Tez qocalmaq istəmirsinizsə...
15.06.2023 [11:00]
Bu qidalardan uzaq durun!
Yeganə BAYRAMOVA
Heç birimiz yaşlı görünmək istəmirik. Genetikamızla bərabər yaşadığımız coğrafiya da qocalma prosesinə təsir edir. Xüsusilə qadınların ən çox qorxduğu amillərdən biridir qocalıq... Bu baxımdan daha çox qadınlar gözəllik prosedurları, kosmetoloji və plastik cərrahi xidmətlərə üz tuturlar. Ancaq bizi qocaldan və yaşlı göstərən yalnız dərimiz deyil. Sağlam və düzgün qidalanmanın da əhəmiyyəti böyükdür. Məsələn, bəzi qidalar həm daxilən, həm də zahirən sürətlə qocalmağımızın səbəbidir.
Elə məqamlar var ki, onları nəzarətdə saxlamaqla qocalmanı ləngidə bilərik. Sağlam qidalanma üzrə mütəxəssis Natəvan Musayeva bu məqamlar və qocalmaya səbəb olan qidalarla bağlı “Yeni Azərbaycan”a danışıb.
Mədənin düşməni qəhvə
N.Musayeva qeyd edib ki, hazır satılan qarışıq qəhvənin tərkibində orqanizm üçün ziyan olan maddələr mövcuddur. Bu qəhvələr, eyni zamanda, orqanizmin qocalmasına da şərait yaradır.
Şəkərdən uzaq durun
Mütəxəssisin sözlərinə görə, şəkərin həddindən artıq istehlakı da təhlükəlidir. Şirniyyatlar, istənilən qazlı içkilər və qablaşdırılmış şirələr dəriyə mənfi təsir göstərə bilər: “Bu məhsulları məsələn, təbii şokoladla, içkiləri isə bitki çayları və giləmeyvə içkiləri ilə əvəz etmək olar”.
Xəmir xörəkləri
N.Musayeva xəmir xörəklərinin orqanizmi qocaldan ilkin vasitə olduğunu bildirib: “Xəmir xörəklərinin tərkibində karbohidratlar var ki, bu da orqanizmə ziyandır”.
Marqarin yağları
Ekspert qeyd edib ki, marqarin yağlarının tərkibində təbii maddələr olmadığı üçün həzm olunmur: “Bu da orqanizmdə yağın yığılmasına gətirib çıxarır. Orqanizmdə yağların yığılması isə təbii olaraq qocalmaya təsir edən əsas amillər sırasındadır”.
5 qramdan çox istehlak edilsə...
N.Musayeva duzlu və duzlu qidaların qəbulunun da vaxtından əvvəl qocalmağa səbəb olduğunu diqqətə çatdırıb: “Duz və duzlu qidalar hüceyrələrarası boşluqlarda yığılan mayeni saxlayır. Buna görə də gün ərzində 5 qramdan çox duz istehlak etmək tövsiyə edilmir.
Kolbasaların tərkibində çoxlu miqdarda duz olur. Bundan əlavə, onlara bədən üçün zərərli olan stabilizatorlar, ləzzət artırıcılar və nitritlər əlavə olunur. Ona görə də kolbasalardan imtina etməyi, onları təbii zülal və amin turşuları mənbəyi olan ətlə əvəz etməyi tövsiyə edirəm. Məsələn, qaynadılmış və ya bişmiş formada toyuq və ya mal əti istehlak etmək sağlamlıq üçün də faydalıdır”.
Mütəxəssisin fikrincə, erkən qocalmağa səbəb olan qidalar arasında əsasən yalnız sadə karbohidratlardan ibarət olan təmizlənmiş dənli bitkilər də var. Onlar bədən tərəfindən qlükozaya çevrilir, qocalmanı həddindən artıq sürətləndirir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17

