Özəl reabilitasiya mərkəzlərinə kim nəzarət edir?
07.09.2022 [10:29]
İdarəçilik sistemi dövlət tərəfindən tənzimlənsə...
G.QABİLQIZI
Bir neçə gün əvvəl paytaxtın Nizami rayonu ərazisində fəaliyyət göstərən, nitq qüsurlu uşaqlar üçün “Mehnur” loqopedik və psixoloji reabilitasiya mərkəzində azyaşlıların tərbiyəçi tərəfindən döyülməsini əks etdirən görüntülər yayılıb. Uşaqların bir növ cəmiyyətə inteqrasiyası üçün fəaliyyət göstərən reabilitasiya mərkəzinin əsas məqsədindən kənara çıxması cəmiyyətdə birmənalı qarşılanmayıb. Ombudsman aparatı uşaqlara qarşı zorakılığı əks etdirən videogörüntülərlə bağlı məsələnin araşdırılmasını dərhal nəzarətə götürərək bununla bağlı müvafiq qurumlara müraciətlər edildiyini bildirib. Fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Bu kimi hallar valideynlərin reabilitasiya mərkəzlərinə olan inamını azaldır. Baş verən hadisədən sonra valideynlər övladları üçün narahatlıq keçirir, onları reabilitasiya mərkəzlərinə yollamağa razılıq vermirlər.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan hüquqşünas Adəm Məmmədov bildirib ki, reabilitasiya mərkəzləri və uşaqların kütləvi təhsil aldıqları digər məkanları kameralarla təchiz edilməlidir: “Hətta dəhlizlərdə belə müşahidə kameralarının quraşdırılması vacibdir. Özəl reabilitasiya yerlərinin proqramları, orada çalışanların təhsil səviyyələri barədə məlumatlar göstərilmir, kadrların kimlikləri haqqında informasiyalar təqdim olunmur. Bu kimi proseslərin qarşısını almaq üçün Elm və Təhsil Nazirliyinin üzərinə ciddi məsuliyyət düşür. Kim harada, necə istədi, orada işləyir, lakin onların hansı təhsil səviyyəsinə malik olması ilə bağlı məlumatlar yoxdur”.
A.Məmmədovun sözlərinə görə, istintaq davam etdiyinə görə dəqiq proqnoz vermək mümkün olmasa da, baş verən hadisənin mövcud və görünən tərəflərinə əsasən yetkinlik yaşına çatmayanlara qarşı əzab vermə, xəsarətlərin dərəcəsinə uyğun və mərkəz rəhbərliyinə səhlənkarlqla bağlı (nəzarət etmədiyinə görə) cəza tətbiq etmək mümkündür: “Qeyd edim ki, Cinayət Məcəlləsində işgəncə ilə bağlı müddəa var. Amma konkret yetkinlik yaşına çatmayanlarla bağlı yalnız 133-cü maddə “işgəncə vermə” var. Həmin əzab vermənin tövsiyəedici əlamətlərindən biri kimi 133.2.4. təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə maddəsi var. Bu maddəyə görə, 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə müəyyən olunub”.
Psixoloq Gülnar Orucova bildirib ki, mənfi hallar cəmiyyətdə hər zaman var və bu hallara görə ümumi qiymətləndirmə aparmaq düzgün deyil: “Şiddət və zorakılıq halları yalnız reabilitasiya mərkəzlərində deyil, özəl bağçalarda da qeydə alınır. Lakin özəl reabilitasiya mərkəzləri və bağçalarda bu kimi hallara çox rast gəlinir. Dövlət müəssisələrində isə əksinə, zorakılıq halları geniş yayılmayıb. Düşünürəm ki, belə xoşagəlməz hallara səbəb özəl mərkəzlərdə idarəçilik sisteminin dövlət tərəfindən tənzimlənməməsidir. Müasir dövrdə hər kəs bir yer açıb ad verir, sonra reabilitasiya mərkəzi adı altında cəmiyyətə təqdim edir. Şiddət olayları yalnız reabilitasiya mərkəzlərində deyil, özəl bağçalarda da yaşanır. Dövlət bunun qarşısını almaq üçün özəl bağça və reabilitasiya mərkəzlərinə nəzarəti təmin etməlidir”.
G.Orucovanın sözlərinə görə, reabilitasiya mərkəzində çalışanların təhsil səviyyəsinin düzgün və yerində olmaması da zorakılıq hallarına yol açır: “Hazırda ixtisasla əlaqəsi olmayanlar da loqoped və ya psixoloq işləyir. Bu, uşaqlara qarşı müxtəlif zorakılıq hallarının yaranmasına yol açır. Onlar bir aylıq kursu bitirir, sonra özünə loqoped deyərək çalışmağa başlayır. Bu gün şiddət görüntüləri yayılan reabilitasiya mərkəzinin işçilərinə baxsaq, aydın olar ki, onların bu sahə üzrə təhsili yoxdur. Hətta ixtisasa heç bir aidiyyətləri yoxdur. Elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı qərar verməlidir. Bu mövzu uzun müddətdir ki, aktualdır. Reabilitasiya mərkəzlərində çalışanların bəziləri dırnaqarası mütəxəssislərdir. Dövlət bununla bağlı zəruri olan tədbirləri həyata keçirməlidir”.
Psixoloq zorakılıqların gələcəkdə baş verə biləcək nəticələrinə də toxunub: “Uşağın aldığı fiziki və psixoloji şiddət gələcəkdə sosial mühitdə uşağın özündə hər hansı bir travma, şəxsiyyət pozuntusu, ikili davranışla da özünü göstərə bilir. Özgüvənsizlik, özünü təsdiq edə bilməmək böyük eqo, nadinclik və s. kimi özünü göstərə bilir. Şiddətin uşaqlara vurduğu travma hər uşağa fərqli şəkildə təsir edir. Elə uşaq var ki, travmanı rahat keçirir, şəxsiyyətin formalaşması dövründə xarakterdə hər hansı bir zədə ilə keçirə bilir. Elə uşaq da var ki, bu travmanı ömürlərinin axırına qədər axsaqlıq, əskiklik kimi daşıya bilir və bunu da sosial mühitə gətirib çıxarır. Onlar sosial mühitdə aqressiv olur, ətrafa qarşı şiddət, özünəqapanma, özünü sosial mühitdə tapa bilmirlər. Nəticədə isə assosiallıq yaranır, bu isə sosial şəbəkədə daha çox vaxt keçirməyə, telefon oyunları, telefona bağlılığa gətirib çıxarır. Çünki uşaq orada artıq özünü tapmış olur. Eləcə də sosial mühitin şiddəti uşaqlarda intihara gətirib çıxarır. Buna da fakt olaraq görürük ki, uşaq intiharı çox artıb”.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

