Bakı qara hazırdır?
10.01.2024 [11:20]
Gücləndirilmiş iş rejiminə başlanılıb...
Y.BAYRAMOVA
Dünyada son illərin meteoroloji tədqiqatları göstərir ki, son onilliklərdə qış fəslində soyuq günlərin sayı azalır, isti günlərin sayı isə artır. Ölkəmizdə şaxtalı, qarlı günlərin sayının azalması, qışın daha mülayim keçməsi müşahidə olunur. Çoxillik meteoroloji müşahidələrə görə, son 10 ildə yanvar ayında havanın orta aylıq temperaturu iqlim normasından 0.1-2.1 dərəcə yüksək olub. Lakin, bəzi illərdə bununla yanaşı, anomal soyuq proseslər də müşahidə olunur.
Sinoptiklərin proqnozlarına görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra ölkəmizdə qış fəslinə xarakterik, qarlı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yanvarın 10-u şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişəcək. Qeyd edilib ki, güclü şimal-qərb küləyi əsəcək, arabir yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq.
Yağıntılı hava şəraiti yanvarın 12-si səhərədək fasilələrlə davam edəcək. Yanvarın 12-si axşam əsasən şimal və qərb rayonlarında, 13-ü axşamdan isə əksər rayonlarda havanın yenidən yağıntılı olacağı və 15-dək davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Qarın yağması ilə bağlı xəbərdarlıqlar paytaxtın qışa hazırlıq məsələsini gündəmə gətirir. Aidiyyəti qurumlar hələ iki-üç ay öncədən qış mövsümünə hazırlıqla bağlı bütün zəruri tədbirlərin görüldüyünü bildirirlər. Amma qışda, xüsusən də qarlı, şaxtalı havalarda paytaxt sakinləri bir sıra problemlərlə üzləşirlər. Onların kommunal xidmətlərlə, xüsusən də, istilik və elektrik təchizatı ilə bağlı şikayətləri artır. Əsasən də şəhərətrafı ərazilərdə yaşayanlar bu kimi problemlərlə üzləşirlər.
Hər rayona cavabdeh şəxs təyin edilib
Şaxtanın və qarın özü ilə gətirə biləcəyi problemlər, onların aradan qaldırılması üçün görülən işlər, nəzərdə tutulan əlavə tədbirlər planı barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən “Yeni Azərbaycan”-a verilən açıqlamaya görə, paytaxtda qışa hazırlığın vəziyyəti ilə bağlı BŞİH-də müşavirə keçirilib. Qeyd edilib ki, verilən tapşırıqlara uyğun olaraq, cari ilin noyabr ayında şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə toplantılar baş tutub: “Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir. İlk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib. Bir sıra yaşayış və qeyri yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb.
Görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib. Həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq rayonlarda qarlı havalara hazırlıq tədbirlərin keçirilməsini təmin edir, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayırlar”.
50 texnika hazır vəziyyətə gətirilib...
BŞİH-dən verilən məlumata görə, bu il 50 texnika müvafiq küçələrin istənilən vaxt qar və buzdan təmizlənməsi məqsədilə hazır vəziyyətə gətirilib. Şaxtalı hava proqnozu ilə əlaqədar 24 saatlıq növbətçilik rejimi tətbiq olunub: “Maşınlara duz yüklənilib və texnikalar hazır vəziyyətdədir. Hava proqnozu ilə əlaqədar olaraq artıq yanvarın 8-dən etibarən texnikaların şəhərdaxili küçələrə çıxarılacağı planlaşdırılıb. Buzlanma müşahidə olunarsa, vaxt itirmədən işə başlanılacaq. Yollara duzların səpilməsi əsasən gecə saatlarında həyata keçirilir. Çünki hava işıqlanan kimi vətəndaşlar evdən çıxır, işə və yaxud da dərsə gedirlər. Vətəndaşların işini asanlaşdırmaq üçün yolları gecədən hazır vəziyyətə gətirmək lazımdır”.
8 min ton duz ehtiyatı var...
