İflasa uğramış müalicə mifi
09.06.2023 [10:55]
“İran səhiyyəsi” vətəndaşlarımızı ölümə sürükləyir
QABİL
Hər il minlərlə azərbaycanlı müalicə və müayinə olunmaq üçün xarici ölkələrə, xüsusilə də İrana üz tutur. Heç şübhəsiz, vətəndaşların bu ölkə səhiyyəsinə müraciətinin əsas səbəbi maliyyə ilə bağlıdır. Belə ki, İranda tətbiq edilən səhiyyə xidmətləri Azərbaycanla müqayisədə xeyli ucuz idi. Bəli, bu son illərə qədər belə idi. Hər məsələdə olduğu kimi burada bir “amma” var. Bu ondan ibarətdir ki, son zamanlar İrana müalicəyə gedən həmvətənlərimiz arasında müsbət nəticə əldə etmədən geri qayıdanların sayı artmaqdadır. Hətta iş o həddə çatıb ki, ölüm halları da çoxalıb.
İranın təhrikedici reklamları
Onu da qeyd etmək lazımdır ki, İranda son illər müalicə üçün nəzərdə tutulan dərman preparatları belə olduqca aşağı səviyyədədir. Bununla yanaşı, İranın dərman bazarının çökməsi barədə çoxsaylı xəbərlər oxuyuruq. Təəssüf ki, onların bəzəkli kadrlarla vətəndaşların gözünü yuduğu reklamlar insanları bütün bu faktlara baxmayaraq İrana üz tutmağa təhrik edir.
Digər bir maraqlı və diqqət çəkən məqam ondan ibarətdir ki, bu ölkənin dırnaqarası siyasəti onu inkişafdan kənarda saxlayır. Tutduğu radikal mövqe Tehrana ABŞ, xüsusilə Qərb tərəfindən sanksiyaların tətbiq edilməsinə səbəb olur. Nəticədə texnoloji yeniliklərdən də kənarda qalır.
Hətta tətbiq edilən sanksiyalar ölkəyə müasir tibb cihazlarının, avadanlıqların gətirilməsini də məhdudlaşdırır. Beləliklə, ölkənin səhiyyə sistemində ötən əsrin 90-cı illərində mövcud olan cihazlar, avadanlıqlar istifadə edilir.
Xatırladaq ki, illər əvvəl 10 aylıq azərbaycanlı Qorqud Dadaşzadənin Təbriz şəhərində yerləşən “Kudəkan” (“Uşaqlar”) xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişməsi və meyidin ailəsinə verilməsilə bağlı problemlər günlərcə mətbuatda müzakirə olunmuşdu.
İran səhiyyəsi barədə “miflər”
Həqiqət budur ki, İranda səhiyyə müəyyən səviyyədə “inkişaf edib”. İranlı həkimlərin böyük əksəriyyəti Qərbdə, Amerikada təhsil alsalar da, son zamanlar tətbiq edilən sanksiyalar fonunda onların texnikası olduqca aşağı səviyyədə və çağdaş zamandan geridədir. Hətta bu sanksiyaların acı nəticəsinə həkimlər də tab gətirməyərək, xaricə üz tuturlar. Bu mənada demək olar ki, İran həyat tərzindən tutmuş texnikasına qədər hər bir sahədə geridə qalıb. El arasında deyilən “geridə qalmışlıq” ifadəsi də məhz İrana aiddir.
Tez-tez bu ifadəni yerli camaatın dilindən eşidirdik. Deyirdilər, kimsə “İrana getdi, bir tabletka yazıldı, düzəldi” və s. Bu cür miflər də İrana kütləvi axında rol oynadı. Amma müəyyən vaxtdan sonra özləri də hiss etdilər ki, vəziyyət necədir. Vəziyyət budur ki, İranda səhiyyə xərcləri artıb, kənar şəxslər üçün müalicə ucuz başa gəlmir, bəzən Azərbaycanda olan məbləğdən də baha olur. Bəzən eyni kompetent müalicə üsullarının şahidi oluruq, əməliyyatların yarımçıq olması, müəyyən qaydalara cavab verməməsi halı ilə rastlaşırıq. Bütün bunlar hamısı müəyyən situasiyanı gərginləşdirir və insanlar onun fərqindədirlər. İranda müalicə və əməliyyat zamanı ölüm halları və ya ağırlaşmalar da olur. Xəstə yaxınlarının xərclərin müəyyən qismini geri istəməsi zamanı problemlərlə qarşılaşdıqlarını da unutmaq olmaz.
İran “səhiyyəsi”nin yeni oyunu
Müxtəlif dövlətlərə, xüsusilə Azərbaycana düşmən münasibət fonunda İran səhiyyəsində yeni oyunlar yaranıb. Belə ki, İran həkimləri Azərbaycandan gedən xəstələri tələyə salırlar.
Proses belə baş verir. Vətəndaşlarımız hava limanında qarşılanır, bir çox bəhanələrlə öncədən pul alınır və sağlamlıq qazanmaq istəyən şəxslər hotelə yerləşdirilir, əksər hallarda vasitəçi onları hotelə aparıb qeybə çəkilir.
Hələ bunun xəstələrin maliyyə vəziyyətini sıfıra endirmək məsələsi də var. Deməli, xəstələrin xəstəxanalarda daha çox qalması və daha çox pul xərcləməsi üçün bilərəkdən yanlış diaqnozlar qoyulur, saxta analiz nəticələri təqdim edilir. Bəlkə, bilərəkdən düşmən münasibət zəminində vətəndaşlarımızın bədəninə müxtəlif viruslar yeridilir. Bu da insanlarda şikəstliyə gətirib çıxara bilər ki, onsuz da İranın mövcud rejiminə genefondumuza zərbə vurmaq üçün kiçicik bir fürsət lazımdır.
Hərdən də elə olur ki, saxta xəstəliklər və analizlərlə xəstələri və onların yaxınlarını tora düşürüb bahalı müalicələr yazılır. Əksər hallarda azyaşlılarda bu hallara rast gəlindiyindən borcu ödəyə bilməyən vətəndaşlarımız girov saxlanılır. Bu da rejimin xüsusi xidmət orqanlarına sui-istifadə üçün şərait yaradır. Onlar vətəndaşı xilas etmək adı ilə onu “əməkdaşlığa” təkid edir.
Bunları davamlı diqqətə çatdırmaq ona görə vacibdir ki, həmvətənlərimiz bundan sonra İran “səhiyyəsi”nin qurbanı olmasınlar. Bu mənada İran səhiyyəsinin çirkin oyunları iflasa uğradılmalı, dövlətimiz lazımi tədbirləri görməlidir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

