Taksi xidmətlərində özbaşınalıq...
05.11.2023 [11:50]
Sürücülər üçün təlim keçirilir
Yeganə BAYRAMOVA
Azərbaycanda fəaliyyət göstərən taksi xidmətlərindən narazılıqlar, taksi sürücülərinin qanunsuz davranışları və davamlı qəzalara səbəb olmaları ilə əlaqədar mediada çoxsaylı faktlar dərc edilir. Bu məsələyə dərindən diqqət etdikdə həm taksi sürücülərinin, həm də sərnişinlərin şikayətlərinə səbəb olan məqamlara rast gəlirik. Taksi sürücüləri daşımanın və əziyyətin çox, gəlirin az olmasından narazılıq etdikləri halda, sərnişinlər xidmətlərin keyfiyyətsiz və təhlükəli olduğunu qeyd edirlər. Taksi sürücülərinin son zamanlar Azərbaycanda aktivləşən kartla ödəniş əməliyyatlarına müsbət yanaşmaması, bəzən məhz buna görə sərnişinlərlə kobud rəftarı da narazılıq yaradan məqamlar sırasındadır.
Taksi xidmətləri ilə bağlı şikayətlər təkcə bununla bitmir. Yüksək sürət, sürücülərin lazım olan tibbi müayinələrdən keçməmələri də sərnişinlərin şikayətləri arasındadır. Azərbaycanda 75 minə yaxın taksinin olduğu vurğulanır. Bu durumun küçə və prospektlərdə ciddi sıxlığa səbəb olduğu, qəzaların artmasına gətirib çıxardığı qeyd edilir.
Taksi sürücülərinin işə yoxlanılaraq götürülməməsi, xüsusilə qadın sərnişinlərə qarşı nalayiq davranışları, insanları hətta bəzən qarət etməyə cəhd göstərmələri isə ümumiyyətlə, ciddi təhlükəyə çevrilmiş bir məqam olaraq vurğulanır. Göründüyü kimi, Azərbaycanda taksi fəaliyyəti ilə əlaqədar hökm sürən özbaşınalıq və xaos ciddi problemlərə gətirib çıxarır.
AYNA-dan taksi sürücülərinə müraciət...
Son zamanlar sosial şəbəkələrdə müəyyən ödəniş müqabilində təlimlərdə iştirak etmədən taksi minik avtomobillərinin sürücülərinə xüsusi hazırlıq keçmələri barədə şəhadətnamələrin verilməsi ilə bağlı məlumatlar yayılır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bu məlumatlar tam əsassızdır. Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyan təlimlərdə əyani iştirak mütləqdir.
AYNA-nın mətbuat katibi Tural Orucov ölkəmizdəki taksi fəaliyyəti ilə bağlı mövcud durumu “Yeni Azərbaycan”a şərh edib. O, bildirib ki, Nazirlər Kabinetinin 4 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinə nəzarət etmək tapşırılıb. Nazirlik həmçinin daxili və xarici tərtibatına dair tələbləri, taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı ilə bağlı təklifləri 4 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir: “Nazirlik tərəfindən hazırlanan müvafiq tələblər hazırda aidiyyəti dövlət orqanları ilə razılaşdırılma prosesindədir. Təsdiq olunacaq texniki göstəricilərə, daxili və xarici tərtibata dair tələblərə cavab verən taksilərdə istifadə edilən nəqliyyat vasitələrinə AYNA tərəfindən buraxılış kartı veriləcək”.
5 şirkət icazə alıb...
Qurum rəsmisinin sözlərinə görə, artıq taksi sifarişi operatorunun fəaliyyətinə icazə AYNA-ya elektron qaydada müraciət edilməklə alınır: “Bu günədək 5 şirkət müvafiq sənədləri elektron sistem üzərindən təqdim edərək icazələri alıb”.
Etik davranışla bağlı xüsusi təlim...
T.Orucov qeyd edib ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər: “Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə vətəndaş məmnunluğunun artırılması məqsədini daşıyan təlimlər təşkil olunub. Bu təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla keçirilir”.
11 min 691 sürücü müraciət edib
Mətbuat katibi bu günə kimi təlimlərdə iştirak etmək üçün 11 min 691 taksi sürücüsünün müraciət etdiyini bildirib: “İştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, sürücünün iş və istirahət rejimi normalarına riayət olunması, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır. Proqramın yekununda imtahan təşkil edilir. Xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə şəhadətnamə təqdim olunur”.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01

