Marketlərdə hiylə: Vitrində və kassadakı qiymətlər eyni deyil!
12.08.2022 [10:39]
Görməmişik, bilməmişik, qiyməti dəyişməyi unutmuşuq...
Yeganə BAYRAMOVA
Müştərilərin ərzaq mağazalarında, böyük supermarketlərdə aldadılması hallarına rast gəlinməsi artıq adi hala çevrilib. Sosial media istifadəçilərinin müxtəlif marketlərdə qiymətlərlə bağlı tez-tez statuslar paylaşmaları, rəylər bildirmələri də faktların çoxluğunu təsdiqləyir. İstehlakçıların “Malların üzərindəki qiymətlər mütəmadi dəyişdirilmir”, “Ərzaqların üstündə göstərilən qiymətlə kompüterdə yer alan qiymət uyğun gəlmir” kimi şikayətlərinə tez-tez rastlayırıq. Bu tip olaylara demək olar ki, əksər böyük, hətta özünü “nüfuzlu” təqdim etməyə cəhd edən marketlərdə rast gəlinir.
Böyük marketlərdə vitrinlərdəki qiymətlərlə kassadakı qiymətlərin üst-üstə düşməməsi ilə bağlı məsələ dəfələrlə gündəmə gəlib. Məsələn, gördüyümüz şokoladın qiyməti vitrində 8 manat yazıldığı təqdirdə, kassaya vurulan zaman çekdə 9 manat və ya bir az daha artıqdır. Belə hal ilə qarşılaşan zaman irad bildirdikdə satıcılar vitrindəki məhsulların qiymətlərini dəyişməyi unutduqlarını, görmədiklərini, bilmədiklərini və yaxud qiymət dəyişikliyinin dünən axşam edildiyini, bunun üçün hələ vitrin qiymətlərinin dəyişmədiyini bəhanə edərək vəziyyətdən çıxmağa çalışırlar.
İstehlakçılar ayıq olmalıdır
Kassadan verilən qəbzlə malın üzərində yazılan qiymət arasında fərq varsa, bu, qanunun pozulması deməkdir. Belə olan halda alıcı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməlidir. İstehlakçıların hüquqlarının qorunması ilə bağlı qanunvericilikdə və İnzibati Xətalar Məcəlləsində cərimələr və cəzalar yer alıb.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən marketoloq Toğrul Qasımov bildirib ki, vitrində məhsulu başqa qiymətə görən müştəri kassada fərqli məbləğ ödədikdə özünü aldadılmış hesab edir. Onun sözlərinə görə, bu cür halların baş verməsinin əsas səbəblərindən biri müştəri amilidir: “Yəni mağazada hər bir müştəri alış-veriş edən zaman məhsulları vitrindən incələmək, tərkibini oxumaq üçün götürür. Bəzən həmin müştəri məhsulu vitrinə geri qoyan zaman əvvəlki yerinə yox, daha ucuz və ya baha məhsulların içinə yerləşdirir. Bu da digər müştərilərdə çaşqınlıq yaradır. Bunun həlli üçün satıcılar daim vitrinlərə nəzarət etməlidir. Təbii ki, insan amili olan yerdə vitrin düzülüşündə bu kimi xırda səhvlər nəzərdən qaça bilir”.
Marketoloq vitrin və kassadakı qiymət fərqliliyinin digər səbəbi kimi satılan məhsulların qiymətində dəyişikliklərin olmasını qeyd edir: “Qiymət dəyişiklikləri tez-tez baş verir və bu, tədarükçülərdən qaynaqlanır. Market şəbəkələrində bu qiymət dəyişiklikləri mərkəzdən idarə olunur və kassada avtomatik olaraq yenilənir. Təbii ki, bu kimi hal olan zaman dərhal mağaza personalına məlumat verilir. Marketdə minlərlə məhsul çeşidi olur və qiymətlərin vitrində dəyişikliyi fiziki olaraq bir neçə saat çəkir. Vitrinlərdə qiymət dəyişikliyi olunana qədər müştəri həmin məhsulu alırsa, avtomatik qiymət fərqi yaranır. Bu da müştəri narazılıqlarına səbəb olur”.
T.Qasımov müştəri məmnuniyyətinə önəm verərək, supermarketlərin 4 əsas prinsip üzrə fəaliyyət göstərmələrinin vacib olduğunu diqqətə çatdırıb: “Birinci prinsip odur ki, supermarketlərdən alınan istənilən məhsul 15 gün ərzində geri qaytarılır. İkinci prinsip təzə məhsul etibarlılığıdır ki, müştəri alış-veriş zamanı istifadə müddəti bitmiş məhsul aşkar edərsə, yeni məhsul ödəniş olaraq hədiyyə verilir. Üçüncü prinsipə görə, marketin filiallarında çap xətası ilə əlaqədar hər hansı bir məhsulun qiyməti ucuz elan edilərsə, bu qiymət kassada da keçərlidir. Dördüncü prinsip qiymət etibarlılığıdır. Belə ki, marketdə rəf qiyməti ilə kassa çıxış qiyməti fərqli olduqda (barkod, marka adı, ölçü vahidi və miqdarı eyni olarsa), ucuz olan qiymət keçərlidir”.
Marketoloq vurğulayıb ki, müştərilərin hansısa bir neqativ hal yaşanan zaman dərhal supermarketin “qaynar xətt”inə zəng etmələri, supermarketin “Facebook” və “İnstagram” səhifəsinə yazaraq məlumat vermələri lazımdır: “Çünki marketologiyanın da əsas qaydası budur ki, müştərilərin hər zaman razı qalması və məmnunluğu vacib amildir”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

