Yeni il şənliklərinin qiymətləri...
21.12.2023 [11:25]
Təklif tələblərə uyğun hazırlanır?
Günel ABBAS
Artıq bir neçə həftədən sonra 2024-cü ilə qədəm qoyacağıq. Bu münasibətlə keçirilən yeni il şənlikləri ərəfəsində paytaxtda yerləşən əyləncə obyektləri öz proqramlarını təklif etməyə başlayıblar. Bakıda fəaliyyət göstərən restoranlar da bir-biri ilə rəqabətə girərək daha yaxşı proqram hazırlamaq və insanları məkanlarına cəlb etmək üçün müxtəlif variantları nəzərdən keçirirlər. Yaddaqalan bayram gecəsi və maraqlı bayram ab-havası vəd edən bu məkanlar bir çoxları üçün qiymət baxımından əlçatmazdır.
Qiymətlərin xüsusilə yeni il ərəfəsində əvvəlki hesabın iki-üç qatına qaldırılması olduqca maraq doğuran məqamdır. Bu məqsədlə məsələ ətrafında araşdırma və sorğu apardıq.
Bakı sakini Aysel Rəhimovanın sözlərinə görə, Yeni ildə restoran və əyləncə mərkəzlərindəki qiymətlər insanı şoka salır: “Bizim ailə beş nəfərdən ibarətdir. Üçü də məktəblidir. Hansısa bir restorana gedib Yeni il şənliyini keçirmək üçün 3-4 aylıq maaşımızı yığıb verməliyik. Bu səbəbdən də yeni ildə heç yerə getmir və evdə otururuq”.
Qiymətlərə aydınlıq gətirmək üçün restoranlarla əlaqə saxladıq.
Badamdarda yerləşən restoranların birindən verilən məlumata görə, dekabrın 30-na qədər məkanı rezerv etmək mümkün deyil:
“Yerlər qalmayıb. Yalnız dekabrın 31-i üçün yerlər mövcuddur. Həmin gün adambaşı depozit 175 manat olacaq, iki nəfərə 350 manatdır. 6 yaşa qədər uşaqlara pulsuz, 6 yaşdan yuxarı uşaqlara isə depozit 100 manat təşkil edir”.
İçərişəhərdəki restoranlardan birində qiymətlər mərtəbəyə görə dəyişir:
“Bizdə şou-proqram yoxdur. Cazdır. Musiqi proqramı piano və gitaranın müşayiəti ilədir. Fonda musiqi qoyulacaq. İki nəfər üçün 2-ci mərtəbədə depozit 130, digər mərtəbələr 80, 75 manatdır. Saat limiti yoxdur”.
İçərişəhərdəki başqa bir restoranda isə bir nəfər üçün menyu 50 manatdır:
“Dekabrın 31-də menyu adambaşı 50 manat olacaq. Yerlər var. Digər günlər üçünsə xüsusi menyu təqdim olunmayıb. Qiymət aşağı olsa da, müraciət edənlər azdır”.
Bulvara yaxın restoranlardan birində VIP masalarda qiymət 350 manatdır:
“Yerlər qalmayıb. Sadə masalarda yerlər məhdud sayda mövcuddur. Sadə masaların da qiyməti 200-250 manatdır”.
Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı ailəvi restoranda bayramı qeyd etmək üçün masaların qiyməti 400-600 manatadək dəyişir. Altı yaşa qədər uşaqlara giriş pulsuzdur.
Bəzi restoran əməkdaşları isə proqram və menyuda, ümumiyyətlə, heç bir dəyişiklik olmayacağını bildirib.
“Standart günlər kimi olacaq. Xüsusi Yeni il menyusu təklif etmirik. Saat limiti yoxdur. Növbəti günlərdə fonda musiqi qoyulacaq. Canlı musiqi olmayacaq. Altı nəfərə qədər heç bir depozit tələb olunmur”.
