Fərqliliyi, tarixiliyi, azadlığı ilə seçilən şəhərlər...
08.11.2023 [12:00]
Dünya Şəhərçilik Günüdür!
Yeganə BAYRAMOVA
Şəhərlər də insanlar kimidir. Yaranır, böyüyür, yaşayır... Bəzən tarixin sınaqlarına da çəkilir. Dünyanın bütün şəhərləri özünəməxsus şəkildə maraqlıdır. Müxtəlif ölkələrdəki mədəni fərqləri nəzərə alsaq, bəzən insanların özləri üçün əlverişli hesab etdikləri şəhərlər əslində digər insanlarda maraq və təəccüb yaradır. Lakin bir çox şəhərlər həqiqətən unikaldır.
Dünya şəhərləri haqqında maraqlı faktlar
Dünyada turistlərin ən çox ziyarət etdiyi şəhər Fransanın paytaxtı Parisdir.
Müxtəlif ölkələrdə şəhərin böyük olmasına fərqli yanaşılır. Beləliklə, Norveçdə 20.000-dən çox insan yaşayırsa, şəhər böyük sayılır.
Rusiyada dünyanın hər hansı digər ölkəsindən daha çox-1100-dən artıq şəhər var.
Dünyanın ən çox əhalisi olan şəhəri Filippinin paytaxtı Maniladır. Burada əhalinin sıxlığı bir kvadratkilometrə 43 min nəfəri ötür.
Xorvatiyanın Hum şəhərində cəmi 20 nəfər yaşayır.
Yunanıstanda Arqos Avropanın ən qədim daimi məskunlaşan şəhəridir. Təxminən 5000 il əvvəl yaranıb.
Avropanın bütün ölkələri arasında ən qədim paytaxt yunan Afinasıdır. Onlar hətta Romadan da yaşlıdırlar.
Dünyanın ən qədim şəhərlərindən hansının olması ilə bağlı mübahisələr hələ də davam edir. Onların bir çoxunun yaşı artıq 10.000 ildən çoxdur, lakin dəqiq yaşını müəyyən etmək olduqca çətindir. Məsələn, insanlar artıq 10-12 min il əvvəl Dəməşqdə yaşayırdılar.
Ən bahalı şəhər...
Əcnəbilər üçün dünyanın ən bahalı şəhəri Afrikanın Anqola ölkəsinin paytaxtı Luandadır. Bu, çox kasıb ölkədir, lakin xarici investorların gəlişindəki artım sayəsində Luanda sürətlə böyüməyə başladı və hətta yaşayış dəyərinə görə Honq-Konq, Tokio və Sinqapuru da keçdi
Dünyanın ən qısa küçəsi Ebenezer Pleys, Şotlandiyanın Vic şəhərində yerləşir. Onun uzunluğu cəmi 206 santimetrdir.
Dünyada üç şəhər müstəqil dövlətdir. Bunlar Sinqapur, Vatikan və Monakodur.
Ən az ziyarət edilən şəhər...
Dünyada əcnəbilərin ən az ziyarət etdiyi şəhər Sakit Okean ölkəsi Tuvalunun paytaxtı Funafutidir. Orta hesabla ildə 2000-ə yaxın əcnəbi buraya gəlir.
Slovakiyanın paytaxtı Bratislava şəhəri iki qonşu dövlətlə-Macarıstan və Avstriya ilə dərhal həmsərhəd olan dünyada yeganə paytaxtdır.
ABŞ-da bir çox şəhərlər Avropa paytaxtlarının adını daşıyır. London, Moskva, Sankt-Peterburq və ya Paris kimi adları olan bir çox yaşayış məntəqəsi var.
İki yerə bölünən paytaxt şəhər...
Dünyada bölünmüş yeganə paytaxt Kiprdəki Lefkoşadır. Bir hissəsi Kipr Respublikasına, bir hissəsi isə qismən tanınan Şimali Kipr Türk Respublikasına aiddir. Onların hər ikisi üçün paytaxt Lefkoşadır.
