Davamlı ənənə...
24.01.2023 [10:41]
Minimum pensiyalar yenidən artırılır
Mübariz FEYİZLİ
Sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü təmin edilir. Belə ki, respublikamızda qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Ölkədə Prezident İlham Əliyevin təşəbbüsü ilə müəyyən kateqoriyadan olan insanların ödənişli əsaslarla sosial işlərə cəlb olunmaları, şəhid ailələrinin, qazilərin mənzil təminatı, müavinətlərin artırılması və digər belə tədbirlər bunun əyani təzahürüdür. Dövlət başçısının göstərişinə əsasən respublikamızda həyata keçirilən şəffaflaşdırma tədbirlərinin nəticəsi olaraq Vergi Xidmətinin və Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə proqnozlardan əlavə daxil olan bütün vəsaitlər bilavasitə sosial məqsədlərə yönəldilir. Qeyd edək ki, respublikamızda son beş ildə 4 sosial məzmunlu islahat paketi reallaşdırılıb və bu islahatlardan 1,9 milyon insan faydalanıb.
Pensiyaların ilbəil artırılması
Respublikamızda davamlı olaraq həyata keçirilən genişməzmunlu sosial islahatlardan həmçinin ölkə əhalisinin 12 faizini təşkil edən təqaüdçülər də bəhrələnirlər. 2022-ci ildə ölkəmizdə iki istiqamətdə pensiyaların artımı baş verib. Minimum pensiya 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb. Bu artım 40 min şəxsin pensiyasının artımına imkan verib.
Ötən ildə təqaüdlərin artımında ikinci istiqamət pensiyaların indeksləşdirilməsi ilə bağlıdır. Pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb. Bundan başqa, pensiyaçılara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım ayrılıb. Beləliklə, pensiyalarda orta hesabla 9 faiz artım edilib. Ölkə üzrə 1,1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat sərf olunub. 2022-ci ildə respublikamızda pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 7,9 faiz çox olmaqla 4 mlrd. 948 mln. manat vəsait yönəldilib. Bütövlükdə, son beş ildə ölkədə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada isə 80 faiz artıma nail olunub.
Pensiyaçılara yeni xoş müjdə
Ölkəmizdə pensiyaçıları yeni xoş müjdə gözləyir. Belə ki, əmək pensiyasının minimum məbləği artırılır. Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisə daxil olub. Dünən Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirə olunub və plenar iclasa tövsiyə edilib. Layihəyə əsasən, əmək pensiyasının minimum məbləği 40 manat artırılaraq 240 manatdan 280 manata qaldırılır. Bu dəyişikliyin gələn aydan qüvvəyə minməsi gözlənilir. “Əmək pensiyaları haqqında” qanuna nəzərdə tutulan dəyişiklikləri “Yeni Aərbaycan”a şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, minimum pensiya məbləğindəki artım ölkədə 2023-cü ilin əvvəlindən başlanan sosial islahat paketin tərkib hissəsidir. Fikirlərinə davam edən Vüqar Bayramov vurğulayıb: “Minimum pensiya məbləğinin artırılması 100 mindən çox vətəndaşımızı əhatə edəcək. Belə ki, artıq gələn aydan pensiya yaşı tamam olanlar ən azı 280 manat ilə təqaüdə çıxacaqlar. Digər tərəfdən, 2006-ci il yanvarın 1-dən 2018-ci ilin iyulunadək hətta bir manat pensiya kapitlalı olanlar da minimum pensiya almaq hüququna malik olacaqlar. Yəni, əgər vətəndaşımızın 25 illik əmək ştajı yoxdursa və onun yığımları çox deyilsə, o da pensiya ala biləcək. Pensiya amnistiyası növbəti 3 ili əhatə edəcək”.
Vüqar Bayramovun sözlərinə görə, yeni dəyişiklik eyni zamanda indeksasiya nəticəsində pensiyaları artsa da, minimum pensiya məbləği səviyyəsinə çatmayan vətəndaşlarımızı da əhatə edəcək. Minimum pensiya məbləğinin artırılması həmçinin orta pensiya məbləğinə də təsir göstərəcək. Belə ki, orta pensiyada da artım olacaq.
Ümumiyyətlə, cari ilin əvvəlindən başlanan pensiya islahatları kifayət qədər geniş məzmuna malikdir. Ölkəmizdə 2023-cü ildə pensiyaların fərqli təqaüdlər üzrə fərqli qaydada artırılması qərara alınıb. Cari ildə orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləği isə 374 manat səviyyəsində müəyyənləşdirilib. Minimum pensiya məbləğinin artırılması100 minədək şəxsi əhatə edəcək.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

