Bütün şəhərlərimiz Füzuli kimi olacaq...
19.10.2023 [09:53]
Mübariz FEYİZLİ
Vətən müharibəsində işğaldan azad olunmuş ərazilər hazırda böyük quruculuq meydanını xatırladır. Bu ərazilərdə müxtəlif istiqamətləri əhatə edən infrastruktur quruculuğu ilə paralel şəkildə, işğal illərində erməni vandalları tərəfindən dağıdılan şəhər və kəndlərin bərpası da intensiv şəkildə davam etdirilir. Xarabalıqlar üzərində yenidən qurulan şəhərlərimizdən biri də Füzulidir. Oktyabrın 17-də burada Prezident İlham Əliyevin iştirakı ilə “Füzuli Şəhəri Günü” keçirilib. Dövlətimizin başçısı tədbir çərçivəsində Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və onların qarşısında çıxış edib. Prezident İlham Əliyev öz çıxışında bir sıra aktual məsələlərə münasibət bildirib, həmçinin işğal dövründə dağıdılan yaşayış məntəqələrinin bərpası planlarına diqqət çəkib.
Viran qalan 9 şəhər
Otuz illik işğal dövründə məqsədli şəkildə viran qoyulan şəhər və kəndlərimizin siyahısı çox uzundur. Bu siyahıda 9 Azərbaycan şəhərinin adı var. Ermənistan eyni zamanda Azərbaycanın yüzlərlə kəndini qəsdən dağıdıb, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, talayaraq, onları əsl urbisid (şəhərlərə qarşı genosid) və kultursid (mədəniyyətə qarşı genosid) nümunələrinə çevirib. Sözsüz ki, İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, xarici mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunanda Azərbaycan Ordusu orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb.
Müharibə başa çatandan sonra ayrı-ayrı ünvanlarda yaşayış məntəqələrinin bərpasına başlanıb. O cümlədən indiyədək bir neçə şəhərin bərpa planı Prezident İlham Əliyevə təqdim olunub. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2022-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”na əsasən ilkin mərhələdə 100 yaşayış məntəqəsinin (8 şəhər, 8 qəsəbə və 84 kənd) bərpa edilməsi nəzərdə tutulub.
Azərbaycan dağıdılan bütün şəhər və kəndləri planlı şəkildə və müasir standartlar səviyyəsində bərpa etmək niyyətindədir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən yaşayış məntəqələrinin bərpası layihələrinin hazırlanmasında “Ağıllı şəhər” və “Ağıllı kənd” konseptlərinin tətbiqinə geniş meydan verilir. Həmçinin dünya təcrübəsi və yeni trendlər mütləq nəzərə alınır. Ölkəmizdə şəhərsalma forumlarının keçirilməsi də məhz bu məqsədi daşıyır. Azərbaycanda ilk dəfə olaraq 2022-ci il oktyabrın 5-6-da BMT-nin Məskunlaşma Proqramı ilə birgə Ağdam və Bakı şəhərlərində 44 ölkədən ümumilikdə 400 nəfər iştirakçının qatıldığı 1-ci Milli Şəhərsalma Forumu təşkil edilib. 2023-cü il sentyabrın 29-da isə BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi baş tutub.
Hər iki tədbirdə şəhərsalma ilə bağlı müasir dünya trendləri, həmçinin Azərbaycanın bərpa planları ilə bağlı aktual müzakirələr aparılıb. Ölkə rəhbərliyinin və mütəxəssislərin ümumi qənaəti belədir ki, layihələrdə həm müasir yanaşmalara yer verilməli, həm də milli şəhərsalma ənənələri qorunmalıdır. Zamanında inkişaf edən yaşayış məntəqələrinin hər birinin özünəməxsus nişanələri, gözəllik elementləri olub. Bərpa planlarında belə tarixi elementlərin qorunması çox vacibdir. Yaxşı haldır ki, indiyədək təqdim olunan layihələrin hamısında insan amili diqqət mərkəzində saxlanılıb. Belə ki, bütün layihələrdə yaşayış evlərinin tikintisi ilə yanaşı, istirahət parklarının, yaşıllıqların salınması, sosial obyektərin inşası, zəruri infrastruktur qurulması və əlbəttə ki, iş yerlərinin yaradılması mütləq qaydada nəzərə alınıb.
Xarabalıqlar üzərində yeni Füzuli tikilir
Hazırda yenidən qurulan Füzuli şəhərində birinci yaşayış kompleksinin tikintisi uğurla davam etdirilir. Ümumi sahəsi 8,9 hektar olan yaşayış kompleksi 38 binadan ibarətdir. Dördmərtəbəli, beşmərtəbəli, altımərtəbəli və yeddimərtəbəli binalarda ümumilikdə 846 mənzil olacaq. Onların 318-nin ikiotaqlı, 430-nun üçotaqlı, 98-nin isə dördotaqlı olması nəzərdə tutulur. Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin də təməlini qoyub. İnşa olunacaq ikinci yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidən ibarətdir. Ümumilikdə 2288 nəfər üçün nəzərdə tutulan kompleks üçün 9 hektardan çox ərazi ayrılıb. Üçüncü yaşayış kompleksinin inşası üçün 12 hektardan çox torpaq sahəsi ayrılıb. Burada tikiləcək 863 mənzildə 3022 nəfərin yaşaması nəzərdə tutulub. “Onu da bildirməliyəm ki, bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu təkcə mən yox, bir çox beynəlxalq ekspertlər qeyd edir. Xüsusilə, bildiyiniz kimi, Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir, Ağdamda və Zəngilanda və orada bizim bütün layihələrimiz təqdim edilmişdir. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki doğrudan da burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib. Yəni, rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Bizim bütün şəhərlərimiz, bax, Füzuli kimi olacaq. Çünki Füzulidə biz birinci şəhərsalma layihəsini icra edirik. Düzdür, laçınlılar füzulililərdən bir qədər tez öz doğma yurduna qayıtmışlar. Amma Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma apardıqları üçün orada binaların bəziləri qalmışdı və biz o evləri sadəcə olaraq bərpa etdik, ən gözəl şərait yaratdıq. Deməli, Laçının əvvəlki şəhərsalma mənzərəsi yerindədir. Burada isə şəhər tamamilə yenidən qurulur”, - deyə Prezident İlham Əliyev yuxarıda bəhs olunan çıxışında bildirib.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

