Təhlükə daşıyıcıları: Motosiklet və mopedlər
27.04.2023 [11:18]
Ölüm saçan sürücülər...
Yeganə BAYRAMOVA
Paytaxt yolları həm sürücülər, həm də piyadalar üçün günü-gündən daha təhlükəli olur. Müşahidələr göstərir ki, yol qəzalarının müəyyən hissəsində tərəflərdən ən azı biri motosiklet sürücüsü olur. Heç gözlənilmədən haradansa çıxır, ya maşınla, ya avtobusla toqquşur, ya da piyadalar vurulur. Sürət isə motosikletlərin ən səciyyəvi xüsusiyyətidir. Çoxu elə bilir ki, motosiklet sürücüsünün bacarması lazım olan ilk və ən lazımlı məqam nəqliyyatı sürətli idarə edə bilməkdir. Qəzalar, bədbəxt hadisələr isə göz qabağındadır...
Piyadaların həssaslığını nəzərə almalıyıq, çünki onlar heç nə ilə qorunmur. Əvvəllər onlar üçün təhlükə əsasən avtomobillərdən gəlirdisə, son vaxtlar artan təhlükə qida çatdırılması şirkətlərinin və kuryer xidmətlərinin əməkdaşları tərəfindən istifadə edilən motosikletlər, mopedlər, skuterlər və hətta velosipedlərdən gəlir.
Bir çox kuryerlər yol hərəkəti qaydalarına məhəl qoymadan tam sürətlə tələsirlər. Məntiq sadədir: nə qədər çox sifariş yerinə yetirilsə, kuryer bir o qədər çox pul qazanacaq. Onlar maşınların arasında manevr edir, əks zolaqda, səkilərdə şütüyür, yolda vəziyyətə nəzarət etmir, yalnız sifarişi tez bir zamanda yerinə necə çatdırmağı düşünürlər.
Qəzalara səbəb qanuna tabe olmamaqdır
Nəqliyyat eksperti, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verib. Onun fikrincə, qayda-qanuna əməl edilsə, vəziyyət düzələr: “Hər bir nəqliyyat vasitəsinin hərəkəti qanunla tənzimlənir. Sürücülər bunu bilməlidirlər. Motosiklet qəzalarının sayının artmasının əsas səbəbi qanuna tabe olmamaqdır. Onların xeyli hissəsi motosikletlərini dövlət yol nişansız, özü də sürücülük hüququna malik olmadan idarə edirlər. Odur ki, maariflənmə, təbliğat işi aparılmalıdır.
Mühərrikinin həcmi 50 kubmetrdən çox olmayan nəqliyyat vasitəsi moped hesab edilir. Bu nəqliyyat növünə dövlət qeydiyyat nişanı verilmir və bu qanunvericiliklə tənzimlənir. Azərbaycanda mopedlərdən ən çox kuryer işi ilə məşğul olan şəxslər istifadə edir və sürətli çatdırma edərkən yol hərəkət qaydalarını necə gəldi pozurlar. Nəticədə qəzalar baş verir”.
Motosiklet oyuncaq deyil
E.Muradlının sözlərinə görə, nəzarətin güclənməsi də lazımi effekti verəcək: “Dövlət Yol Polisi özlərini “Bağdaddakı kor xəlifə” hesab edənlərin qarşısını almalıdır. Sürücülər unudurlar ki, motosiklet oyuncaq deyil. Onunla zarafat etmək, oynamaq, qayda-qanun tanımamaq ölümlə nəticələnir. Nəzarət güclənsə və bəzi sürücülər cərimələnsə, bu, digərlərinə də dərs olar. Çünki sürücülərin 90 faizi cərimələrdən sonra nizam-intizamlı olmağa başlayırlar”.
Bütün bunlarla yanaşı, ekspert motosikletlərin əleyhinə deyil. Əksinə, E.Muradlı bu nəqliyyat vasitələrinin sayının artmasını yüksək qiymətləndirir: “Karantinlə əlaqədər olaraq çatdırılma xidmətlərinə tələbat artdı. Ümumiyyətlə, son illər ictimai nəqliyyatdakı motosikletlərin sayının çoxaldığını müşahidə edirik. Bu, yaxşıdır. Çünki həm az benzin sərf olunur, həm də tıxacda çox yer tutmur. Eyni zamanda, bu nəqliyyat vasitələrinin daha sürətli olması onların üstünlüyüdür. Amma gərək sadaladığım avantajlardan yararlana bilək. Elə edək ki, söylədiyim məqamlar ölümlə, xəsarətlə nəticələnməsin. Bunun üçün ən vacib olan məqam qayda-qanunu bilmək və əməl etməkdir”.
Təbliğat zəifdir
E.Muradlı hesab edir ki, bu istiqamətdə əhali arasında təbliğat zəif aparılır: “Rayonlarda geniş təbliğata ehtiyac var. Bizdə təbliğat deyəndə “qırmızı işıqda keçməyin, kəməri bağlayın, sərxoş vəziyyətdə maşın sürməyin” və.s kimi fikirlər təkrarlanır. Türkiyədə təbliğat işi ilə ayrıca bir idarə məşğul olur.
İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə görə velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 40 manat cərimə nəzərdə tutulub”.
Göründüyü kimi, motosiklet və moped sürücüləri bundan sonra da diqqətli olmalı, kuryer xidmətini yerinə yetirərkən yol hərəkəti qaydalarına əməl etməli, təhlükəli gedişləri ilə digər nəqliyyat vasitələrini idarə edən insanların həyatı üçün ölüm saçan hərəkətlərə yol verməməlidirlər. Hər hansı kuryer xidmətini bir anın içində gerçəkləşdirmək üçün kimsə həyatını tükdən asılı vəziyyətə salmamalıdır.
Xəbər lenti
Hamısına baxDünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01