Bu şəhərdə 2376 körpü var...
Dünyada ən çox körpüyə malik şəhər Sankt-Peterburq və ya hətta Venesiya deyil, Almaniyanın Hamburqudur. Burada 2376 körpü var.
Dünyanın bütün şəhərləri arasında metronun ən böyük uzunluğu Şanxaydadır. Burada 600 kilometrə yaxın metro xətləri çəkilib.
74 il öncə...
Beynəlxalq səviyyədə populyar tədbirlərdən biri olmasa da, Dünya Şəhərçilik Gününün böyük əhəmiyyəti var. Bu gün hər il noyabrın 8-də artıq 74 ildir ki, qeyd olunur. Dünya Şəhərçilik Günü ideyasını ilk dəfə 1949-cu ildə Argentinanın Buenos-Ayres Universitetinin professoru Karlos Maria della Paolera irəli sürüb. Onun məqsədi dünya ictimaiyyətinin diqqətini şəhərləşmə prosesi nəticəsində meydana çıxan qlobal problemlərə yönəltmək idi. Beləliklə, 1949-cu il noyabrın 8-də onun rəhbərliyi ilə ilk aksiya keçirilib.
Karlos Maria della Paolera məsləkdaşları ilə birlikdə Dünya Şəhərçilik Gününün üçrəngli emblemini yaratmışdı - sarı rəng günəşi, mavi rəng su və havanı, yaşıl rəng isə ətraf mühiti ifadə edir.
Xarab olmuş ərazilərin bərpası, parkların və istirahət obyektlərinin tikilməsi hər zaman mühüm əhəmiyyət kəsb edib. Şəhərlərin hər cür insan fəaliyyətini cəlb edən güclü “maqnit” rolunu oynaması danılmazdır. Dünya Şəhərçilik Gününün qeyd olunmasında məqsəd isə beynəlxalq ictimaiyyətin diqqətini şəhərləşmə prosesi nəticəsində yaranan qlobal problemlərə yönəltməkdir.
Bu il Dünya Şəhərçilik Gününün qeyd edilməsinin 74-cü ildönümü tamam olur. Şəhərçilik günü bu gün 30 ölkədə qeyd olunur. Azərbaycanla qonşu ölkələrdən yalnız Türkiyədə həmin günün keçirilməsi ənənəvi hal alıb. 1976-cı ildən bəri Türkiyədə Dünya Şəhərçilik Günü seminar, konfrans, sərgi və başqa mədəni-kütləvi tədbirlərlə qeyd edilir. Bu ölkədə hətta beş ildən bir “Şəhərçilik Konqresi” keçirilir.
Xalqımız şəhər mədəniyyəti sahəsində böyük tarixi uğurlara imza atıb. Bakının timsalında şəhərlərimizin yeniləşməyə doğru sürətlə irəlilədiyini söyləyə bilərik.
31 iyul 2023-cü ildə Prezident
İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması barədə ?ərəncam imzalayıb. Sərəncama əsasən hər il müəyyən günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq. Belə ki, 26 avqust - Laçın şəhəri günü; 4 oktyabr - Cəbrayıl şəhəri günü; 17 oktyabr - Füzuli şəhəri günü; 20 oktyabr - Zəngilan şəhəri günü; 25 oktyabr - Qubadlı şəhəri günü; 8 noyabr - Şuşa şəhəri günü; 20 noyabr - Ağdam şəhəri günü; 25 noyabr - Kəlbəcər şəhəri günüdür.
İnsanların həyatında olduğu kimi, şəhərlərin də əlamətdar tarixləri olur. Bu mənada, işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması olduqca mühümdür. 30 ilə yaxın yolumuzu gözləyən, düşmən əsarətindəki şəhərlərimizin azad edildiyi günlərin təsis edilməsindən xoş heç nə ola bilməz!
Xəbər lenti
Hamısına baxGündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Gündəm
01 Sentyabr 09:36
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

