Qarabağdakı nadir bitkilər “Qırmızı kitab”da...
11.10.2022 [10:42]
Qarabağda yayılan 121 nadir bitki “Qırmızı kitab”ın III nəşrinə salınacaq. Bu barədə Botanika İnstitutunun baş direktoru Səyyarə İbadullayeva məlumat verib. Onun sözlərinə görə, alimlərin apardığı araşdırmaların nəticələri göstərir ki, “Qırmızı kitab”a salınmalı olan bitkilərin siyahısı 2 dəfə artıb.
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən S.İbadullayeva bildirib ki, respublikanın təbii bitki örtüyü antropogen təsirlərə məruz qalır, bir sıra qiymətli bitki fərdlərinin sayı azalır və ya tamamilə məhv olmağa məruz qalır. Bu isə tədricən ekosistemə öz mənfi təsirini göstərməkdədir: “Bütün bunları nəzərə alaraq, botaniklər Azərbaycanın Qırmızı siyahısının yenidən işlənilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün Azərbaycanın müxtəlif şəhər və rayonlarına ekspedisiyalar təşkil edərək nadir bitkilərin müasir vəziyyətini öyrəniblər. Məsələn, Naxçıvan MR-nın rayonları, Böyük Qafqaz botaniki-coğrafi rayonları, Kiçik Qafqazın şimali-şərqi, Aran Qarabağ və qismən Zəngilan və Kəlbəcər əraziləri, Cənub bölgəsinə aid bütün ərazilər, o cümlədən hər bir Milli Parkda ekspedisiyalar aparılıb. Bu ekspedisiyalarda plan-proqram tədqiqatları ilə yanaşı nadir bitkilər barədə ayrıca hesabatlar hazırlanıb. Demək olar ki, hər bir tənəzzöhdə 5-10 nadir bitkinin yerləri, sayları, bitki örtüyündə rolu, yaşayış mühiti, azalma səbəbləri, tendensiyası və qorunması üçün hansı tədbirlərdən istifadə edilməsi barədə məlumatlar toplanılıb”.
S.İbadullayeva bildirib ki, ilk dəfə 1989-cu ildə Azərbaycanın “Qırmızı kitab”nın I nəşrində nəzərdə tutulan 400 növdən yalnız 140-ı, 2013-cü ildə II nəşrdə isə 266 ali, 20 ibtidai, 14 göbələk növü daxil edilib: “Lakin bu hələ qorunmağa ehtiyacı olan növlərin hamısı deyil. Belə ki, alimlərin apardığı araşdırmaların nəticələri göstərir ki, bu siyahı 2 dəfə artıb. Əvvəla ona görə ki, 30 il işğala məruz qalmış, unikal florası ilə məşhur olan Qarabağda yayılan nadir 121 Azərbaycan və Qafqaz endemikləri var ki, onların çox hissəsinin III nəşrə daxil edilməsi zərurəti yaranır. 121 Qarabağ növündən cəmi 58-i II nəşrdə qiymətləndirilib.
Botanika İnstitutunun əməkdaşları, həm də digər müəssisələrdə çalışan botaniklər yeni siyahılar tərtib edib. Lakin bu siyahılarda adları çəkilən bitkilərin hər biri IUCN Qırmızı siyahısı üzrə qiymətləndirilməli, onların xəritələri tərtib edilməlidir.
Ümumi siyahılara diqqət etdikdə görünür ki, dəqiqləşdirilmiş 50 növ və tam dəqiqləşdirilməmiş (İUCN qiymətləndirilmə üzrə) 100-dən çox növ vardır ki, nadirlik statusundadır. Hələ 1989-cu ildən IUCN Şurası bu işə başlamışdı və məhv olmaq təhlükəsində olan bitkilərin siyahısının yaradılması, kateqoriyaların və meyarların asanlıqla təyin edilməsi və qlobal yox olmanın yüksək riskində olan növlərin təsnif edilməsi üçün geniş sistem yaradıldı”.