BŞİH-dən, həmçinin bildirilib ki, hazırda idarədə 8 min ton duz ehtiyatı var: “Əgər lazım olarsa, əlavə 1000 ton da tədarük edilə bilər. Lakin buna ehtiyac yaranacağı ehtimal edilmir, çünki Bakıda hava, adətən, mülayim keçir. 2013-cü ildə həftələrlə davam edən şaxtalı havalarda təxminən 14 min tona yaxın duz ehtiyatından istifadə olunub. Həmin vaxta qədər paytaxt küçələrini qardan təmizləmək üçün həm də qumdan istifadə edilirdi. Lakin sonralar qumun effektiv olmadığı, texnikalara ziyan vurduğu məlum oldu. Ona görə indi yalnız duzdan istifadə edilir.
Paytaxt yollarının qışa hazırlığı üçün sentyabrdan etibarən müvafiq işlərə başlanılır, qartəmizləyən maşınlar texniki baxışdan keçirilir. Zədələnmiş texnikalar əsaslı təmir edilir, lazım gəldikdə isə yenisi ilə əvəzlənir. Ötən il yeni alınan 12 duzsəpən və qarkürəyən texnika bu il yolların qardan və buzdan təmizlənməsi işlərini daha da asanlaşdıracaq.
Bakının relyefi enişli-yoxuşlu olduğu üçün qardan təmizləmə işləri bu faktorlar nəzərə alınmaqla aparılır. Hava şəraiti ilə əlaqədar olaraq ilk növbədə daha tez buz bağlayan körpülərə, ümumiyyətlə, insanların sıx toplaşdığı yerlərə duz səpilir və təmizlənmə işləri aparılır. Paytaxtın 12 rayonu üzrə təhkim olunmuş işçilər qərargahlarla əlaqə yaradır və müvafiq olaraq daha çox ehtiyac olan ərazilərə üz tuturlar. Qar az olan yerlərdə təmizlənmə işi duzun səpilməsi ilə tamamlanır. Yox, əgər qar çox olarsa, yollar əvvəlcə qarkürəyən maşınlarla təmizlik işləri aparılır, sonra isə duz səpilir. Onu da qeyd edək ki, duz qarın üzərinə səpilən kimi onu əritmir. Yəni səhər saatlarında küçəyə çıxan insanların yolları qarla dolu görməsi təbiidir. Həmin ərazidən yalnız avtomobil keçərsə, duz parçalanır və qarı əridir”.
Sakinlər havaya uyğun davranmalıdırlar
İcra hakimiyyətinin məlumatına görə, bir neçə ildir ki, Bakıya qar az yağır və ya tez əriyir. Ona görə paytaxt sakinləri qarlı havalara o qədər də vərdiş etməyiblər: “Qar yağanda vətəndaşlar adətən hazırlıqsız olduqları üçün yollarda müəyyən problemlər yaşanır.
Müxtəlif obyektlərin sahibləri və ya işçiləri də ən azından öz müştərilərinin rahatlığını təmin etmək üçün müəyyən işlər görə bilərlər. Obyektlərin qarşısı, kiçik pilləkənlər vətəndaşlar tərəfindən qardan və buzdan təmizlənə bilər. Xarici ölkələrdə ona görə sakinlər daha az problemlə qarşılaşırlar ki, onlar belə havalara vərdiş ediblər. Elə şəhərlər var ki, aylarla qar ərimir və belə olan halda sakinlər havaya uyğun davranmağı öyrənirlər. Müəyyən boşluqların aradan qaldırılması üçün vətəndaşların bu məsələdə hazırlıqlı olması vacib şərtdir.
Bakı qarlı günlərə artıq hazırdır...
BŞİH-dən qeyd olub ki, qarın yağmasından məmnun qalmaq üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərmək vacibdir: “Əks halda hər kəsin, xüsusilə də uşaqların səbirsizliklə gözlədiyi qar insanların həyatını çətinləşdirə bilər. Lakin görünən odur ki, xüsusi texnikaları saz vəziyyətə gətirilmiş, lazımi duz və inventar ehtiyatı yaradılmış Bakı qarlı günlərə artıq hazırdır. Havanın kəskin dəyişməsi paytaxtımızın küçə və yollarında problemlər yaratmayacaq”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55

