ÜST həyəcan təbili çalır
08.07.2022 [10:47]
Pandemiya qayıdır?
İki ildən çoxdur ki, bütün dünya COVID-19 infeksiyası ilə mübarizə aparır. İlk dəfə 2019-cu ilin dekabrın sonunda Çinin Uxan şəhərində qeydə alınan COVID-19 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2020-ci il martın 11-də pandemiya elan edilib. Azərbaycanda COVID-19 virusuna ilk yoluxma faktı 2020-ci il fevralın 28-də qeydə alınıb. Bütövlükdə, pandemiya başlayandan bəri dünya üzrə yeni növ koronavirus aşkarlanan insanların sayı 8 milyon 420 mini ötüb. Pandemiyadan həyatını itirənlərin sayı isə 451 700-dən çoxdur.
MİKAYIL
ÜST: Yoluxma 18 faiz artıb
Son vaxtlarda yoluxma sayında yenidən artım dinamikası müşahidə edilməkdədir. Belə ki, ötən günlərdə dünyada 4,5 milyondan çox adam koronavirus infeksiyasına yoluxub, 8,5 mindən çox adam koronavirus səbəbindən vəfat edib. ÜST-ün həftəlik bülleteninə görə, koronavirusa yeni yoluxma hallarının və ölüm faktlarının sayı əvvəlki 7 günlə müqayisədə, müvafiq surətdə 18 faiz və 3 faiz artıb. Bülletendə bildirilir ki, mart ayında müşahidə olunan son pik qiymətlərin ardınca başlanmış azalma meyilindən sonra həftə ərzində qeydə alınmış xəstələnmə hallarının sayı yenidən artıb. Əvvəlki həftə ilə müqayisədə dünyada koronavirusa yoluxma hallarının sayı 18 faiz, ölüm hallarının sayı 3 faiz artıb.
Həftə ərzində ən çox yoluxma halları ABŞ-da qeydə alınıb (701.855). Sonrakı yerləri Almaniya (504.655), Braziliya (349.791), İtaliya (340.012) və Çin (333.926) tutur.
555 milyon nəfər yoluxub
Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına görə, dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 555 milyon nəfəri ötüb. ABŞ COVID-19 infeksiyasına həm yoluxanların, həm də ölənlərin sayına görə dünyada liderlik edir. Ölkədə koronavirusa 89 milyon 567 mindən çox insan yoluxub, onlardan 1 milyon 43 min 372 nəfəri həyatını itirib.
Yoluxanların sayına görə ikinci yerdə gedən Hindistanda 43 milyon 532 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 525 min 242 nəfər vəfat edib. Yoluxma göstəricisinə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 32 milyon 536 min nəfər virusa yoluxub, onlardan 672 min 101 nəfəri virusun qurbanı olub.
Hətta bəzi ölkələrdə dördüncü doza peyvəndlə əlaqədar qərarlar verilib. Lakin bununla bağlı ÜST-ün heç bir tövsiyəsi yoxdur. Görəsən, yenidən həyəcan təbilinin çalınmasının səbəbi nədir? Dünya pandemiya ilə yenidən mübarizə aparacaq? Kimi sualları ortaya çıxarır. Əksər ekspertlərin payızda pandemiyanın aktiv fazasının geri qayıdacağını açıqlasalar da, digər qisim bununla razılaşmır və insanları panikaya salmamağa çağırır.
Azərbaycanda vəziyyət necədir?
Sözügedən saytın nəticələrinə görə, Azərbaycan virusa yoluxma sayına görə dünya statistikasında 77-ci pillədə yer alır. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.
Sevindirici haldır ki, ölkəmizdə koronavirusla əlaqədar epidemioloji vəziyyət stabildir. Bu barədə səhiyyə naziri Teymur Musayev mətbuata açıqlamasında deyib. Bildirilib ki, yay mövsümündə insanlar daha çox kütləvi tədbirlərə üz tuturlar. Ona görə də koronavirusa yoluxma hallarında bir qədər artım qeydə alınır. Lakin epidemioloji vəziyyət stabildir. Ağırlaşmalar demək olar ki, yoxdur, hospitalizasiya sayları kifayət qədər azdır. Ona görə də deyə bilərik ki, epidemioloji vəziyyət tam nəzarətdədir. Yoluxma halları ilə bağlı hər hansı bir sıçrayış olsa, ona uyğun addımlar atılacağı vurğulanıb.
TƏBİB isə deyir ki, ümumilikdə, artım ikirəqəmlidir. Yoluxanlarla, sağalanların sayı demək olar ki, eynidir. Hazırda TƏBİB-in tabeliyindəki Məhəmmədli modul tipli xəstəxanasında vəziyyətləri nisbətən ağır olan 13 nəfər stasionar müalicə alır. Onlardan 2 nəfər reanimasiyadadır.
Hazırkı vəziyyətdə yoluxma sayı nəzarət altındadır. Buna baxmayaraq, meymunçiçəyi və koronavirusun eyni vaxtda yayıldığı şəraitdə hər kəs özünü qorumalı və ilk növbədə gigiyena qaydalarına riayət etməlidir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