Baş direktorun sözlərinə görə, 1994-cü ildən təhlükə altında olan bitki növlərinin kateqoriya və meyarlarının dəqiqləşməsi üçün IUCN Qırmızı Sorğu Kitablarından istifadə edilir: “Demək olar ki, 30 il ərzində bu siyahıların kateqoriya və meyarları bir neçə dəfə modifikasiya olunub. Qırmızı Siyahının tərtibi zamanı kateqoriyaları və meyarları göstərmək üçün yazışmaların ardıcıllığına riayət olunmalıdır və standart formatdan istifadə edilməsi məsləhət görülür.
Bu qiymətləndirmələrin beynəlxalq standartlara uyğun aparılması və eləcə də onların dözümlülük həddini artırmaq, in situ (yayıldığı ərazidə becərilmə) bərpasını təmin etmək üçün taksonların limit faktorlarının və say dinamikasının qanunauyğunluqları aşkar edilməlidir. Həmçinin bölgələrdə xüsusi təhlükə altında olan yüzlərlə bitki var ki, yalnız həmin ərazi üçün itmək təhlükəsindədir və bunun qarşısının alınması tədbirləri də həyata keçirilməlidir. Bunun üçün bölgələrin nadir bitkiləri ayrı-ayrılıqda öyrənilir, həm də nadirlik səviyyəsinə qaldırılan növlərin qorunması üçün tədbirlər görülür. Bütün ictimai formasiyalarda bu məsələ həmişə diqqət mərkəzində olub və vaxtaşırı müxtəlif əməli tədbirlər görülmüş və indi də görülməkdədir.
Apardığımız son tədqiqatlar göstərir ki, hazırda ali bitkilərin ən azı 10%-i nadir və məhv olmaq təhlükəsi altındadır. Burada qədim dövrlərdən qalmış reliktlər, Qafqaz və yalnız Azərbaycana məxsus endemik bitkilər çoxluq təşkil edir. Onların böyük bir qismi ərzaq, yem, dərman, texniki, ədviyyat, dekorativ və b. əhəmiyyətlidirlər, ona görə də təbiətdən kütləvi toplanaraq nadirləşirlər. Həmin növlərin genofondunu əks etdirən növdaxili sistematikası işlənib hazırlanmalı, in situ şəraitində limit faktorları, dözümlülük riskinin artmasının səbəbləri öyrənilməli və onlar ekoloji cəhətdən qiymətləndirilməlidir.
Nəticədə hər bir botanikin ayrı-ayrılıqda tərtib etdiyi nadir bitkilərin siyahısının ümumiləşdirilməsindən belə qənaətə gəlinir: Azərbaycanın “Qırmızı kitab”nın III nəşrinə Naxçıvan Muxtar Respublikası ilə məhdudlaşan və Naxçıvan MR “Qırmızı kitab”a daxil edilməyən 25, Gəncə-Qazax ərazisindən 33, Qarabağdan 121 endemik növdən yalnız ərazi florası ilə məhdudlaşan 60-dan çox növ, Böyük Qafqazdan 11 və s. daxil edilməsi məqsədəuyğundur. Bundan başqa Qafqaz üçün yeni təyin edilmiş növlər var ki, onların yeganə yayılma mərkəzi Azərbaycan florasıdır (b.ü.f.d. V.N.Kərimov tərəfindən Allium grande, Cerinthe alpinanemone caucasica, b.e.d., prof. S.C.İbadullayeva tərəfindən Helasciadium nodiflorum, Thymus hymalis). Onların da yeni siyahıda yer alması vacibdir. Belə hesab edilir ki, Azərbaycanın “Qırmızı kitab”nın III nəşrinə 300-ə qədər növ daxil ediləcək, bununla bahəm 150-dən çox növ çəhrayı siyahıya salınıb”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

