqavilə şərtlərinə uyğun olaraq ilkin olaraq 581 ədəd yeni lift Bakıya gətirilərək quraşdırılıb. Liftlərə xidmət göstərilməsi və onların daimi nəzarətdə saxlanılması üçün Mərkəzi Dispetçer Xidməti Sistemi qurulub və bura lazımı texniki avadanlıqlarla təchiz edilib. Bundan sonra paytaxta daha 625 ədəd lift gətirilərək, şəhərin müxtəlif rayonlarında istismar müddəti başa çatan köhnə liftlərin yerinə quraşdırılması işləri həyata keçirilib.
Lakin bu sahədə vəziyyət hələ də istənilən səviyyədə deyil. Maraqlıdır, lift təsərrüfatının yenilənməsi problemi tam həllini nə vaxt tapacaq?
Yeni binaların lift problemi
Bir vaxtlar köhnə binaların liftlərində bu hallar ilə qarşılaşırdıqsa, indi isə yeni və çoxmərtəbəli binalarda da eyni hal yaşanır. Hər həftə liftlərin qırılması barədə mediada xəbərlər yayılır. Məsələn, ötən günlərdə Bakıda növbəti dəfə lift faciəsi yaşandı. Yeni tikilən binalardan birində lift qırılıb. Nərimanov rayonu İzəddin Həsənoğlu küçəsində liftin qırılması nəticəsində bir nəfər xəsarət alıb.
Baş Prokurorluq baş verən hadisə ilə bağlı məlumat yayıb. Verilən məlumata görə, əyləcinin tutmaması səbəbindən lift qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşüb. Nəticədə 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib. Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
Binada liftin qırılaraq şaxtaya düşməsi ilk hadisə deyil
Analoji hadisə 6 gün öncə də baş vermişdi.
Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binada saat 22:20 radələrində lift qırılıb. Nəticədə liftdə olan 4 qadın və 2 azyaşlı xəsarət alıb. Hadisə nəticəsində xəsarət alanlardan 4-ü bel, bud-çanaq və aşağı ətrafların travması diaqnozu ilə 3 saylı Kliniki Şəhər Xəstəxanasında hospitalizasiya olunub.
Liftin qırılması nəticəsində yaralanan dördyaşlı uşağın atası Sərxan Şərəfov mediaya danışıb. O, açıqlamasında bildirib ki, lift nasaz olduğu üçün şaxtaya düşüb: “Yeni binada belə bir problemli liftin olması absurddur. Dünən liftdə olanların hamısı xəsarət alıb, bir nəfərin beli sınıb. Mənim dördyaşlı qızımın sağ ayağında sınıq var. Dünəndən üç xəstəxana gəzmişik”.
Ata bildirib ki, həmin binada liftin qırılaraq şaxtaya düşməsi ilk belə hadisə deyil: “Qonşulardan aldığım məlumata görə, eyni binanın başqa blokunda bir dəfə də belə hadisə olub. Burada məsələ səhlənkarlıqdır. MTK-nı idarə edən şəxslər məsuliyyətə cəlb olunmalıdırlar”.
Sakinlərin təbirincə desək, liftlərdə baş verən faciələr bu sahəyə diqqətsizliyin, məsuliyyətsizliyin və keyfiyyətsizliyin göstəricisidir. Göründüyü kimi, hadisələr bu dəfə Sovet dövründən qalmış və istismar müddətini başa vurmuş liftlərdə yox, yeni və hündürmərtəbəli binalarda baş verir. Vətəndaşlar üçün ciddi problemlər yaradır, hər il ölüm halları qeydə alınır.
Liftin ömrü nə qədərdir?
Qanunla liftlərin istismar müddəti 3 ildir. Qaydalara görə, təhlükəsiz baxımından liftə ən azı ayda bir dəfə müntəzəm texniki qulluq göstərilməli, ildə bir dəfə isə texniki baxış keçirilməlidir. Fəaliyyətə yararlı olub olmaması müəyyənləşdirilir. Əgər texniki şərtlərə cavab vermirsə, istismardan çıxarılmalıdır. Bu, çox böyük məsuliyyət və ehtiyatlılıq tələb edir.
Əslində, köhnə və nasaz liftlərlə bağlı problem ciddi məsələdir. Bir çox binalarda, bloklarda vəziyyət ürəkaçan deyil, lift təsərrüfatı köhnəlib. Yəqin ki, əhatənizdə lift qorxusu ilə yaşayan insanlar var. Lift qorxusu bir fobiya olsa da, köhnə liftdən qorxu bir reallıqdır. Ölkəmizdə minlərlə doqquzmərtəbəli binanın olduğunu nəzərə aldıqda təhlükənin nə qədər yüksək olduğu ortaya çıxır. Bakıda 5000-dən çox belə liftin olduğunu nəzərə alsaq, minlərlə insanın hər gün risk mənbəyi olan köhnə liftlərdən istifadə etdiyini anlamaq olar.
Ekspertlər deyir ki, yenilənmə işinə ilk olaraq köhnə binalarda ehtiyac var. Bakıda kifayət qədər sovetlər dönəmindən qalmış və yeni tikili binalar var. İstismar müddətini başa vurmuş liftlər daha çox bu binalardadır. Əksər hallarda yerli liftlərdə mərtəbələri göstərən rəqəmlərin tez sıradan çıxdığının şahidi oluruq. Ümumiyyətlə, lift kortəbii şəkildə alınmamalıdır. Bu istiqamətdə tender elan edilməli və ən ucuz, keyfiyyətli xidmət təklif edən şirkətlə əməkdaşlıq edilməlidir.
Bakıda istismar müddətini başa vurmuş neçə lift var?
Maraqlıdır, hazırda ölkə üzrə neçə lift xidmətdədir, onlardan neçəsi istismar müddətini başa vurub, neçəsinin təmirə ehtiyacı var...
Haşiyəyə çıxsaq, Bakıda ilk lift 1905-ci ildə indiki Filarmoniya ilə üzbəüz binada quraşdırılıb. Sonralar paytaxt binalarında liftlərin sayı artmağa başlayıb və 1967-ci ildə “Azərlift” adlı idarə fəaliyyətə başlayıb. Həmin dövrdə şəhərdə cəmi 80 lift olub. Bu gün isə respublika üzrə 20 mindən çox, Bakı şəhəri üzrə 17 mindən çox lift istismardadır.
Sovetlər dövründə kooperativ yaşayış binalarında olan liftlərin sayı ölkə üzrə 983, Bakı üzrə 970-dir. Bu cür liftlərdən 981-i respublika üzrə, 968-i Bakı üzrə istismar müddətini tamamlayıb. Deməli, bütün liftlərin yenilənməyə ehtiyacı var. Bir sözlə, lift təsərrüfatı tam yenilənməli və onun istismarı ilə bağlı təkliflər verilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