Yeni il ərəfəsində digər günlərin qiymətlərinə nəzərən fərqlər görəcəyik
Öyrəndiyimiz məlumatlar və mövzu ətrafında digər suallarımızla bağlı ekspertlərə müraciət etdik.
Turizm eksperti Rəhman Quliyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ölkəmizdə bayram vaxtı qiymətlərin faiz etibarı ilə 20-30-40 və hətta 50 faiz civarında yüksəlməsi müşahidə edilir: “Bu, əslində, normal haldır və dünyanın hər bir yerində özəl və tətil günlərində qiymətlərdə artım müşahidə edilir. Bakı şəhərində olan hotellerin 70 faizi xarici qonaq bazarına hesablandığına görə, qiymətlərdə müəyyən fərqlilik var ki, bu da xarici turistlər üçün çoxda fərq etmir. Lokal turistlərimiz üçün isə regiondakı hotel istirahət mərkəzlərinin qiymətləri müxtəlif qiymət çalarındadır.
Ənənəvi olaraq şimal və şimal qərb istiqamətində olan hotel və istirahət mərkəzlərində standart qiymətlərdən 30-40 faiz civarında artım müşahidə edilir. Hətta əksər hallarda satışın artıq 70 faizi təmin edilib. Tətil günləri yaxınlaşdıqca isə defisit olan otaqların qiymətlərində də süni şəkildə qiymət artımı müşahidə edilir. Ortalama şimal və şimal qərb istiqamətində qiymətlər 100-400 USD arası dəyişir. Amma buna baxmayaraq region hotellərində hər bir seqmentə uyğun, hər kəsin cibinə görə uyğun tur təklifləri də mövcüddür. 1 gecə 2 günlük və ya 2 gecə 3 günlük qrup tur paketləri var ki, qiymətlər bir nəfər üçün 90-150 AZN təşkil edir.
İaşə obyektlərin qiymətlərinin qalxması isə tələb təklifdən formallaşır. Yəni bu gün qiymətin yüksək olmasına baxmayaraq tələbat olaraq həmin iaşə obyekt 90-95 faiz doluluqda olduğuna görə qiymətlərdə endirim edilmir. Qış fəslinin də öz qalxan-enən turist dinamikası olduğuna görə də sahibkarlar çalışır ki, tətil günlərində passiv olan günlərin ziyanını konpensasiya edə bilsinlər. Ümumiyyətlə statistika onu göstərir ki 20 dekabrdan sonra region hotellərinin 80 ????i artıq öz doluluğunu bildirirlər. Ümid edirəm ki, yeni il ölkəmiz və turizm üçün xeyirli uğurlu olar”.
Hər bayram “şişirdilmiş” qiymətlər...
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkədə hər bayram ərəfəsində qiymətlərin şişirdilməsi müşahidə olunur. AİB sədri “şişirdilmiş” qiymətlərin restoran biznesində də geniş yer aldığını deyir: “Yeni il bayramı günü şadlıq saraylarında və restoranlarda qiymətlər süni şişirdilir. Düzdür, bayram vaxtı tələb artır. Ona görə də qiymət arta bilər. Tələbat yarananda qıtlıq yaranır. Amma qiymətin bu dərəcədə qalxması düzgün deyil. Qiymət 2-3 dəfə arta bilməz”.
E.Hüseynov bildirib ki, bayram günü qiymətlərin qalxması qiymət artımının qanunlarla tənzimlənməməsindən irəli gəlir: “Sadəcə olaraq, qiymətlərin sabit saxlanlılması üçün dövlət orqanları müəyyən iş aparmalıdır. Dövlət özünün inzibati imkanlarından istifadə edərək bunu normal vəziyyətə salmalıdır. Amma digər tərəfdən də bazar şəraitidir...”.
Onun dediyinə görə, Yeni il günündə şənliklərin keçirilməsi ilə bağlı, hətta ən məşhur restoranlardan belə şikayətlər gəlir: “Təəssüf ki, restoranlarda xidmətlə qiymət düz mütənasib deyil”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

