140 min müəllim, tək sual: Əməkhaqqı nə qədər olacaq?
24.08.2022 [08:33]
MÜŞFİQƏ
Artıq yeni dərs ilinə sayılı günlər qalıb. Sentyabrın 15-dən Azərbaycanda məktəblərin açılması nəzərdə tutulub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, koronavirusla əlaqəli fövqəladə vəziyyət baş verməsə, yeni tədris ilinin sentyabrın 15-də başlanması planlaşdırılır. Hazırda bununla bağlı vəziyyət qənaətbəxşdir.
Müəllimlər nə qədər əməkhaqqı alacaq?
Nazir bildirib ki, 865 nəfər məktəb direktorunun, 2343 nəfər direktor müavininin vəzifə maaşına əlavələr veriləcək. Hazırda Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində 129 min müəllim fəaliyyət göstərir. 11 minə yaxın direktor və direktor müavini də dərs deyir, yəni müəllim kimi fəaliyyət göstərir. Bunu da nəzərə alsaq, ümumilikdə 140 minə yaxın dərs deyən müəllim var.
“Bəzi hallarda məktəb direktorları təhsil müəssisəsinin keyfiyyətini süni şəkildə artırmaq üçün aşağı nəticə göstərən şagirdləri uzaqlaşdırırdılar. Hesab edirəm ki, şagirdlər həmin məktəbdə oxumalıdırlar. Yeni qərarla məktəb direktorları həmin şagirdləri məktəbdə saxlamaqda maraqlı olacaqlar”, - deyə nazir bildirib.
Müəllimlərin yeni qərardan sonra əlavələrlə birgə alacaqları əməkhaqqı da məlum olub. Hazırda 6 saata yaxın dərs deyən 4 439 müəllim var. Bu da ümumi müəllimlərin 4 faizini təşkil edir. Onlar 150 manat maaş alırlar. Yeni qərarla həmin müəllimlərin də maaşı artmış olacaq. Bu rəqəm 10 faiz artımla təxminən minimum 165 manat, 35 faizlə isə minimum 203 manat olacaq. Nazir bildirib ki, 6 saatdan 12 saata qədər 18 530, 12 saatdan 18 saata qədər 31 116, 18 saatdan 24 saatadək 40 209, 24 saatdan 34 382 nəfərdir.
Keçid balını toplaya bilməyənlər işsiz qalacaq?
Bu il keçirilən sertifikatlaşdırmanın nəticələrinə əsasən heç bir müəllim işdən azad olunmayacaq. Keçid balı toplayan təhsilverənlərin vəzifə maaşında isə artım olacaq. Nazirin sözlərinə görə, sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən regional təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur.
Emin Əmrullayev onu da bildirib ki, müəllimlərin işə qəbulu müsabiqəsinə 5 min 400 vakansiya çıxarılıb. Birinci mərhələdə boş qalan yerlər ikinci müsabiqəyə çıxarılacaq.
İbtidai sinif müəllimlərinin sayının artıq olması kimin səhvidir?
Nazir bəzi məktəblərdə ibtidai sinif müəllimlərinin sayının olduqca artıq olması məsələsinə də fikir bildirib: “Astarada 365 ibtidai sinif var və orada 676 müəllim işləyir. Bu da o deməkdir ki, həmin müəllimlərin sayı olduqca artıqdır. Biz həmin müəllimləri işdən çıxarmaq fikrində deyilik. Sadəcə, bu qədər say çoxluğu onların dərs saatına təsirsiz ötüşmür. Bu səhvi kimin nə vaxt etməsi suallar doğuran məqamlardır. Belə məktəblərin sayı yüzlərlədir. Müəllimlərin işə qəbulu sisteminin elektronlaşdırılması ilə zamanla bu kimi problemlərin qarşısını ala biləcəyik. MİQ-ə təqdim olunan vakant yerlərlə bağlı miflər var”.
Rus bölməsi üzrə yerlərin məhdud olmasının səbəbi...
Bir parta arxasında bir şagird oturmalıdır
Valideynlər məktəblərdə rus bölməsi üzrə yerlərin məhdud olmasından gileylənirlər. Nazir məsələyə aydınlıq gətirib: “Azərbaycanda rus bölməsi üzrə yerlər hər zaman məhdud olur. Bu gün ölkədə rus bölməsi üzrə 14 min yer var. Əgər 18 min adam rus bölməsində təhsil almaq istəyirsə, bizdən asılı olmayaraq, “yox” deyilir. Çünki əlavə şagird sayı yeni siniflərin açılması deməkdir. Bu da bir sinifdə 40 şagirdin təhsil alması deməkdir. Belə olan halda da kadr problemi ortaya çıxır. Ümumilikdə rus bölməsi üzrə siniflərin saxlanılması müəyyən çətinlik yaradır. Biz bu istiqamətdə keyfiyyət və sayı saxlayırıq. Odur ki, bizim imkanlarla mövcud şərait uzlaşmalıdır. Hesab edirəm ki, heç bir valideyn övladının zəif təhsil almasını istəməz”.
Bəs bağçalarda vəziyyət necə olacaq?
Uşaq bağçalarında monitorinqlər demək olar ki, yekunlaşmaq üzrədir. Monitorinqlərin nəticələrinə görə, təxminən, 80 direktor işdən azad olunub və bir neçə yüz direktor barəsində intizam - tənbeh tədbirləri görülüb. Nazir deyir ki, oktyabrda bəzi bağçalarda pilot layihə olaraq uşaqlara isti yeməklərin verilməsinə başlanıla bilər.
AMEA ləğv ediləcək?
Emin Əmrullayev keçirdiyi brifinqdə AMEA ilə bağlı yaranmış sualları da cavablandırıb. Nazir bildirib ki, Elm və Təhsil Nazirliyi ilə bağlı qərar təhsil sahəsində aparılan dərin islahatdır. Hər iki qurum öz nizamnamələrini hazırlayır: “Bəzən bildirirlər ki, bu qərar AMEA-nın ləğvidir. Lakin belə deyil. Növbəti aylar ərzində yeni yaradılan dövlət agentlikləri ilə bağlı ətraflı məlumatlar vermək mümkün olacaq. AMEA-nın tabeliyindəki institut və təşkilatlarda olan ştat cədvəllərində dəyişiklik və ixtisar nəzərdə tutulmur. Əsas məsələ Elm və Təhsil Nazirliyi ilə AMEA-nın bir-birinə inteqrasiya olunmasıdır. Yaxın aylarda bu barədə daha ətraflı danışmaq mümkün olacaq”.
Xəbər lenti
Hamısına baxSosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03

