Az stress, bol məhsuldarlıq...
10.06.2023 [12:00]
4 günlük iş həftəsi kimə xeyirdir?
“İş insanın cövhəridir”- deyiblər. Təbii ki, işləmək həm mənəvi, həm də maddi baxımdan insan üçün vacibdir. İş saatları və rejimi ilə bağlı dünyada müxtəlif versiyalar var. Xüsusilə dörd günlük iş həftəsi ideyası bu gün bəzi ölkələrdə aktual mövzuya çevrilib. Hətta dünyanın bir sıra ölkələrində dörd günlük iş həftəsinə keçid tətbiq edilib. Bəllidir ki, Avropa ölkələri yaşayış standartları baxımından bir-birindən fərqləndiyinə görə iş saatlarında da kəskin fərqlər nəzərə çarpır. Dörd günlük iş həftəsinə keçid ideyası bir çox ölkələrdə - Böyük Britaniya, Almaniya, Yeni Zelandiya, İsveç, İslandiya, İtaliya, Belçika, Portuqaliya və başqa ölkələrdə irəli sürülüb.
93 il öncəki proqnoz...
Hələ 1930-cu ildə ingilis iqtisadiyyatçısı Con Maynard Keynes proqnoz vermişdi ki, 2030-cu ildə insanlar həftə içi yalnız 15 saat işləyəcəklər. Keynes hesab edirdi ki, hər kəs əsas ehtiyaclarını ödəmək üçün lazım? məbləği qazandıqdan sonra, iş həftəsi 3-4 günə qədər qısalacaq.
Hər şey nədən başladı?
Dörd günlük iş mövzusu, ilk dəfə 1950-ci illərdə ABŞ-da müzakirəyə çıxarılıb. 1954-cü ildə hətta prezident Nikson, insanlara dörd günlük iş həftəsini vəd edib. Sonra bu ideya unuduldu və yalnız 1970-ci illərdə yada düşdü. Belə ki, 1971-ci ildə korporativ menecment məsləhətçisi olan Riv Pur, “iş və istirahət inqilabı haqqında” “4 gün, 40 saat” adlı kitabını nəşr etdi. O, yazırdı ki, dörd günlük iş həftəsi, işçilərin effektivliyini və şirkətin mənfəətini artıracaq. Pur hesab edirdi ki, gündə 10 saat olmaqla, iş həftəsi 4 gündən ibarət olmalıdır. Sübut kimi, o, “Kyanize Paints” boya istehsalçısını misal çəkir. Şirkət dörd günlük iş həftəsinə keçərək, istehsal həcmi və gəlirini artırmağa müvəffəq ola bilmişdi.
İş vaxtının azaldılmasına dair ən çox eksperiment keçirən ölkə İsveçdir. 2017-ci ildə Goetheburg şəhərində belə bir təcrübə keçirilmişdi: Svartedalen qocalar evində işləyən 68 tibb bacısının iş günü 6 saata qədər azaldılmışdı. Təcrübənin nəticələri birmənalı olmadı. Bir tərəfdən bu təcrübəni uğurlu adlandırmaq olar. Çünki tibb bacıları özlərini daha yaxşı hiss etməyə başladılar. Digər tərəfdən isə bu eksperiment müəssisəyə baha başa gəldi. Eksperiment bitəndən sonra həmin ideyadan imtina olundu.
Stress 45 faizdən 38 faizə qədər azalır
Araşdırmalar zamanı məlum olub ki, 4 günlük iş rejimi işçilərin stressini 45 faizdən 38 faizə qədər azaldır və məhsuldarlığı artırır. Bununla paralel olaraq isə balansının harmonik göstəriciləri 54 faizdən 78 faizə qədər artmışdı.
Bu arada, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) federal hökumət işçiləri də dördgünlük iş həftəsinə keçmək hüququ qazanacaqlar. İyulun 1-dən qüvvəyə minəcək qaydalar, dövlət işçilərinin artıq təyin olunmuş həftəlik iş saatlarını dörd gündə - gündə 10 saatdan və ya həftədə 40 saatdan çox olmayan işləməyi seçə biləcəklərini müəyyən edir.
Xatırladaq ki, bu il iyulun 1-dən etibarən Qazaxıstanda da 4 günlük iş həftəsi tətbiq ediləcək.
Ofisə hamıdan tez gələn...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən psixoloq Elnur Rüstəmov bildirib ki, dünyanın dəyişən reallıqlarını öz dəyərlər sistemimizə uyğun formalaşdıra bilsək, həm rahat, həm də psixoloji baxımdan sağlam olarıq. Onun sözlərinə görə, planlı çalışan insan özünü psixoloji problemlərdən müəyyən qədər sığortalamış olur: “Dünya ölkələrinin əksəriyyəti 4 günlük iş həftəsi ilə bağlı məsələni gündəmdə saxlayır, hətta belə bir təcrübəni tətbiq edirlər. Öncə bu təşəbbüsün müəlliflərinin gətirdiyi arqumentlər haqqında danışaq. Belə ki, insan həftədə cəmi 4 gün işləsə, bu, hansı formada onun özünə və çalışdığı müəssisəyə, dolayısı ilə cəmiyyətə fayda verə bilər? İlk növbədə ağla sağlamlıq gəlir. Çox işləmək insanlara sağlamlıq problemlərindən qaçmağa imkan verir. Ürək-damar xəstəlikləri, mədə-bağırsaqdakı problemlər, baş ağrıları, əsəb pozğunluğu - bütün bunlar çox çalışmanın fəsadları ola bilər. Hətta dünyaca məşhur işxorlar olan yaponlar belə çox işləməyin əks təsiri, gərginliyin ölümlə nəticələnəcəyi barədə maraqlı bir atalar sözü fikirləşiblər: Ofisə hamıdan tez gələn adam “idiotdur”.
Xoşbəxtlik azalır...
Psixoloqun qənaətincə, iş rejiminin həftədə 4 gün olması və iş vaxtlarının azaldılması insanlara öz yaxınları ilə daha çox vaxt keçirməyə imkan verir. Bu isə stressi azaldır: “Bəllidir ki, stress anormal iş rejimi olan insanları öz iş yoldaşları ilə daha çox konfliktə cəlb edir. Bu isə xoşbəxtliyi azaldır. Amma unutmaq olmaz ki, dörd günlük iş həftəsi olan işçinin maddi durumunda yaxşılaşma ola bilər. Belə ki, həmin şəxs istəsə, yerdə qalan 3 gündə sərbəst iş fəaliyyəti ilə məşğul olub, daha çox pul qazanmaq imkanı əldə edə bilər. Bundan ideal vasitə düşünmək mümkün deyil. Bunu təkcə iş gününü yox, həftəlik iş saatını azaltmaqla da etmək mümkündür. Məsələn, Cənubi Oktyabr inqilabının ildönümündə 6 günlük iş sistemi ləğv olunmuşdu”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
01 Sentyabr 14:58
Gündəm
01 Sentyabr 14:53
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

