Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 10 210 818 olduq!

10 210 818 olduq!

16.12.2022 [10:22]

Demoqrafik inkişaf  sosial-iqtisadi yüksəlişin əsas göstəricisidir

Yeganə BAYRAMOVA

Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 54 452 nəfər və ya 0,5 faiz artaraq noyabrın 1-i tarixində 10 210 818 nəfərə çatıb. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini isə kənd sakinləri təşkil edib.

Demoqrafik proseslər cəmiyyətin bir çox sahələri ilə üzvi surətdə bağlı olan fenomendir. Sosial-iqtisadi vəziyyət demoqrafik proseslərə, o da öz növbəsində, sosial-iqtisadi hadisələrə təsir göstərir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə baş vermiş siyasi, sosial-iqtisadi dəyişikliklər, həyatın bütün sahələrini bürümüş böhran demoqrafik inkişafda öz izlərini qoymaya bilməzdi. Lakin ilk vaxtlar bu təsir lazımi səviyyədə öyrənilmir və ölkədə demoqrafik proseslərin inkişafı proqnozlaşdırılmırdı. Bu sahədə dövlət siyasətinin əsasları ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qoyuldu. Ölkədə siyasi-iqtisadi təlatümlər nisbətən səngidikdən, sabitlik bərqərar olduqdan sonra demoqrafik inkişaf barədə düşünmək imkanı yarandı. Ulu Öndərin 1999-cu il 9 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiq olundu. Beləliklə, ölkədə ilk dəfə olaraq mövcud demoqrafik vəziyyətin qiymətləndirilməsi aparıldı.

Qiymətləndirmə sənədindəki bəzi maraqlı faktları xatırlatmaq yerinə düşər. Azərbaycanda əhalinin ən sürətli artımı 1960-cı illərin əvvəllərində baş verib. Həmin ildə keçmiş İttifaqda əhalinin hər 1000 nəfərinə düşən doğum səviyyəsi 24,9 nəfər olmuşdu. Azərbaycanda isə bu göstərici 42,6 nəfərə çatmışdı.  Təbii artım səviyyəsi İttifaqda 17,8, Azərbaycanda isə 36, 9 nəfər təşkil edirdi. Lakin 1965-ci ildən etibarən respublikamızda əhalinin doğum və təbii artım səviyyəsi tədricən aşağı düşməyə başladı. Əsrin sonunda 1000 nəfərə düşən doğum səviyyəsi 17,4 nəfər, təbii artım səviyyəsi isə 11,2 nəfər azaldı. Əhalinin hər 1000 nəfərinə düşən ölüm səviyyəsi isə 1990-1994-cü illərdə, yəni atəşkəs dövrünədək 6,0 nəfərdən 7,3 nəfərədək artdı. Bir yaşınadək uşaqlar arasında ölüm səviyyəsi, eləcə də ana ölümləri   yüksək olaraq qalmaqda idi. Demoqrafik inkişafın ən mühüm göstəricilərdən biri olan nikah və boşanma səviyyəsi də ürəkaçan deyildi.

1999-cu ildə ölkəmizdə demoqrafiya siyasətinin əsas konturları müəyyənləşdirildikdən sonra növbəti mühüm addım atıldı. Prezident İlham Əliyevin 2004-cü il 11 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” təsdiq edildi. Bununla da demoqrafik proseslərin idarə olunması və nizamlaması istiqamətində yeni era başlandı. Demoqrafik inkişafı səciyyələndirən ailə-nikah, doğum, ölüm, təbii artım, insanların sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi, əhalinin məşğulluğunun və həyat səviyyəsinin yaxşılaşdırılması kimi məsələlərə kompleks yanaşma çox keçmədən öz bəhrəsini verməyə başladı. 2002-ci ildə Azərbaycanda 8 milyon 202,5 min nəfər əhali qeydə alındı. 2010-cu ilin əvvəlində bu göstərici 9 milyon nəfərə çatdı.

İndi isə biz 10 milyon 210 min 818 nəfərik. Azərbaycanda əhalinin bu saya çatması xalqın təqdir etdiyi və dəstəklədiyi sosialyönümlü siyasətin növbəti təzahürüdür. Bütün bunlar cənab Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığına daha bir sübutdur.

Paylaş:
Baxılıb: 599 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31