Yeni dərs ili “tıxac yaradır”
28.09.2023 [11:54]
Problemin həll yolları müxtəlifdir
Tıxac problemi böyük şəhərlərin, xüsusilə meqapolislərin və paytaxtların ən müasir problemlərindən sayılır. Bakı kimi böyük şəhərdə yaşayan hər kəs bilir ki, “tıxac mövsümü”ndə xüsusi pik saatlarda küçələrdə hərəkət çətinləşir. İstər avtobus və metrodan istifadə edənlər, istərsə də öz şəxsi avtomobili olanlar səhər və axşam pik saatlarda tıxacdan əziyyət çəkirlər. Hətta sürücülər tıxacların avtomobillərə ziyan vurduğunu da qeyd edirlər. Bununla belə, görülən tədbirlər, aparılan maarifləndirmə işi də pproblemin həllinə kəskin təsir edə bilməyib. İllərdir müşahidə olunan mənzərə yenə də davam edir. Düzdür yay aylarında bu problem o qədər də gözə dəyməsə belə...
Sentyabrın 15-dən etibarən yeni tədris ilinin başlanğıcı özü ilə bərabər tıxac problemini də yenidən aktuallaşdırıb. Məktəblərin açılması nəqliyyatın hərəkətində daha ciddi çətinliklərə səbəb olub. Dərslərin başlama və yekunlaşma saatlarında Bakıda bəzi məktəblərin qarşısındakı yollarda nəqliyyatın həddindən artıq sıxlığı müşahidə olunur. Mərkəzi hissələrdə yerləşən məktəblərin qarşısında isə böyük tıxaclar yaranır. Səbəb övladlarını məktəbə şəxsi nəqliyyat vasitələri ilə aparıb-gətirən valideynlərin çoxluğudur. Nəzərə alsaq ki, dərslərin başladığı və bitdiyi saatlar “təbii tıxac” probleminin yaşandığı saatlardır, Bakının tıxac probleminin əsas səbəbləri sırasında məktəb amilinin də xüsusi yer tutmasını təəssüflə qeyd etmək məcburiyyətindəyik. Çıxış yolu olaraq bununla bağlı müxtəlif təkliflər səsləndirilir. Məktəb avtobusu xidmətinin yaradılmasını, hətta məktəblərin mərkəzdən köçürülməsini belə təklif edənlər olub. Bəs, bu tıxacların heç olmasa azalması üçün effektiv çıxış yolu nədir?
Qabaqcadan tədbir görülməli idi...
Sualımızı cavablandıram nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Bakıda nəqliyyat sistemi ilə bağlı bir sıra problemlər yaşanmaqdadır. Nəqliyyat axını və proqnozlaşdırılması sistemi isə daha zəif şəkildə qurulub. Onun sözlərinə görə, son günlər yağışların yağması və məktəblərin açılması paytaxt yollarındakı vəziyyəti daha da çətinləşdirib: “Məktəblərin qarşısında tıxaclara şahidi oluruq. Belə bir halın yaşanacağı əvvəlcədən məlum idi. Yəni dərs ili başlayan kimi tələbə və şagirdlərin yollardan istifadəsi təbiidir. Övladlarını təhsil müəssisəsinə aparan valideynlər də az deyil. Bu da öz növbəsində avtomobillərin sıxlığına və tıxaca əsas yaradır. Payız fəslində yağışların yağmasını da nəzərə alsaq, bu, olduqca çətin bir vəziyyət yaradır. Ona görə də bununla bağlı öncədən bir plan hazırlanmalı və tədbir görülməli idi”.
Məktəblərdə parklanma yeri olmalıdır
E.Muradlının sözlərinə görə, əslində, məktəblər yerləşdiyi ərazidə bu qədər tıxac yaratmamalıdır: “Məktəblərin yerləşdiyi ərazidə nəqliyyatın hərəkətinə ciddi maneə yaranmasının səbəbi birbaşa təhsil ocaqları deyil. Məktəblərin yanında tıxacı yaradan faktorlar var. Onları aradan qaldırsaq, bu qədər qarışıqlıq yaşanmaz. Həmin faktorlardan biri məktəblərin parklanma yerinin olmamasıdır. Yeni məktəblər tikilən zaman parklanma yerləri nəzərə alınmır. Son illər müxtəlif liseylər, özəl məktəblər açılıb. Təəssüf ki, onların bir çoxu açılanda da parklanma yeri nəzərə alınmayıb. Övladlarını məktəbə gətirən valideynlər məcburən maşını yolun ortasında saxlayırlar və tıxac yaradırlar”.
Yanlış düşüncə...
Ekspert problem yaradan digər məsələnin “mərkəzdə yerləşən məktəblər daha yaxşı təhsil verir” düşüncəsi olduğunu bildirib: “Əvvəllər valideynlər övladlarını yaşadıqları yerə yaxın məktəbə aparırdılar. İndi nədənsə belə tendensiya var ki, şəhər mərkəzində olan məktəblər, liseylər daha yaxşı təhsil verir. Ona görə mərkəzdəki məktəblərə axın çoxdur. Bu da problem yaradır. Fikrimcə, bu faktorun da aradan qalxması üçün maarifləndirmə aparılmalıdır. Şəhər mərkəzindəki məktəblərin daha yaxşı təhsil verməsi mifi dağılmalıdır. Valideynlər uşaqlarını yaşadıqları ərazidəki məktəbə göndərsələr, böyük qismi elə piyada-gedib gələcək və problem də böyük ölçüdə həllini tapacaq”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

